Almaniyada Universitet Seçimi, Dövlət yoxsa Özəl!?

Almaniya müxtəlif növ universitetlərə malikdir və onların kefiyyəti çox yüksək dərəcədədir. Amma bu qədər universitet olarkən, maraqlarınıza tam cavab verən universitet tampaq elə də asan deyil. Bu məqalədə sizə seçim etməkdə yardım edəcək nöqtələrə toxunacağıq.

Almaniyanın Universitet Sistemi

Almaniyada 380-dən çox rəsmi qeydiyyatdan keçmiş universitet var və onlar 175 şəhərdə yerləşir. Bütün bu universitetlərdə 15 min proqram təklif olunur. Prinsipcə bütün universitetlər eyni reytinqə malikdirlər amma hərəsinin öz güclü və daha ixtisaslaşmış tərəfləri var.  Ümumilikdə professor və mühazirə deyənlər hamısı akademik cəhətdən çox kefiyyətli şəxslərdir və bütün universitetlərin diplomaları eyni qüvvəyə malikdir. Amma bəzi fərqlərdən əmin olmalısınız ki, universitet seçəndə düzgün seçim edəsiniz.

  Almaniyada üç nov universitet var:

  • Tədqiqat yönümlü olanlar-Universitetlər
  • Praktik yönümlü olanlar- Tətbiqi Elmlər Universiteti
  • İncəsənət, musiqi və film kollecləri

Almaniyada 109 tədqiqat yönümlü universitetlər var və bu tipli universitetlərdə diqqət daha çox metodika və nəzəri biliyə əsaslanır. Tədqiqqatla tədris burada həmişə bir-birinə bağlıdır. Universitetlər bir neçə sahə üzrə fənlər təqdim edirlər: hüquq, humanitar fənlər, təbiət elmləri, iqtisadiyyat, biznes və tibb. Eyni zamanda doktorantlıq əsasən tədqiqiat tipli universitetlərdə tədris olunur.

216 tətbiqi elmlər universitetində təklif olunan proqramlar isə daha çox güclü praktiyaka yönümlü olurlar. Burada tələbələr daha çox xüsusi sənətə yiyələnmək üçün işləyirlər, təcrübə keçirlər. Universiteti bitirdikdən sonra bir-başa iş tapmaq elədə asan olmur lakin, bu tipli universitelərdə siz təhsilinizi bitirmək üzrə olduğunuzda təcrübənizə əsasən rahat iş tapacaqsınız.

Əgər sizin incəsənt istedadınız varsa və bunu peşənizə çevirmək  istəyirsinizsə o zaman Almaniyada 55 kollecdə təklif olunan peşələrdən birinə sahib olun. Lakin bu proqramların çoxu alman dilində təqdim olunur. Rəsm çəkən, musiqi ilə məşğul olan, oxuyan, aktyorluq edən hər bir kəs öz bacarıqlarını göstərməklə kolleclərə qəbul ola bilərlər.

Almaniyada Təhsil Federal sisteminə əsasən təşkil olunub. Almaniyada təhsil mərkəzdən idarə olunmur. Almaniyada 16 federal ştat var və hər bir ştatın öz dövləti və təhsil qanunları var. Ona görə hər bir universitet öz tələb və seçimlərinə görə fərqlənir.

Dövlət yoxsa Özəl?

Universitetlərin çoxunun (240) dövlət hesabına maliyyələşdirilir yəni dövlət universitetləridir. Əgər dövlət universitetində oxusanız, demək olar təhsil haqqı ödəməyəcəksiniz və yalnız kiçik admistrativ ödənişlər edəcəksiniz. Tələbələrin çoxu dövlət universitetində qəbul olunurlar. Amma eyni zamanda özəl və kilsə universitelər də var.  Lakin bu universitetlrədə də təhsillin kefiyyəti aşağı deyil əksinə daha effktivdir.

Özəl Universitetlər

Son illərdə özəl universitielərin sayı drumadan artmaqdadır. Son on ildə özəl universitelərin sayı 24-dən 100-ə qədər artmışdır. Bu universitetlərin əksəriyyəti tətbiqi elmlər universitetidir. Hal-hazırda tələbələrin 5 % özəl universitetlərdə oxuyur.

Özəl universitetlər daha çox tələbə cəlb etməkdə davam edirlər. Bunun da səbəbi onların daha kiçik qruplarda dərs keçə bilməsi, sənayə sahələri ilə güclü əlaqələri və güclü beynəlxalq tələbə cəlb edə bilmələridir. Eyni zamanda, özəl universitelərə yüksək təhsil haqqı ödəməli olursunuz. Özəl universitetlərdə təhsil haqqı 30 min avroya kimi ola bilər.

Önəmli: Amma özəl universitetdə oxuyarkən əmin olun ki, o dövlət tərəfindən tanınıb, əks halda sizin dərəcəniz heç bir yerdə keçərli olmayacaq.

4 thoughts on “Almaniyada Universitet Seçimi, Dövlət yoxsa Özəl!?”

  1. Salam,mən Almaniyada özəl universitetə qəbul olmağ istəyirəm.GPA aşağı olduğu üçün dövlət universitetlərimə qəbul olmağ şansım çox aşağıdır.Özəl univeristetlərdə Alman dilindən hansı sertifikat tələb olunur?

    1. Salam. Nəzəri olaraq bəli ama praktiki xeyir. Bunu çatdırmaq mümkün deyil. İKisi niyə lazımdır ki. Birini alıb qalan vaxtınıza təcrübə yığın

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.