Online (elektron) təhsil: Online təhsil universitetə getmədən, hətta yaşadığın ölkəni tərk etmədən oxumaq üçün ideal bir sistemdir! Online təhsil sistemi gündəlik həyat tərzini dəyişdirmədən istənilən bir mühitdə  istədiyiniz yerdə alabiləcəyiniz təhsil növüdür!

Online Dərslərin Fərqi

Əslində klassik və online təhsil arasındakı tək fərq təhsilə yiyələnmək vastəsidir. Normal sistemdə siz universitetə gedəcəyiniz halda, Online (distant) mühitdə yalnız bir internet bağlantısı və kompüter ilə bu təhsili ala bilərsiniz. Onun xaricində dərslərin məzmunu, tapşırıqları hazırlamaq və təhvil vermək klassik təhsililə tam eynidir. Online təhsil ilə klassik sistemdə aldığınan təhsilin ödənişi eynidir! Ən əsası isə online təhsilin diblomu ilə klassik təhsilin diplomunun eyni olmasıdır! Online təhsil üçün necə bir infrastruktur lazımdır?

Kompyuter sistemi üçün minimum sistem ehtiyacları aşağıdakı kimidir.

–         Windows NT / XP / Vista ya da MacOS 7.5.5

–         Ənaz 128MB, üstünlük 512MB RAM

–         Modem

–         Səs kartı və qulaqlıq

–         İnternet bağlantısı (ISP) və e-mail ünvanı

–         Browser (Explorer, Chrome, Safari və s.)

Eyni dövr ərzində həm klassik, həm də online təhsil almaq mümkündür?

Tamamilə mümkündür!  Amerikada bir çoxtələbə online dərsləri, klassik dərslərinin yanında alaraq unveristetlərini erkən bitirməyə çalışır.

Digər tələbələr ilə eyni haqqa sahib olmaq mümkündür?

Online təhsil alan tələbələr, klassik təhsil alan tələbələr ilə tamamilə eyni hüquqlara malikdir. Bura lazım olduqda məsləhətci istəməyinizdə daxildir.

Dərslərimlə əlaqədar kömək ala bilərəmmi?

Online təhsildə, təhsil verən professorlar, telefon, e-poçt və faks məlumatlarını verdikləri üçün onlarala əlaqə yaratmaq çox asandır. Lazım olan bütün cavabları onlardan almanız mümkündür.

Onlayn təhsilin üstünlükləri:

– məşğələlərin konkret yerdə keçirilməsi zərurəti yoxdur, Sizə həqiqətən rahat olan yerdə – ofisdə, evdə, yolda təhsil almaq imkanı, sizi əsas işdən ayırmamaq üçün rahat məşğələ vaxtları (səhər tezdən, axşamdan keçmiş, nahar vaxtı, istirahət günləri),

– yola vaxt sərf etmək lazım gəlmir,  maksimal psixoloji rahatlıq, qarşınıza qoyduğunuz məqsədlər nəzərə alınmaqla fərdi yanaşma.

İndi siz deyin, online təhsil almağa dəyər?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla