Çoxluğu bildirən “many”, “much”, “a lot of”, və “lots of” (çox, çoxlu) ifadələri oxşar  mənaları versələr də, cümlə içində heç də bir-birini əvəz edə bilmir.

“Many” qeyri-müəyyən miqdar sayı sayılan sadə isimləri cəmdə işlətmək üçün istifadə edilir. Məsələn, “many trees”, “many houses”, “many people”.  “Much” isə həmişə təkdə olan isimlərlə işlədilir: “much water”, “much wood”, “much happiness”.

There’s not much water in the swimming pool. (doğru)

There’s not many water in the swimming pool. (səhv)

There are many people in the crowd. (doğru)

There are much people in the crowd. (səhv)

“A lot of” və “lots of” qeyri-müəyyən say əvəzlikləri arasında bir fərq yoxdur, məsələn, “lots of/lots of people” və “a lot of/lots of water” variantlarından hər ikisi doğrudur.

Lakin diqqət edin ki, “a lot of” işlədilərkən isim cəmdədirsə, fel də cəm də olacaq, baxmayaraq ki, “a lot” sözü təkdə işlənib. Daha aydın başa düşmək üçün nümunəyə nəzər yetirin:

A lot of people don’t know the word “onychophagia”. (doğru)

A lot of people doesn’t know the word “onychophagia”. (səhv)

Eyni qaydada “lots of” sözü tək isimlə işlənərkən, fel də cəmdə olacaq:

Lots of water is being wasted every day. (doğru)

Lots of water are being wasted every day. (səhv)

 “Much/many”, “a lot of”, və “lots of” arasındakı fərq nədir?

Ən başlıca fərq ondan ibarətdir ki, “many” və “much” qeyri-müəyyən say əvəzlikləri sual cümlələrində istifadə edilə bilir (“how much”, “how many”) və başqa sözlərlə birlikdə işlənə bilir word (“too many, “as much as”, “so many”):

How many people were there? (doğru)

How lot of people were there? (səhv)

We have as much money as they have. (doğru)

We have as lots of money as they have. (səhv)

Qeyd etmək lazımdır ki, “a lot more/fewer/less” qeyri-rəsmi nitqdə tamamilə qəbul ediləndir.

“Many”/“much”, “a lot of” və “lots of” digər vəziyyətlərdə demək olar ki, eyni mənanı daşıyır. Əsas fərq onların rəsmi və qeyri-rəsmi nitqdə işlənməsidir. “Many” və “much” daha rəsmidir, “a lot of” qeyri-rəsmi cümlələrdə işlədilir və “lots of” qeyri-müəyyən sayı isə daha qeyri-rəsmidir.

There are many people at the party. (çox rəsmi)

There are a lot of people at the party. (qeyri-rəsmi)

There are lots of people at the party. (daha qeyri-rəsmi)

“Many” və “much” təsdiq cümlələrində (yuxarıdakı misaldakı kimi) o qədər formal (rəsmi) səslənir ki, siz onları gündəlik danışıqda demək olar ki, heç vaxt eşitməyəcəksiniz; onlar daha yazıda və rəsmi nitq çıxışlarında işlədilir.

Lakin, inkar cümlələrində “many” və “much” qeyri-müəyyən sayları gündəlik nitqdə çox normal səslənir. Aşağıdakı nümunələrə diqqət edin:

I don’t have much money. (rəsmi və qeyri-rəsmi məzmunda işlədilə bilər)

I don’t have a lot of money. (qeyri-rəsmi məzmunda işlədilə bilər)

I don’t have lots of money. (daha qeyri-rəsmi məzmunda işlədilir)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla