A level və hazırlıq dərəcəsi (foundation degree)

A level

A level, digər adı ilə GCE (General Certificate of Education), sizi gələcək təhsilinizə aparan müxtəlif ixtisas fənləri əsaslı tədris sistemidir. A level İngiltərə, Uels, Şimali İrlandiya, Manş adalarında məktəbdən məzun olmaq üçün lazım olan əsas sertifikatdır. Bu sistem 1951-ci ildə İngiltərə təhsil nazirliyi tərəfindən təqdim edilib. Kembric və Edexcel tərəfindən keçirilən imtahandan alınan nəticə isə proqrama beynəlxalq status qazandırır. Hətta bəzi hallarda A level səviyyəsini yaxşı başa vurmuş tələbələr birbaşa universitetin ikinci kursuna qəbul olmağa da haqq qazanırlar. A level sistemində nailiyyət göstəricisi 40-100% arasında dəyişir və A, B, C, D, E və U- dərəcə almamış (Ungraded) kimi göstərilir.  

Şagirdlər bu kursu təhsillərinin son iki ilində, özlərini gələcək təhsilə hazırlamaq məqsədi ilə keçirlər. Onlar hər biri bir il olan müvafiq olaraq AS və A2 adlanan imtahanları uğurla verdikdən sonra A level sertifikatına yiyələnirlər. Bu imtahanların hər ikisi maksimum 50%-lik nəticə ilə hesablanaraq son nəticənin alınmasına birbaşa təsir edirlər. Umumilikdə A2 imtahanı bir qədər AS imtahanından daha çətindir. Fənlər şagirdin şəxsi maraqlarına əsasən müəyyənləşdirilir. Gələcəkdə istiqamətlənəcəyiniz sahəyə uyğun olaraq seçəcəyiniz A level proqramının kurrikulumu ilə tanış olaraq onun sizə uyğun olub-olmamasını da aydınlaşdıra bilərsiniz. Bəzi hallarda fənlərin kombinasiyası da mümkündür. Siz Biologiya, Hesablama, Hüquq, Ərəb dili, İncəsənət və dizayn, Dəniz elmi, Riyaziyyat, Biznes, Musiqi, Kimya. Kompüter, Dizayn və texnologiya, Dijital mediya, İngilis dili, İngilis dili və ədəbiyyatı, Qida haqqında, Coğrafiya, Alman dili, Fransız dili, Tarix, İslam elmləri kimi çox çeşidli dərslər seçə bilərsiniz. A level proqramına qəbul üçün İngilis dilindən 4/C olmaq şərti ilə, ortalama balınız C olmalıdır. Qəbul tarixləri əsasən Noyabr- Dekabr aylarında olur.  

Foundation degree

Foundation dərəcəsi orta təhsilin son iki ilində əldə edilən, akademik və peşə təhsilinin birləşməsidir. Bu təhsil dərəcəsi 2001-ci ildə İngiltərə tərəfindən yaradılıb. Foundation dərəcəsi xüsusi peşə istiqamətli təhsildir. Qazanılmış dərəcə İngiltərə, Şimali İrlandiya, Uelsdəki universitet və kolleclər tərəfindən qəbul edilir. Bütün İngiltərə üzrə foundation dərəcələri təklif edən universitet və kolleclər tapmaq mümkündür. Foundation dərəcəsi xüsusi dərəcə olduğu üçün burada müəyyən edilmiş qəbul şərtləri yoxdur. Burada sizin şəxsi bacarıqlarınız qəbul üçün kifayət edə bilər. İş təcrübəsi isə hər daim arzuolunandır. Seçdiyiniz sahə üzrə hərtərəfli bilik verən foundation dərəcələri sizi həm iş, həm də həmin sahədəki gələcək təhsilə hazırlayır. Foundation dərəcəsini universitet və ya kollecdən ala biləcəyiniz kimi, təcrübə məqsədi ilə bəzi şirkətlər də bunu təklif edə bilər. Elmi dərəcə sayılmayan foundation dərəcəsi bakalavr pilləsindən bir pillə aşağıdadır. Müddəti iki ildir və məzun olduqdan sonra əlavə bir il də oxuyaraq bakalvr pilləsinə keçid etməyə imkan verir. Araşdırma nəticəsində 60% foundation dərəcəsi məzununun kursu bitirdikdən sonraki 6 ay müdətində iş tapdığı və yarıdan çoxunun bakalvr pilləsinə keçid etdiyi məlum olub. Əgər foundation dərəcəsini hansısa bir şirkət vasitəsilə alırsınıza bu halda həmin şirkətdə qalıb işləmək şansınız da var. Foundation dərəcəsində öyrənənlərə kənd təsərrüfatı, heyvanlarla təlim, təhsil işçisi, sosial iş, turizm, dram, dizayn dərsləri, müxtəlif mərhələlərdə idarəetmə, hüquqi məsləhət xidməti, tibb bacısı, biznes kimi müxtəlif sahələr təklif olunur. Qiymətlər isə orta hesabla 5000 funt sterlinqdən başlayır.

Bəhs edilən hər iki proqram orta məktəbin son iki ilində alınsa da aralarında bəzi fərqliliklər var. Belə ki, A level Britaniyada orta məktəbin bir hissəsidir. Foundation dərəcəsi isə peşə ixtisas təhsilidir. Hər iki proqramda alınan təhsil gələcək təhsiliniz üçün baza rolunu oynayır.

CELT High School artıq Rəsmi A Level mərkəzidir. Azərbaycanda A Level diplomu əldə edə bilərsiniz. Ətaflı http://celtschool.az saytından məlumat əldə edə bilərsiniz

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

(050) 210 91 54

xanim@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next