Almaniyada Təhsil- IUBH School of Business and Management

CELT Colleges-in xaricdə təhsil əməkdaşı olaraq il ərzində müxtəlif beynəlxalq konfranslara, sərgilərə qatılmaqla yanaşı, xarici universitetlərə ziyarət etmək üçün də dəvətlər alırıq. Sonuncu səfərimiz Almaniyanın ən reytinqli özəl universitetlərindən biri olan IUBH School of Business and Management universitetin’ olmuşdur. Vaxtaşırı səfər etdiyimiz universitetlər barədə daha dolğun məlumat toplayıb oxucularımızla bölüşəcəyik. İlk öncə Almaniyada təhsil barədə bir neçə kəlmə ilə giriş edək.

15110859_1122038404512575_8849085076891549079_o
img_4561

Almaniyada, əsasən dövlət universitetlərində, təhsil almaq bir çox abituriyent şagirdlərin və universitet tələbələrinin arzusudur. Almaniyanın güclü inkişaf etdirilmiş təhsil sistemi, universitet məzunu olduqdan sonra işləmə imkanı və təhsil haqqlarının aşağı olması bu ölkəni tələbələr üçün cazibəli məkana çevirmişdir. Almaniyanın bu cür üstünlüklərinə baxmayaraq azərbaycanlı tələbələrin oranın dövlət universitetlərində təhsil alması üçün bir neçə əngəllər mövcuddur.

Məktəb məzunlarının sadəcə attestat ilə birbaşa Alman dövlət universitetlərinə qəbul ola bilməməsi əsas çətinliklərdəndir. Tələbələr Almanca dil biliyini gücləndirdikdən sonra Almaniyada kolleclərdən birinə (studienkolleg)  qatılmalı və ondan sonra kollec dövrü ərzindəki topladıqlara bala müvafiq olaraq universitetə yerləşdirilə bilərlər. Alman dili öyrənməyin nisbətən çətinliyi və studienkollegdən sonra universitetlərə keçid almağın qarantiyalı olmaması bir çox tələbə və onların valideynin marağında olmaya bilər. Tələbələr yalnız Azərbaycanda iki il universitet təhsili aldıqdan sonra Almaniyada yenidən 3 illik bakalavr dərəcəsinə başlamaq üçün müraciət edə bilərlər.

Ona görə də əksər azərbaycanlı tələbələr bakalavr məzunu olduqdan sonra Almaniyada magistratura pilləsində təhsil almaq üçün müvafiq sənədlərini verirlər. Lakin dövlət universitetlərində rəqabətli qəbul şərtləri bəzən azərbaycanlı tələbələrin arzusunu ürəyində qoya bilər.

rolandufer2
9205

Azərbaycanlı tələbələrin biznes və onunla əlaqəli olan sahələrə olan böyük marağını nəzərə alaraq IUBH Business Schoola tələbələrimizə məsləhət görə bilərəm. Universiteti digər dövlət universitetlərindən fərqləndirən xüsusiyyəti məktəb məzunlarının attestat və İELTS ilə bakalavr proqramına qəbul olmasıdır. Universitetin hal-hazırda Berlində və Bonn şəhəri yaxınlığında (Bad-Honnef qəsəbəsi) ingilis dilində tədris olunan proqramları vardır.

Universitetin bakalavrı 3 illikdir və qəbul üçün İELTS 6.0 və güclü riyazi biliklər lazımdır. Əgər tələbə riyaziyyat fənnindən zəifdirsə və ya İELTS 5.0 almağı bacarıbsa, universitetdə foundation (hazırlıq) proqramına qoşula bilər. Hazırlıq dövrü ərzində ingilis, riyaziyyat və biznes dərsləri görəcək və minimal səviyyədə almanca dərslərinə qoşulacaq.

Magistr proqramları 1 və ya 2 illikdir. Bəzən azərbaycanlı tələbələr fərqli bakalavr ixtisasını bitirdikdən sonra magistr təhsillərini biznes, turizm və ya insan resurslarının idarəedilməsi sahələri üzrə ixtisaslarını davam etdirmək istəyirlər. Təəssüf ki, Almaniyanın dövlət universitetlərində ixtisas dəyişməyə icazə verilmir. Lakin İUBH universitetində siz sadəcə bir semester hazırlıq proqramına qoşulmaqla biznes və iqtisadiyyat biliklərini əldə edib, təhsilinizi bu sahələr üzrə davam etdirə biləcəksiniz.

img_4616
img_4592

IUBH School of Business and Management (qısaca olaraq IUBH) 1998-ci ildə yaradılmış və Bonn şəhəri yaxınlığında yerləşmiş universitetdir. Universitet davamlı olaraq müxtəlif reytinq cədvəllərində top səviyyədə qala bilmişdi. 2014 və 2015-ci ildə CHE University Ranking liqa cədvəlində tələbələrin yüksək nəticələrinə görə nüfuzlu təhsil müəssisəsi hesab edilir və binzes administrasiyası sahəsində Almaniyanın ən yaxşı özəl ali universiteti kimi yerini möhkəmlədə bilmişdi. Təkcə 2015-ci ildə məzunların 87 faizi məzun olduqdan sonra 3 ay ərzində işlə təmin edilə bilmişdir.

IUBH universitetin tələbəsi olmağın daha bir üstünlüyü universitetdə tədrisi zamanı 3-cü kursdan etibarən bir semesterlik məcburi təcrübə proqramına qoşulmaları ilə yanaşı, tələbələr daimi olaraq həm ingiliscə, həm də almanca iş elanları ilə qarşılaşmalarıdır. Təkcə elə universitet ziyarətimiz ərəfəsində Bonn şəhəri və ona yaxın ərazilərdə yerləşən 70-ə yaxın yerli və beynəlxalq şirkətin iştirakı ilə universitetdə karyera günləri keçirilmişdir. Universitetin qlobal hotel şirkətlərindən tutmuş kuryer şirkətlərinə qədər böyük biznes əlaqələri mövcuddur. Qeyd edək ki, DHL, Deutsche Postbank, Vapiano, Haribo, T-Mobile və onlarla böyük şirkətlərin baş ofisi Bonn şəhərində yerləşir. Bu da tələbələrin məzun olduqdan sonra iş tapma ehtimalını yüksəldir. Karyera günləri haqqında ətraflı burada baxa bilərsiniz: IUBH Karyera günləri

Universitetin Berlin kampusu isə daha çox magistr tələbələri üçün yaradıldığından və kampus həyatı olmadığına görə, bloqumuzda bu barədə söhbət açmayacağıq.

img_4573
img_4575

Universitetdə olduğumuz müddətdə sınaq dərslərin birində iştirak etdik. Professorların əsas məqsədi tələbəni məlumat və terminlərlə bombardman etmək deyil, daha çox tələbələrin kritik düşünmə qabiliyyətini gücləndirmək, komanda içində çalışmağı motivasiya etmək və onlara real iş təcrübələrini bölüşməkdir. Təəccüblü deyil ki, professor və müəllim heyətinin böyük əksəriyyəti alman və beynəlxalq şirkətlərin işçisi və yaxud da biznes və marketinq üzrə məsləhətçiləridir. Otaqların dekorasiyası və dizaynı innovativdir və tələbələr özlərini ənənəvi dərs otağında hiss edib sıxılmayacaqlar. Hətta turizm tələbələrin dərs gördüyü otaqların birində lövhənin arxasında mətbəx də quraşdırılmışdır. Burada tələbələr dərsin mövzusuna uyğun olaraq mətbəxdən istifadə edə bilərlər. Video yazıya buradan baxa bilərsiniz:  IUBH Kulinariya otağı

Ən təəccüblüsü isə tələbələrə universitetin mətbəxindən də dərs otağı kimi istifadə edə bilmə sərbəstliyinin verilməsidir.

img_4604
img_4650

Universitetin kampusunda bir neçə restoran vardır. Tələbələr öz ağız dadına uyğun geniş çeşid menyudan yararlana bilərlər. Universitet restoranının mətbəxinə baş çəkmək səfərimizə daxil idi. Təmizliyə söz ola bilməz!

img_4584
img_4595

Universitet tələbələrin təşəbbüskarlığını və eksperiment aparmasını yüksək dəyərləndirir. Məsələn, elə universitetdə olduğumuz ərəfədə International Event Management (Beynəlxalq Tədbirlərin İdarəedilməsi) fakülətsinin tələbələri Oktoberfest festivalı ilə əlaqədar universitetin həyətində çadır qurub, dekorasiyası ilə məşğul olub partiyə hazırllıq görürdülər. Ümid edirik, təşkilatçılıqları uğurlu alındı.

Bundan başqa Hospitality Management tələbələri universitetin həyətində müxtəlif növ üzüm ağacı əkərək əldə edilən bardan növbənöv şərab hazırlayırlar.

img_4615
img_4631

Tələbələr öz vaxtlarını səmərəli dəyərləndirmək və sevdikləri idmanla məşğul olmaq üçün müxtəlif dərnəklər yaradıblar. Universitetin tələbələri futbol, basketbol, tai boxing, volleybol, şahmat, cheerleading və s. klubları yaradıb həftə içi universitetin şəhərciyində və onun kənarında məşqlərini təşkil edirlər. Universitetin futbol komandası universitetin dəstəyi ilə Almaniyanın sərhədləri xaricində yarışlarını keçirmişlər.

Bundan başqa hər hansı klub yaratmaq və ideya irəli sürmək üçün tələbələrə student office (tələbə ofisi) da ayrılmışdır. Universitet hesab edir ki, tələbələrin dərsdən kənar idman, mədəni və sosial fəaliyyətləri onların dərslərinin keyfiyyətini yüksəltməklə yanaşı, gələcək karyerasında da önəmi vardır.

img_4661
img_4639

Universitetin kitabxanası kifayət qədər zəngindir. Tələbələr burada ingilis dilində bizneslə kitablarını rahatlıqla əldə edə bilərlər, eyni zamanda sakit dərs zalından istifadə etmək imkanları vardır.

Qeyd etdiyim kimi universitetin yataqxanası universitetin kampusundadır. Tələbələr burada 1, 2 və ya 3 otaqlı mənzillərə yerləşə bilərlər. Hər mənzilin özünün ayrıca mətbəxi və hamam-tualeti vardır. Azərbaycanlı tələbələrin yataqxanada qalmasını tövsiyyə edə bilərik. Tədris və kitabxana binasına yaxınlığı və sosiallaşmaq üçün mühitin olması əsas üstünlüklərindəndir.

Türkiyədə təhsil almağın üstünlükləri və TOP 10 Universitet
img_4619

Universitetin bakalavr proqramları:

  • Aviation Management
  • International Event Management
  • Hospitality Management
  • International Marketing Management
  • Tourism Management
  • International Management

Universitetin magistr proqramları:

  • MBA International Business
  • MBA Clinical Research Management
  • International Management
  • Aviation
  • Finance & Accounting
  • Health Care
  • Hospitality
  • Human Resources
  • IT Management
  • Marketing
  • Transport & Logistics
  • International Management for Non-Business Graduates
  • International Event Management
  • Hospitality Management
  • International Marketing Management
  • Tourism Management
  • International Management
img_4628
img_4647

Bundan başqa qeyd edildiyi kimi universitetin foundation və magistr hazırlıqları (pre-master) vardır.

Sentyabr 2017-ci ildən etibarən isə Dual International adlı yeni proqram təşkilat olunacaq. Proqram 9 semester (4 il yarım) olacaq . İlk iki il ingiliscə tədris görməklə bərabər, almanca dil bilikləri öyrədiləcək. 5-8 semester (iki il) aralığında isə almancadan C1 səviyyəsinə çatmış tələbələr Almaniyada işlə təmin olunacaq və tələbənin təhsil haqqı tamamilə çalışacaqları şirkət tərəfindən ödəniləcək. Tələbə şirkətlə bağladığı müqavilədən asılı olaraq davamlı olaraq bir neçə həftə işləyəcək və növbəti bir neçə həftə universitetdə tədris görəcək və bu proses iki il ərzində təkrarlanacaq. 9-cu semesterdə isə tələbə tezis yazaraq diplom işini müdafiə edəcək. Proqramın üstünlüyü həm almanca tədris görmək, alman şirkətində iki il işləyib real təcrübə görməkdən savayı, məzun olduqdan sonra Almaniyada iş tapma ehtimalının yüksəlməsidir.

img_4686
img_4691

Bir neçə cümlə də Bonn şəhəri barədə: Almaniyanın qərbində yerləşir və ölkənin ən qədim şəhərlərindən biridir. 1949-1990-cı illər ərzində Almaniya Federativ Respublikasının paytaxtı olmuşdur. Qeyd etdiyim kimi, DHL, Deutsche Telekom kimi böyük şirkətlərin baş qərargahi Bonn şəhərində yerləşir. Bundan başqa Beynəlxalq Millət Təşkilatının (BMT) Almaniyadakı qərargahı buradadır. Dünya şöhrətli bəstəkar Ludviq Van Bethoven Bonn şəhərində dünyaya göz açmışdır.

Ümid edirəm ki, bloqumuz oxucular üçün maraqlı olmuşdur. Əgər xaricdə təhsillə bağlı hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

+994124926853

+994556447280

admissions@celt.az

Xaricdə Təhsil Proqramları

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla