CELT Xaricdə Təhsil Haqqında

CELT Xaricdə Təhsil proqramı yarandığı gündən (2001) Azəbaycanlı gənclərin dünyada kefiyyətli təhsil alması üçün gəncləri CELT mərkəzlərində xarici proqramlara uyğun hazırlayıb dünyada nüfuzlu universitetlərə yerləşdirməkdə davam edir.

Hər il, yüzlərlə vətəndaşımız Avropa, Amerika, və Asiya ölkələrində müxtəlif proqramlar əsasında xarici universiterlətdə təhsil almağa başlayırlar. Bizim mərkəzimiz tələbələri xarici universitetə yola saldıqdan sonra da onların universitetlərdə daha yaxşı təhsil alması üçün dəstək göstərir. Bizim digər şirkətlərdən fərqləndirən tələbələrimiz sadəcə qəbul etdirmirik, onlara bütün təhsil aldıqları illər ərzndə tam dəstək veririk.

Xaricdə təhsil hazırkı təhsil pilləsinizdən və istəklərinizdən asılı olaraq müxtəlif proqramlar əsasında həyata keçirilə bilər. Aşağıdan sizə uyğun olan təhsil bölməsini oxuyub, proqramınızı seçim, müraciət edə bilərsiniz.

Siz nə düşünürsünuz?
Hal-hazırda Böyük Britaniyanın ən gözəl universitetlərinin birində oxuyuram. Bura qəbul olmağımda CELT Gənclik ofisində olan müəllimlərin rolu böyükdür. Onların sayəsində Exeter Universitetinə qəbul olmaq şansı qazandım.
Nəzrin Həsənova
Magistr
Xaricdə Təhsil Proqramları

Xaricdə Attestatla Təhsil

Artıq əvvəkli illərdən fərqli olaraq, indi bütün orta məkləbli tələbələrimiz Azərbaycan universitetlərinə hazırlaşmadan (yəni burdakı imtahanlara vaxt itirmədən) bir-başa xarici universitetlərdə təhsil almaq istəyirlər. Bu təşəbüsü genişləndirən və ictimailəşdirən CELT Xaricdə Təhsil mərkəzi sizin övladlarınızı bir-başa xarici universitetlərə hazırlaya və yerləşdirə bilər. Övladlarınız burada orta məktəbi bitirən kimi xarici universitetlərdə bir-başa oxumağa başlaya bilər.
Eyni zamanda İngilis dilinin inkişafına və digər beynəlxalq imtahanlara rahat hazırlaşmaqla xarici universitetdə oxumaqda çətinlik çəkməyəcəksiniz. Mərkəzimiz sizə xaricdə oxuyacağınız universitetlərlə bütün məsələlərlə bağlı dəstək olacaqdır. Yataqxana seçimi, viza məsələləri, valideynlərin sizə baş çəkməsi və sair.

Xaricdə Baza Təhsili (Foundation Year)

Dünyada hər ölkənin orta məktəb sistemi fərqli olduğu üçün Azərbaycan orta məktəblərindən bir-başa xarici universitetlərin ilkin pilləsinə yəni bakalavr dərəcəsinə qəbul olmaq üçün bəzən baza təhsili (foundation year) almalı olursunuz. Bunun bir neçə səbəbi var.Həmin ölkələrdə orta məktəb illlərinin sayının bizim məktəb illərindən çox olması (məsələn: 12, 13 illik orta məktəblər), onlarda orta məktəbin bizim orta məktəb təhsilindən yüksək kefiyyətə malik olması və sair.
Baza təhsili daha çox Böyük Britaniyada məşhurdur və Azərbaycandan Orta Təhsil Haqqinda Attestat sertifikatı olanlar mütləq orada bir il xaricdə baza təhsili almalıdırlar və sonra 3 illik bakalavr təhsilinə qəbul ola bilərlər. Eyni zamanda Baza təhsil tipli proqramlar digər avropa ölkələrində də mövcuddur və Amerika Birləşmiş Ştatlarında yayılmağa başlamışdır.
Əgər övladınızı 18 yaşı tamam olmayıbsa, valideynlər narahat olmasın. Biz xidmət olaraq, sizin övladınızın orada qayğısına qalacayıq və sizə aylıq olaraq övladınızın təhsil və davamiyyəti ilə bağlı sizə hesabat təqdim edəcəyik.

Xaricdə Bakalavr Təhsili
Xaricdə Bakalavr pilləsinə qəbul tələbələrin ən məşhur olan dərəcədir. Bakalavr Təhsili əksər Avropa ölkələrində normal əyani şəkildə olmaqla 3 il təşkil edir. Amerika ölkələrində isə əsasən 4 il və bəzən 5 beş ildə ola bilər. Azərbaycanlı gənclərin ən böyük soruşduqları suallardan biri bir-başa bakalavr pilləsinə Avropa və Amerika universitetlərinə bir-başa bakalavr pilləsinə qəbul prosesi və qaydaları ilə bağlıdır.
Amerika universitetlərinin bakalavr pilləsinə normalda Azərbaycan orta məktəb attestatı ilə bir-başa qəbul olmaq mümkündür ingilis dili və məntiq imtahanlarını çıxmaq şərti ilə lakin Avropada bakalavr pilləsi 3 il təşkil etdiyindən çox az ölkələr (daha çox şərqi Avropa ölkələri) Azərbaycan orta məktəb sertifikatı ilə bir-başa bakalavr pilləsi üçün qəbula icazə verir. Azərbaycandan qərbi Avropa ölkələrinə isə bir-başa bakalavra qəbul olmaq üçün bir necə qəbul prosesindən istifadə oluna bilər. Hal-hazırda 4 qəbul forması daha real sayılır.
1. Azərbaycanda bir və ya iki il universitet təhsili almaq
2. Azərbaycanda texnokomu və kolleci bitirmək
3. Avorpada bir il Baza Təhsili almaq
4. Avropa məktəblərində son illəri bitirmək
Əgər bu təhsil növlərindən biri sizdə varsa, istənilən Avropa və Amerika universitetinə bir-başa bakalavr pilləsinə müraciət edə bilərsiniz. 

Xaricdə Magistr Təhsili
Magistr pilləsi birinci təhsildən sonra yəni bakalavr təhsilindən sonra olan təhsil dərəcəsidir. Xaricdə magistr pilləsini oxumaq daha əlverişli və daha rahatdır.
Beləliklə Azərbaycanda bakalavr pilləsini bitirən və ya axırıncı universitet kursunda oxuyan istənilən tələbə istənilən xarici ölkədə magistr pilləsinə müraciət edə bilər. Lakin bəzi Avropa universitetləri bakalavr pilləsini bitirdikdən sonra müraciət etməyə icazə verir. Yəni bakalavr diplomunuz olmadan qəbul üçün sənədləri qəbul etmir.
Avropada magistr təhsili əsasən Böyük Britaniya, Niderland Krallığı və İrlandiyada əksər proqramların müddəti bir il təşkil edir yəni 12 ay müddətində bütün proqramı bitirirsiniz. Amma digər ölkələrdə demək olar ki, bütün proqramlar 1.5 və ya 2 il davam edir. Bura yuxarida vurğulanan ölkələrdən başqa bütün ölkələr daxildir.
Lakin tələbələr mümkün qədər tez müraciət etməli və ingilis dili və digər lazım olan imtahanlara öncə hazırlaşmalı və müraciət müddətində bütün sənədləri olmalıdır. Proqram seçimi üçün bizim xaricdə təhsil saytına daxil olub uyğun dərəcəni seçin.