Dizayn proqramlarının əhəmiyyəti

XXI əsrdə  texnologiyaların inkişafı ilə kompyuter sahəsi də  öz inkişaf dövrünə başladı. İldən – ilə dünyada durmadan inkişaf edən  kompyuter sahəsi hal –hazırda insanların, o cümlədən cəmiyyətin ayrılmaz parçası olub. İnsanlar demək olar ki, bir çox işlərini kompyuter vasitəsilə edirlər. Kompyuter geniş və hərtərəfli sahədir. Demək olar ki,hər il yeni proqramlarım ortaya çıxması kompyuter sahəsini daha da genişləndirir.

Kompyuteri ilk öyrənənlər ilk dəfə  kompyuterlə tanışlıqdan sonra başlanğıc kimi ofis proqramlarını öyrənir. Ofis proqramlarına Microsoft Word, Microsoft Excel, Microsoft Power Point, Microsoft Outlook, Microsoft Accsess, Microsoft Publish kimi proqramlar daxildir.

Kompyuter sahəsində ən mühüm sahələrdən biri də Dizayn proqramları olan sahədir. Müasir dövrdə dizayna olan ehtiyacı nəzərə alaraq bu sahədə çoxlu proramlar yaradılmışdır. Dizayn proqramlarınını ən mühümləri  Adobe Photoshop, Corel Draw, AutoCad  və s. proqramlar daxildir. Hər il demək olar ki, bu sahədə yeniliklər olur və  ildən – ilə bu sahə üzrə proqramlar artmaqdadır.Bu proqramlar yaradıldıqdan sonra insanların diqqətini çəkdi və insanlar bu proqramları öyrənməyə başladılar. Bu proqramlar vasitəsilə istənilən şəkilləri, jurnalları, kitabları bir sözlə, istənilən bir şeyi dizayn etmək mükündür. Bu proqramlar ofis proqramları qədər asan deyil. Proqramların xüsusiyyətləri, funksiyaları  çox olduğundan onları yadda saxlamaqda çətindir. Bu proqramlarla ətraflı  tanış olaq.

Adobe Photoshop – Bu proqramın neçə illərdir ki, mövcuddur. Bir qədər geniş funksiyalara malik olan bu proqramı mükəmməl  öyrənmək bir o qədər də asan deyil. Photoshop qrafiklərinizi və şəkillərinizi bir formadan digər formaya salmağa və ya təsəvvür etdiyiniz bir şeyi düzəltməyə kömək edən proqramdır.Proqram vasitəsilə rənglərdə dəyişiklik, şəkli işıqlı və ya qaranlıq, ölçüsünü kiçildib, böyüdə bilərsiniz, bunlarla yanaşı bir çox gözəl xüsusiyyətləri də  var. Məsələn, iki müxtəlif şəkili siz birləşdirə bilərsiniz və yaxud da köhnə şəkillərinizi yeniləyə bilərsiniz.

Bir sözlə, şəkilə aid nə varsa, bu proqram vasitəsilə edə bilərsiniz.Bu proqramdan bir çox sahələrdə, o cümlədən jurnal, qəzet, televiziya və bu tipli bir çox sahələrdə geniş istifadə olunmaqdadır. Bu proqram adından göründüyü kimi şəkillərin montajı üçün nəzərdə tutulub. Demək olar ki, hər il yeni versiyaları hazırlanır. Photoshop CS2, Photoshop  CS3, Photoshop  CS4, Photoshop  CS5 versiyaları artıq istifadə olunur. Bu versiyalar ideya cəhətdən bir – birində o qədər də fərqlənmir. Lakin hər yeni versiyada yeni funksiyalar əlavə olunur, ümumilikdə proqram genişləndirilir.

Corel Draw – Bu proqram qrafika proqramıdı. Dizaynerlər üçün ən əlverişli dizayn proqramı hesab olunur. Bir sıra məşhur jurnalları bu proqram vasitəsilə yığırlar. Bundan başqa böyük plakatların hazırlanması, vizit kartların yığılması, bukletlər yığılması, və s. əyani vəsaitləri  hazırlaya bilərsiniz.Corel Draw proqramının üstünlüklərindən bir də burada həm də şəkil montaj etmək mükündür.

Bu proqram həm də rahat öyrənmək olur. Elə də çətin deyil. Funksiyalarında olan xüsusiyyətləri asanlıqla tapmaq olur. Digər proqamlar kimi bu proqam da tez – tez yenilənir. Artıq yarandığı vaxtdan bir neçə dəfə yeni versiyası yaradılıb. Bu proqram da dizaynerlər üçün optimal fürsət yaratdı. Bir sıra çətinlikləri aradan qaldırdı. Bundan əvvəlki dizayn proqramları mövcud olub,amma bunda olan funksiyalar həmin proqramlarda olmayıb. Lakin hələ ki, dizaynerlər üçün özünəməxsus xüsusiyyətləri ilə seçilən dizayn proqamı kimi istifadə olunur.

AutoCad – Digər proqamlardan fərqli olaraq bu sırf dizayn üçün deyil. Bu proqram  memarlıq və inşaaat sahəsində çalışan əməkdaşlar üçün nəzərdə tutulub. Onların iş şəraitini daha əlverişli olmaq üçün istifadə edilir. Belə ki, hər hansı bir tikilinin dizayının vermək üçün hal – hazırda bu proqram vasitəsilə dizayn tərtib edirlər.

Bu proqram bu sahədə çalışan şəxslər üçün ən uyğun proqramdır və bu kimi şəxslərin iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı. Bu proqram elə qədim bir tarixə malik deyil. Bir neçə ildir ki, kompyuter sahəsinə daxil olub. Qeyd edim ki, proqram çox çeşidlidir. Proqramda o qədər geniş funksiyalar var ki, bəzən tələbələr qismən öyrənəndə çətinlik çəkirlər.Lakin bəzi məqamları bilməklə asan bir şəkildə qavramaq mükündür. Bu proqrama digərlərinə nisbətən daha çox ehtiyac duyulur. Buna birinci səbəb tikinti sahəsində həddindən artıq işlərin çox olmasıdır.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu kimi yeni proqramların yaradılması dünyadakı elmin sürətlə inkişafı ilə bağlıdır və yeni proqramların yaradılmasının böyük əhəmiyyəti vardır. Əgər siz bu proqramları bilirsinizsə, deməli kompyuter sahəsində xeyli biliklərə maliksiniz. Bu proramları öyrəndikdən sonra istənilən şirkətdə dizayner kimi çalışa bilərsiniz.

Zaur Qasımbəyli

CELT Colleges, Gənclik

Atatürk pros. 11/16

Şuşa Kinoteatrının yanında

Tel: 012 415 99 40


19 thoughts on “Dizayn proqramlarının əhəmiyyəti”

  1. Bunlari oyrenmek isteyen xanimlara ve beylere meslehetim.bir qardaw kimi( oyrenmek dedikde wert o deyil oyrenesen esas insanda dizayn sahesi uzre heves ve sebr mutleqdir,bunlar olmasa hec neye nail olmaq olmaz.)sizlere ugurlar.Zaur muellimede— Qardawim “3DMax” baredede melumat yazasan.mumkunse,qoy genclermiz her zaman yaxwi nailiyetlernen ireli getsinler.

  2. ayten