almanyada pulsuz tehsil al

Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri

Almaniyada pulsuz təhsil almaq və ya təhsil haqqısı olmayan universitetlərdə oxumaq hər bir gənc üçün arzu olunandır.  Çünki Almaniya həm Avropanın ən önəmli ölkələrindən biri olmaqla yanaşı güclü təhsil mərkəzi sayılır. Almaniyanı İDEYALAR VƏTƏNİ də adlandırırlar. Gəlin Almaniyaya bir səyahət edək. 

Dünyaya baxışının, intelektual səviyyənin inkişafı və digər məsələlər üçün Azərbaycanla bərabər xaricdə təhsil almaq da  vacibdir. Azərbaycanın Avropaya inteqrasiya etdiyi bir dövrdə, təhsildə və digər sahələrdə Avropa sisteminin tətbiqi gənclərin xaricdə təhsil alması ehtiyacını yaradır. Azərbaycan üçün perspektivli gənclərin yetişməsi, dünya səviyyəsində kadrların olması  əsas məqsədlərdən biridir.

Bu baxımdan  gənclərin xarici ölkə universitetlərində təhsil alması təqdirə layiqdir. Xaricdə təhsil almağın bir neçə yolları vardır amma Almaniyada təhsil haqqısı olmayan universitetlərə qəbul olmaq elə də asan deyil. Bütün dunyanın Almaniyada təhsil almaq yollarını axtardığı üçün Azərbaycanlı tələbələr üçün də rəqabət asan deyil. Xaricdə təhsil almağın yolları getdikcə daralır və çətinləşir xüsusi ilə ödənişsiz universitetlərdə. Bu məqsədlə deməli biz təhsilimizi yəni xaricdə təhsil almağımızı 1 dəqiqə öncə deyil bir neçə il öncə planlamağa başlamalıyıq.

Dünyada çox ölkə və hər ölkənin çoxlu universitetləri vardır. Amma bəzi  ölkələrin universitetləri də vardır ki, həmin universitetlər  dünya universitetləri siyahısında ən reytinqli universitetlərdir. Bu universitetlər sırasında Almaniya universitetləri xüsusi reytinqə malikdir. Almaniya universitetləri demək olar ki, bir çox sahələr üzrə dünyada güclü universitetlər sırasındadır. Almaniya universitetlərində təhsil almaq üçün hər il dünyanın hər bir nöqtəsindən müraciət edirlər. Əsasən dəqiq elmlər sahəsində, iqtisadiyyat sahəsində Almaniya universitetləri  ən keyfiyyətli təhsil verir.


Almaniyada bakalavr təhsili

Almaniyadakı bakalavr təhsili digər ölkələrin bakalavr təhsilindən fərqlənir, o cümlədən Azərbaycandakı olan  bakalavrda fərqlənir. Almaniyada orta məktəb  12 və ya 13 illik olduğu halda, Azərbaycanda 11 illikdir. Bu baxımdan  Almaniyada bakalavr təhsili almaq istəyən Azərbaycanlı gənclər Azərbaycan universitetlərində ən azı 2 il bakalavr təhsili almalıdırlar ki, gedib Almaniyada Bakalavr təhsilinə başlaya bilsinlər. Burada 2 illik bakalavr təhsili alan tələbələr Almaniyada bakalavr təhsilinin yalnız 1-ci kursuna başlaya bilərlər. Almaniyada bakalavr təhsili iki dildə vardır, həm ingilis dilində, həm də alman dilində. Alman dilində təhsil almaq üçün TestDAF və ya digər uyğun imtahan vermək lazımdır. Əgər təhsilinizi  ingilis dilində alacaqsınızsa, siz TOEFL IBT və yaxud da IELTS imtahanı verməli olacaqsınız. Bu imtahanlarda birini verdikdən sonra sizin Almaniya universitetlərinə qəbul ola bilərsiniz. Bakalavr pilləsində  bir çox ixtisas üzrə təhsil almaq mümkündür. Əsasən dəqiq elmlər sahəsi, iqtisadiyyat və s.  

Azərbaycanda yalnız orta məkətbi bitirən tələbələr də Almaniyada oxuya bilərlər. Bu yalnız 1 il foundation year və ya baza təhsilini keçməklə Almaniyada bakalavr təhsillərini davam etdirə bilərlər. 

Almaniyada Magistr təhsili

Almaniyada bakalavr təhsili ilə yanaşı magistr təhsili də mövcuddur. Almaniyada da magistr təhsili almaq üçün bakalavr dərəcəsini bitirmək lazımdır. Magistr proqramları  həm ingilis, həm də alman dilində mövcuddur. Ümumilikdə magistr proqramlari 2 il davam edir. Amma 1 illik və yaxud da 1.5 illik proqramlar da mövcuddur. Təhsil almaq istədiyiniz ixtisasdan asılı olaraq ya Alman ya da İngilis dilininin mükəmməliyini yoxlayan imtahanın nəticələri tələb olunacaq. Almaniya texnologiya ,iqtisadiyyat və tibb sahəsi üzrə dünyada ən inkişaf etmiş sıralarda durur. Təhsil Nazirliyinin dəstəyi ilə bu ölkədə yüzlərlə Azərbaycanlı təhsil alır. Onların 80% texnologiya, iqtisadiyyat  və tibb sahəsi üzrədir. Texnologiyadan fərqli olaraq tibb sahəsi alman dilində tədris olunur. Bura qəbul üçün yalnız Təhsil Nazirliyi ilə əlaqə saxlamaq lazımdır. Çünki TN Almaniya ilə bu barədə müqaviləsi var. Amma texnologiya sahəsini ingilis dilində oxumaq mümkündür. Siz də bu sahələrdə və digər sahələrdə  təhsilinizi davam etdirmək istəyirsinizsə, bu ölkənin təhsil mərkəzləri sizin ən ideal seçiminiz ola bilər.

Almaniyada pulsuz təhsil al

Almaniyada əksər dövlət universitetləri nə yerli nə də xarici tələbələrdən təhsil haqqı tələb etmir. Bu da  düynada bütün tələbələrin diqqətini bu ölkəyə çəkir. Siz bu universitetləri seçərək orada sadəcə yaşamaq haqqınızı təmin edərək təhsil ala bilərsiniz. Bundan əlavə sizin ixtisasınız proritet olarsa, Təhsil Nazirliyi və SOCAR tərəfindən də təqaüd ala bilərsiniz. Əgər siz də keyfiyyətli və pulsuz təhsil almaq istəyirsinizsə, o zaman qəbul üçün tələsin. Diqqət: Pulsuz təhsil qiyməti aşağı olan tələbələr şamil edilmir. Almaniyada pulsuz təhsil çooox rəqabətlidir və GPA yəni ortalama qiymətiniz nə qədər yuxari olarsa, qəbul olmaq şansınız bir o qədər yaxşıdır. O zaman xaricdə təhsilinizi indidən düşünün. 

Ümumiyyətlə,Almaniyada təhsillə maraqlanırsınızsa, həm saytımızdakı məlumatlardan istifadə edə bilərsiz, həm də bizə müraciət edin, biz sizə köməklik göstərə bilərik.


Almaniyada qarantiyalı pulsuz təhsil almaq istəyirsinizsə CELT Colleges 28 May ofisinə yaxınlaşın.

Əlaqə:

Həmidə xanım və ya Teymur müəllim

012 441 36 65

 

756 thoughts on “Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri”

  1. Salam. Tərcümə alman dilini bitirmişəm. Universitet ortalamam 79.8 di. Alman dili üzrə dil biliklərim var və imtahanına hazırlaşıram. Mən pulsuz, təqaüdlü təhsil ala bilərəm? Müəlliməlik üzrə istəyirəm amma.

  2. Salam 87 GPA,IELTS 7.5,TOEFL 103,SAT 1300 ilə Almaniyada hər hansısa universitetdə pulsuz magistr təhsili mümkündür?Bir də 3000 Avro viza üçün kifayət edər?

    1. Magistr üçün SAT bir anlamı yoxdur. O bakalavr üçündür. Təhsil çox zaman pulsuz və ya az ödənişlidir. Qəbul olma şansınız var. Təbbi ki burda sahədə önəmlidir. Almaniyada viza üçün 1040 avro lazımdır. Bu dəyişməz şərtdir bütün tələbələr üçün.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next