Almaniyada Təhsil – Almaniyada Bakalavr və Magistr Təhsili

Xaricdə təhsil hal-hazırda gənclərin əsas məqsədlərindən biridir. Hər bir gənc xaricdə təhsil almaq üçün çalışır. İlk əvvəllər bu sahəyə maraq az idisə, indi həddindən artıq çoxdur. Bu səbəblərindən biri də “2007 – 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” layihəsinin həyata keçirilməsidir.

Bu layihə çərçivəsində 500-dən çox tələbə xaricdə təhsil alır. Gənclərin təhsil almaq üçün seçdiyi ölkələr sırasında Almaniya xüsusi yer tutur.Almaniya demək olar ki, Avropanın mərkəzində yerləşir. Paytaxtı Berlin şəhəri qədim mədəniyyət ocağıdır,burada əsrarəngiz teatrlar, mədəniyyət evləri, muzeylər və s.

Təhsil ocaqları özünəməxsusluğu ilə seçilir. Bu ölkəyə təkcə, Azərbaycandan deyil, dünyanın hər bir tərəfindən təhsil almaq üçün gəlirlər.

Hal-hazırda Azərbaycan  gəncləri  təhsil almaq üçün seçim etdikləri ölkələrdən biri də Almaniyadır . Bu ölkəyə tələbələrin marağı ilə bərabər dövlət də dəstək verir.Dövlət siyahısında Almaniyanın 73 universiteti vardır.

Yəni dövlət xətti ilə  bu ölkənin 73 universitetinə tələbə göndərilir. Almaniyada istənilən sahə üzrə təhsil almaq mümkündür.Lakin bu ölkədə daha çox tibb və texnologiya sahəsi inkişaf etmişdir. Təbii ki, digər sahələrdə də təhsil almaq olar. Burada bütün dərəcələr üzrə təhsil ala bilərsiniz.  Həm bakalavr, həm magistr və digər dərəcələr üzrə təhsiliniz davam etdirə bilərsiniz. Bu ölkədə tədris dili iki dildə aparılır.

Beləliklə  həm almandilli proqramlar, həm də ingilisdilli proqramlar mövcuddur. Əgər alman dilində təhsil almaq istəyirsinizsə, o zaman siz DSH və ya TestDAF imtahanları verməlisiniz. Amma əksər Almaniya universitetləri DSH imtahan nəticəsi tələb edir. Bu imtahanları Bakıda da vermək mümkündür.

Əgər təhsilinizi ingilis dilində alacaqsınızsa, o zaman siz IELTS və TOEFL imtahanları verməlisiniz.

Almaniyada bakalavr təhsili

Ümumiyyətlə Almaniya təhsil sistemi bir sıra dünya ölkələri təhsil sistemindən fərqlənir, o cümlədən Azərbaycan təhsil sistemindən. Təhsil sahəsində  Almaniyada əsas təhsil dərəcələrindən biri də bakalavr təhsilidir.

Burada bakalavr üç illikdir. Amma burada təhsil sistemi Azərbaycan təhsil sistemindən fərqlənir.Beləliklə, Azərbaycanda orta məktəb on bir illik   olduğu halda, Almaniyada orta məktəb on üç illik sistemlə işləyir.

Bu baxımdan da Azərbaycanda orta məktəbi bitirib birbaşa Almaniya universitetlərinin bakalavr pilləsinə  qəbul olmaq mümkün deyil. Bunu üçün  Azərbaycanda ən azı iki bakalavr təhsili almaq lazımdır.

Yuxarıda qeyd etdiyim kimi  Almaniya universitetləri  əsasən tibb və texnologiya sahəsində məşhurdur. Burada təhsil alan tələbələrin 70% – 80% bu sahədə təhsil alırlar. O cümlədən Azərbaycan gedən tələbələr də həmçinin.

Dövlət xəttiylə xeyli tələbə bu ölkədə təhsil alıb və hal-hazırda almaqdadır. Almaniyada universitetlər demək olar ki, pulsuzdur, amma özəl universitetlər pulludur. Bu ölkədə ki, universitetlərə  qəbul ildə iki dəfə aparılır: yay və qış.

Almaniyada bakalavr pilləsində təhsil almaq üçün əsasən tələb olunur: IELTS və yaxud TOEFL beynəlxalq ingilis dili imtahanları, DSH və ya TesDAF alman dili imtahanlarının nəticəsi, Azərbaycan ən azı iki bakalavr təhsili almaq.

Almaniyada magistr təhsili

Almaniyada bakalavr təhsil ilə bərabər magistr təhsili də ala bilərsiniz. Bunun üçün ilk öncə bakalavr pilləsini bitirmək lazımdır. Almaniyada magistr  təhsili ən yüksək standartlara uyğun olaraq keçirilir. Və bu da tələbələrin bu ölkədə təhsil alması üçün zəmin yaradır.

Bakalavr və magistr dərəcələri ilə yanaşı, doktorantura dərəcəsini də bu ölkədə davam etdirə bilərsiniz. Lakin burada magistr və ya doktorantura dərəcələrini oxumaq bir o qədər də asan deyil. Bunu üçün ingilis və ya alman dillərini sərbəst bilmək vacibdir.

Bütün bunlarla bərabər, siz Almaniyada yay düşərgələrində də iştirak edə bilərsiniz. Alman dilini daha da yaxşı mənimsəmək üçün yay düşərgələri önəmlidir.

Əgər sizdə təhsilinizi Almaniyada davam etdirmək qərarına gəlmisinizsə, illərdir xaricdə təhsil sahəsində geniş təcrübəyə malik olan CELT Colleges xaricdə təhsil şöbəsi sizlərin xidmətindədir. Arzularınızı reallığa çevirin.

Ünvan:

1.Rəşid Behbudov 56 (Xarici dillər Universitetinin yanında)

012 441 36 65, 055 760 76 76

2.Məmməd Əfəndiyev 6, ofis 12

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

22 thoughts on “Almaniyada Təhsil – Almaniyada Bakalavr və Magistr Təhsili”

  1. salam Almaniyada magistr oxuyanda bakalavri tarix muellimliyi bitirdikden sonra magistri incesenet tarixi kimi oxumaq mumkundur ?

    1. Salam. Əlbəttə ama incəsənət tarixi çətin ki ingilis dilində olsun. Onun üçün daha çox Almanca bilməniz lazım akademik səviyyədə

  2. Salam. Bakıda bakalavr və magistr oxuyub ve alman dilinnen b2 sertifkari alib yenidən Almaniyada alman dilində bakalavr təhsili almaq olarmı, bu zaman hər iki diplom lazım olacaqm?

  3. Mən hazırda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə ixtisasında təhsil alıram 3 cü kursam . Amma Almaniyada yenidən bakalavrı Computer Science ve ya Engineering istəyirəm hətta OCAJP 1Z0-808 sertifikatimda var (92 % result) (düşünürəmki köməyi olar sertifikatın) Alman dilinin B2 səviyəsini alıb orda təhsil ala bilərəm bunun üçün nələr lazımdır?