Bu gün sizə Almaniyanın 5 ƏN YAXŞI UNİVERSİTETİ haqqında danışacağam. Almaniya təhsili haqqında ötən bloqlarımızda qeyd etmişdik. Lakin bu gün sizlərə konkret olaraq Almaniyanın ilk 5-likdə dayanan universitetləri və bu universitetlərin dünya universitetləri sırasında hansı yerdə olduğu haqda mlumat verəcəyik. Bu universitetləri qeyd etməzdən ilk öncə bird aha sizə Almaniyada təhsil haqqları haqqında məlumat vermək istərdim .
Deməli, qeyd edim ki, Almaniyada təhsil 2007-ci ilədək tam pulsuz olub. Bu həm Almaniya vətəndaşlarına, həmdə xarici vətəndaşlara şamil olunurmuş. Lakin 2007-ci ildən etibarən bir sıra universitetlərdə və bir sıra sahələrdə təhsil haqqı tətbiq olunmağa başladı. Təhsil haqqı bir semestr üçün maksimum 500 avro təşkil edir. Bu qiymət universitetlərə və fakultələrə görə dəyişir. Təhsil haqqı tətbiq olunsada pulsuz təhsil almaq üçün tələbələrə şərait yadaran Almaniyada təhsilə dəstək fondları çoxdur.
Almaniyanın ölkədaxili universitetlərin sıralanmasında ilk 5-likdə bu universitetlər dayanır. (Şəkilə bax)
1-ci yer Münhen Texniki Universiteti, 2-ci yer Heidelberg Universiteti,3-cü yer Münhen Universiteti,4-cü yer Freiburg Universiteti, 5-ci yer Bonn Universiteti.
Sonuncu Bonn Universiteti haqqında onu demək istəyirəm ki, bu universitet 5 və 8-ci yerlər arasında öz nüfuzunu dəyişir ki, müxtəlif vaxtlarda və illərdə Frankfurt, Goettingen, Muenster universitetləri ilə yerini dəyişir.
Gəlin indi baxaq ki, bu qeyd ediyim Almaniyada 5 ƏN YAXŞI UNİVERSİTET dünya universitetləri sırasında necə yer alır.
Deməli 1-ci yerin sahibi olan Münhen Texniki Universiteti dünya universitetləri sırasında 50-ci yerdədir, daha sonra 2-ci yerin sahibi olan Heidelberg Universiteti 54-cü yerin sahibi, 3-cü yerdə olan Münhen Universiteti 61-ci, 4-cü yerin sahibi olan Freiburg Universiteti 100-cü və sonda 5-ci yerin sahibi olan və məktəbli dili ilə desək 5 alan universitet olan Bonn Universiteti 101 -150-ci yerlərdə qərarlaşır…
Bu nəticələrə fikir versək görərik ki, Almaniyanın bu qeyd etdiyim 5 ƏN YAXŞI universitetləri dünya universitetləri sırasında məhz 100-lükdə qərarlaşıb. Bu o deməkdir ki, doğurdan da Almaniya təhsili dünyanın qabaqcıl təhsilidir. Bundan başqa bu sıralamada məni özünə cəlb edən maraqlı bir fakt o oldu ki, bu 5-likdəki iki universitet məhz Almaniyanın Münhen şəhərində yerləşir. Münhen böyük tarixə malik şəhərdir. Amma niyə Almaniyanın paytaxında olan və yaxud digər şəhərlərində olan universitet yox, məhz Münhen universitetləri həm Almaniyaya və həm də dünyaya meydan oxuyur? J Maraqlıdır…
Bu haqda inşALLAH gələcək bloqlarımızda…
Bakalavr təhsil aldıqdan sonra Almaniyada dövlət xətti ilə magistr təhsil almaq mümkündür?
Salam,mən BDU nin Beynəlxalq münasibətilər və İqtisadiyyat fakültəsinin elə həmin ixtisasının 3 cü kurs tələbəsiyəm, magistraturanı Almanya’da dövlət universitetinde oxumaq istieyirem,bunun üçün mənə hansı universiteti,hansı ixtisası məsləhət görərdiz? Və bunun üçün hansı proseslərdən keçməliyem?
Salam mənim universitet ortalama balım aşağıdır yəni E dir.Mən hansısa universitetə sənəd göndərə bilərəm İELTS lə.
Salam bəli ama Almaniya dövlət xeyir. Özəllər olar
Salam. Almaniya da bakalavr təhsili almaq istəyirəm,Tərcümə fakültəsi varmı? Hansı universitetdə? Və ödənişsiz təhsil almaq üçün nə lazımdır?
Salam menim bir sualim var idi. Men Almaniyada oxumaq isteyirem bakalavr tehsilini. Iqtisadiyyat uzre. Men indi buna gore burda 2 il universiteti oxumaliyam?
Salam,
Almaniyada təhsil üçün bu nömrə ilə əlaqə saxlayın zəhmət olmasa 012 441 36 65
Salam, mən Dövlət İdarəçilik Akademiyasının 2ci kurs tələbəsiyəm, Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alıram, magistr təhsili üçün Almaniyada ixtisasıma uyğun hansı Universiteti məsləhət görərdiniz?
Salam,
Zəhmət olmasa 012 441 36 65 nömrəsi ilə əlaqə saxlayın
Salam, mən iqtisad universitetində təhsil alıram, 3 cü kursam. Fakültəm əmtəəşünasdır. Mənə maraqlıdır ki, magistr təhsili üçün Almaniyanın hansı universitetlərini məsləhət görərsiniz, mənim ixtisasım və ya müraciət edə biləcəyim digər hər hansı bir ixtisas üçün. Və həmçinin qəbul şərtləri nələr olacaq qısaca?
Salam. Almaniya üçün GPA 85 və yuraxı olsun. Business sahəsinə gedə bilərsiniz. sizin ixtisas ingiliscə yoxdur
Salam. Men ATU-da 3cu kursu bitirdim,eczaciliq fakultesi. Master uchun italiya ve almaniya ile maraqlaniram. Hansi göstericilerim olmalidir?
IELTS 6.5 yüksək GPA
Salam .Mən 11 ci sinifdə oxuyuram .IstəyirəmTechnical University of Muniche də oxuyum .Mən hansi sənədlər və necə qəbul oluna bilərəm .sizdən xoiş edirem mənə ətrafli başa salardiz. Əvəllcədən cox sag olun
Salam. 11-dən orda qəbul yoxdur. Bir il burda uni oxumaq lazımdır ən az
Salam, IT ixtisası üzrə tehsil alıram və bu il 2-ci kursam. Bilmək istəyirdim ki, bu universitetlerdə IT ixtisası üzrə pulsuz təhsil almaq üçün gərəkli olan nələrdir? Btw neçənci kursdan sonra məsləhətlidir? :’))
IELTS 6.5 və yüksək GPA
Dil bilmek vacibdirmi?
Bəli
Salam.UNEC’də iqtisadiyyat ixtisasının 1ci kurs tələbəsiyəm. Almaniyada magistr təhsili almaq istəyirəm. Hansı universitetləri məsləhət görə bilərsiniz?
Salam,
Mən bilmək istərdim ,Almaniyada psixologiya üzrə təhsil almaq üçün Azərbaycanda tibb universitetində 2 il oxumaq şərtdir?
Salam, tibbdə deyil, psixologiya üzrə oxumalısız 1 il
Salam men maliyye ixtisasinda oxuyuram almaniyada tehsil almaga ne etmek lazimdir ve odenis varmi?
Salam, 012 441 36 65 nömrəsi ilə əlaqə saxlayın zəhmət olmasa
Salam bu il mezun oldum. 1ci ve ya 2 ci kursu bitirdikden sonra ielts ile almaniyada pulsuz IT oxuya bilerem?
Almaniyada IT bakalavr ingilizcə yoxdur. almanca olar
Salam.Almaniyada huquq oxumaq hansi universitetde mumkunudur birdeki oraya burdan gedib kollec oxumaq lazimdir ya bizde?Qabaqcadan Cox sag olun
Salam. Almaniyada hüqüq 3-6 min avro arası dəyişir. Saarland məsələn. Bakalavr nəzərdə tutursunuzsa heç birində
salam.Almaniyada tibb tehsili odenissiz var ve ora qebul olmaq ucun ne etmek lazimdir?
Salam, var. Alman dilini bilmək lazımdır
Salam men hal hazirda 11ci sinfde oxuyuram.Almaniyaya universtet ucun imtahan neden vermeliyem? Versem neqeder olacag illiyi? Komputer muhendisliyi isteyirem
Salam, ALmaniyada oxumaq üçün burda hansisa universitetdə 2 il təhsil almalısız. IELTS lazım olacaq. Pulsuzdu təhsil
Salam tehsil almag isteyirdim tehsilhaqqinda ve odenishler barede melumat vererdiz whatsap 055-582-37-32
Salam,
Almaniyada ya ödəniş yoxdur ya da çox azdır. Təhsil yəni bakalavr 3 il və magistr 2 ildir.