Almaniyada tibb ixtisasına qəbul qaydaları bir qədər sərtdir və qəbul son dərəcə rəqabətli bir mühitdə keçir. Burada tibb təhsili ödənişsizdir və qəbul üçün tələb edilən əsas şərtlər 12 illik orta məktəb təhsilinin sonunda yaxşı nəticə və alman dili biliyidir. İngilis dilində tibblə bağlı ixtisaslar isə yalnız magistratura pilləsində mövcuddur.

Bütün universitetlər tibb tələbələrini xüsusi diqqətlə seçirlər. Burada təkcə ümumi orta müvəffəqiyyət göstəricisi kifayət etmir. Qəbul komitəsi, həmçinin, tibblə bağlı olan fənlərə ayrı-ayrılıqda diqqət edir. Bundan əlavə isə müraciət edənlərin daha əvvəl iş təcrübəsi olub-olmaması, keçirilən intervyunun nəticəsi də onları kifayət qədər maraqlandırır.

Avropa Birliyinə üzv olan ölkələrdən, İslandiya, Norveç və Lixtenşteyndən olan müraciət edənlər alman tələbələri ilə bərabərhüquqda tutulur və qəbula onlar kimi almanlar üçün nəzərdə tutulmuş sistemdən müraciət edilir. Bu kriteriyadan olmayan beynəlxalq statuslu aplikantlar isə seçim etdikləri universitetə ya birbaşa, yaxud da Uniassist portalı vasitəsilə müraciət edirlər. Universitetdən asılı olaraq hər il ümumi universitet tərkibinin 5%-ə qədəri bu tələbələr üçün ayrılır.

Almaniyada tibb təhsili beynəxalq nüfuza malikdir və bütün müasir standartlara cavab verir. Buradaki tibb təhsili universitetlər, xəstəxanalar, tədqiqat institutları və biznes müəssisələri ilə birbaşa əlaqəlidir. Dünyanın hər yerində olduğu kimi Almaniyada da tibb təhsilindən məzun olmaq məzunlar üçün həm həkim kimi, həm ictimai səhiyyədə və həm də sənayenin müxtəlif sahələrində iş imkanları yaradır.

Yuxarıda qeyd olunduğu kimi kandidatlar alman dili biliklərini təsdiqləməlidirlər. Hətta Almaniyada Studienkolleg oxuyan tələbələr belə universitet qəbulu zamanı alman dilini təsdiqləyən dil sertifikatına malik olmalıdırlar. Tələbələr DSH və ya TestDAF imtahanlarının birindən B1 səviyyəsini təsdiqləyən sertifikat əldə edə bilərlər.

Qəbul alındıqdan sonra isə ikinci səbr tələb edən mərhələ, viza mərhələsidir. Yaxşı olardı ki, viza prosedurları üçün tələbələr bir ay öncədən müraciət etsinlər. Çünki viza alıb-almamaqla bağlı cavab ən azı 15 gündən sonra çıxır.

Digər diqqət edilməli olan məqam tələbələrin tibbi sığortasının olmasıdır. Viza üçün müraciət edilən zaman artıq tələbənin tibbi sığortası hazır olmalıdır.

Xanım Xəlilova

CELT Narimanov

xanim@celt.az

012-566-48-23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla