YÖS yoxsa SAT: Türkiyəyə Qəbul

Xarici Universitetlərdə oxumaq Azərbaycanlı tələbələr üçün müxtəlif imtahanlardan yüksək nəticələr toplamaqla mümkündür. Bu  gün Azərbaycanlı tələbələrin ən çox istiqamət aldığı və onların maraq dairəsində olan ölkə Türkiyədən danışmaq istərdik.

Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq neçə illərdir ki, davam edir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox gənclər Türkiyəyə göndərilmiş və orada  təhsil almışdılar.

Azərbaycanın müstəqillik dövründə bu sahədə daha geniş əlaqələr qurulmuş və bu əlaqələr hal-hazırda davam etməkdədir. 1992-ci ildə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq barədə imzalanan müqavilə ilə təhsil sahəsində daha da geniş əlaqələr yarandı. Bu müavilədən sonra minlərlə tələbə Türkiyəyə təhsil almağa göndərildi.

Türkiyə ilə yaradılmış səmərəli təhsil əlaqələrinin nəticəsidir ki, bu gün 2500-dən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır ki, onlardan 600 nəfəri dövlət xətti ilə təhsil alanlardır. Eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində 4500 Türkiyəli tələbə təhsil almaqdadır.

Türkiyənin təhsil naziri Nimət Çubukçu  isə  müsahibələrin birində qeyd edib ki, 1992-1993-cü ildən başlayaraq  bu günə qədər Türkiyənin “Böyük tələbə layihəsi” çərçivəsində Azərbaycan üçün Türkiyə ali məktəblərində 5118 yer ayrılıb ki, onlardan 3936 yer istifadə olunub və 1476 tələbə məzun olub.

Həmçinin qeyd edib ki, 2010/2011-ci tədris ilində Azərbaycan üçün norma 156 yer təşkil edir. Ötən tədris ilində bu göstərici 125 yer olub.

Niyə Türkiyə?

Hər kəsə məlumdur ki, hal – hazırda  Türkiyə dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bu inkişaf təhsil sahəsində də özünü büruzə verir. Türkiyə təhsili formalaşmış bir təhsildir. Bütün bu xüsusiyyətlərə  görə Azərbaycanlı tələbələr təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər.Həmçinin bu ölkə yaxın məsafədə yerləşdiyi üçün gəlib-getmək daha rahat və münasib olur tələbələr üçün.

CELT Colleges Xaricdə Təhsil şöbəsinin statistikasına görə valideynlərin öz övladlarını ən çox göndərmək istədiyi ölkə Türkiyədir. Belə ki seçilən ixtisaslar isə əsasən tibb, menecment, hüquq sahələridir. Başqa bir prizmadan baxsaq iki ölkənin dillərinin yaxın olması və yaxud da mədəniyyətlərimiz sahəsində yaxınlığın olması gənclərin burada təhsil almasına səbəb olur.

İndi Türkiyəyə qəbul necə aparılır?

YÖS imtahanın beynəlxalq tələbələri yerləşdirmə sisteminin ləğv edilməsindən sonra hər bir universitet öz imtahanını seçməkdə azad olsalar da onların ümümi qəbul edəcəyi bir sistem qəbul edilib. Bu gün demək olar ki, əksər Türk universitetlərinin qəbul etdiyi sistem SAT imtahanıdır. İndi bu imtahan  bütün YÖS imtahanını əvəzləyir. Lakin SAT iki test sistemindən ibarət olduğundan biz hələlik yalnız SAT I, yəni Türkiyəyə qəbul imtahanın tələb etdiyi variantdan danışacağıq.

Türkiyəyə qəbul qaydaları dəyişildikdən sonra SAT imtahanına da tələbat çoxalıb. İndi Türkiyədə oxumaq istəyən tələbələr SAT imtahanı verirlər. Digər imtahanlardan fərqli olaraq  SAT imtahanı İngilis dili biliyi ilə bərabər riyaziyyat biliyindən də  yoxlanılmasıdır. Başqa imtahanlarda yalnız ingilis dili biliyi yoxlanılır. Bu imtahanda isə hər ikisi – riyaziyyat və ingilis dili biliklərindən tələbələr test edilir.

Hal-hazırda Azərbaycanda bir neşə SAT test mərkəzi vardir və orada artıq yerlər dolubdur.

SAT imtahanında hər bölmə üzrə minium bal 500, maksimum bal isə 800 baldır ( yəni toplam maksimal 1600). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər komponent üzrə ən azı 700 – 750 və ya daha çox  bal toplamaq lazımdır.

SAT imtahını  iki istiqamətdə aparılır.

1)      Riyaziyyat (mathematics). Burada adından da göründüyü kimi riyaziyyat biliyi bacarıqları test edilir. Bu istiqamət üzrə siz 500 – 800 arası bal əldə edə bilərsiniz.

2)      İngilis dili. Bu bölümdə sizin ingilis dili bacarıqlarınız test ediləcək. Bu bölümdə minium 500, maksimum 800 bal yığa bilərsiz

İmtahanın etibarlılıq müddəti 5 ildir. Lakin Tükrkiyə universitetləri bu müddətin iki ildən çox olmasını istəmirlər. Əgər gələcəkdə Türkiyə universitetlərinə getmək istəyirsinizsə, o zaman SAT I imtahanı haqqında düşünün.

SAT haqqında nə düşünürsünüz? SAT imtahanı nədir?   bloq yazımızda tanış ola bilərsiniz. 

SAT imtahanı ilə yoxsa YÖS imtahanı ilə Türkiyənin hansı universitetlərinə qəbul barəsində çətinlik yaşayırsınızsa o zaman digər bloq yazımızla tanış ola bilərsiniz. Ətraflı məlumat üçün link 

SAT imtahanına hazırlıq kursları və Türkiyə universitetlərində qəbul üçün ofisimizlə əlaqə saxlaya bilərsiniz.


CELT Colleges İçərişəhər

İstiqlaliyyət 59 İqtisad Universiteti ilə üzbəüz.

Tel: 012 492 68 53
Mobil: 050 503 59 39

204 thoughts on “YÖS yoxsa SAT: Türkiyəyə Qəbul”

  1. Salam. 2023 de deyirler Türkiye ola bilsin SAT ile qəbulu ləğv eləsin. Xahiş edirəm bu haqda fikir bildirəsiniz. Mən 10 cu sinifem . Turkiyede tibb üçün SAT i seçə bilərəm? Yoxsa

    1. Salam. SAT ləğv olunma ehtimalı yoxdur. Ama əlavə olaraq TR YÖS deyə test olacaq. O da olacaq olmayacaq bəlli deyil. Siz riyaziyyat öyrəndikdən sonra SAT tərəfə və ya TR YÖS gedəcəyiniz fərq etməz. Hər ikisi riyaziyyatdır. YÖS riyaziyyatı daha çətindir. Siz SAT hazırlaşmağa başlayın. Siz bitirənə kimi qərarlar çoxdan netləşəcək. Zaten SAT bitirdikdən sonra YÖS mövzularına hazırlaşacaqsınız

  2. Salam diplomla magistr təhsili almaq üçün şirkətə etdiyimiz ödənişlər nə qədərdir?Birdə Türkiyədəki sığrota və oturum məsələləri necə həll olunur?Şirkət ve ya özümüz tərəfindən?Mən Anakara fikirləşirəm tezli Magistr.

  3. Salam, men 11’i bitirdikten sonra dim imtahani vermeli olacagam? Yos ya da sat imtahani olmaliyam bilirem amma once dim imtahani 4. qrup uzre olmaliyam? Ve ya turkiyede olacagam?

  4. Salam mən bilmək istəyirdim ki, YÖS-ə qəbul olandan sonra ixtisas seçimləri necə edilir?Yəni məsələn biz hazırlaşanda sadəcə YÖS-ə hazırlaşırıq, YÖS imtahanını verdikdən sonra ixtisas imtahanı olur?Olursa necə təşkil olunur?

  5. Salam.Mən Türkiyədə ingiliscə tibb oxumaq istəyirəm.Bir çoxları yalnızca SAT lazım olduğunu söyləyir.Bəziləri isə əvvəlcə YÖS verdikdən sonra hansı dildə təhsil almaq istəyinə baxılacağını deyir.Mən Türkiyədə ingiliscə tibb təhsili almaq üçün həm YÖS həm də SAT hazırlaşmalıyam?

    1. Hər ikisi keçərlidir. İkisindən biri yetərlidir. YÖS olanda hər universitetin ayrı YÖS imtahanı var və hər uniyə ayrı imtahan verməlisiniz. Çox zaman Bakıda olmur ora getməli olursunuz. Ama SAT Bakıda olur və bir dəfə verib bütün uniyə müraciət etmək mümkündür. Bunlar giriş imtahanıdır. Bundan əlavə Türkçə oxusanız TÖMƏR, ingiliscə oxusanız TOEFL lazımdır.

  6. Salam .Hal hazırda Biologiya ixtisası üzrə təhsil alıram.Türkiyədə bu sahə üzrə magistr təhsili almaq üçün hansi universitetlər daha yaxşıdır ? Öncədən təşəkkürlər

    1. Bütün unilər yaxşıdır. Six baxmalısınız qəbul üçün nələr lazımdır? Hansı dildə oxuyacaqsınız? Dil sertifikatınız var mı? Ödəməsi nə qədərdir. Bundan sonra siz doğru qərar verib ona hazırlaşmalısınız.

  7. Salam universtet tələbələri sat imtahanı ilə hazırlaşa bilər? Burdakını dondurmaqla. Birdəki tibb sahəsi üzrə hansı universtetlerdə təhsil almaq olar? Və qiymətləri təqribi nə qədər olur illik?

  8. Salam. Türkiyədə təqaüd alaraq bakalavr təhsili oxumaq istəyirəm. Hansı imtahanları verməliyəm və hansı universitetlər təqaüd verir?

      1. Mədinə Məmmədova

        Salam burda kollec 2 il oxuduqdan sonra tibb üzrə Türkiyədə gedib bakalavr təhsili ala bilərəm ingilis dilində?

  9. isdambul texniki universitesi devlet universitesidir yoxsa ozel ve orda komputer muhendisliyi oxumax ucun sat yoxsa yos ve en esas universitenin illik qiymeti ne qeerdir

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next