Almaniyanın 1№-li Universiteti?

Bilmək istəyirisiniz ki, Almaniyanın 1 nömrəli universiteti hansıdır? O zaman bloqumuzu oxuyun…

Bildiyiniz kimi Almaniyada təhsili nəinki Avropada hətda bütün dünyada ən yüksək keyfiyyətli və ən yüksək səviyyədə təhsil sahələrindən biridir. Bundan əlavə olaraq Almaniyada təhsilin üstünlüklərindən biri və deyərdim ən əsas üstünlükdən biridə odur ki, yüksək səviyyəli təhsil heçdə çox yüksək səviyyəli məbləğ tələb etmir.

Mən sizə bu gün Almaniyanın ən yaxşı universitetlərindən biri olan Münhen Texniki Universiteti haqqında qısa məlumat verəcəyəm.

Universitet 1868-ci ildə yaradılıb. Universitet Münhen şəhəri kimi çox böyük və maraqlı tarixə malikdir. Bu haqda siz ətraflı məlumat əldə edə bilərsiniz.

Deməli Münhen özü çox gözəl təbiətə malik sakit və çox təhlükəsiz şəhərdir. Burada demək olar ki, gecə həyatı yoxdur. Yəni təbiəti sevən və sakit və rahat tələbəlik həyatı keçirtmək istəyənlər üçün çox əlverişli şəhərdir. MTU-də 133 proqram təklif edən 13 fakültə mövcuddur. Bunlar riyaziyyat, fizika, kimya, iqtisadiyyat, inşaat və geodeziya, memarlıq, maşınqayırma, elektrotexnika və hesablama texnikası, kompüter elmləri, tibb, idman, təhsil fakültələri, Veyenştefan Həyat, Qida Torpaq İstifadəsi və Ətraf Mühit Mərkəzidir. Sadalanan fakültələrlə yanaşı, universitetdə FRM-II Reaktor tədqiqatları, Texnika və yarımkeçiricilər fizikası departamenti (Valter Şottki İnstitutu), Avropa Cənub Rəsədxanasının qərargahı, Maks Planka institutları (atrofizika, fəza, plazma, kvant optikası), Valter Maysner (aşağı temperatur fizikası), Leybnits Rexenzentrum institutları, Bavariya Tətbiqi Energetik Tədqiqatlar, Reaktorların təhlükəsizliyi, Qlobal tədqiqatlar və digər elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Universitet 140-dan artıq ölkənin ali məktəbləri ilə əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi aparır. Münhen Texniki Universiteti alman təhsil sisteminin ən yaxşı cəhətlərini özündə birləşdirən elmi-tədqiqat mərkəzidir. Xüsusilə dəqiq və texniki elmlər üzrə ixtisaslaşmış MTU-i dünyaya çoxlu sayda alimlər, dahi şəxslər, eləcə də saysız-hesabsız elmi nailiyyətlər bəxş edib və bu missiyasını layiqincə yerinə yetirməkdə davam edir. Keçək indi təhsil haqqı və ümumilikdə Münhendə bir tələbənin yaşaması və təhsil alması üçün xərclərə…

Deməli, MTU-də tələbələrin təhsil haqqı bir semestr ərzində minimum 500 avro təşkil edir. Qeydiyyatdan keçmək üçün isə tələbə 42 avro ödəməlidir. 2009-cu ilədək burada tələbələrdən 50 avro dəyərində inzibati ödəniş tələb olunurdu, lakin həmin il aprelin 1-dən bu ödəniş ləğv edilib. Münhen Texniki Universitetində tələbələrə müxtəlif təqaüd təklif edilir. Təqaüdün məbləği orta hesabla bakalavrlar üçün 580 avro, magistr və doktorantlar üçün isə 1050 avro təşkil edir. Münhendə yaşayış yeri tapmaq tələbələr üçün xüsusilə oktyabr və noyabr aylarında çətindir. Tələbələr əsasən xüsusi evlərdə kirayədə qalırlar. Tələbə xidməti idarələri gənclərə bir sıra yataqxanalar təklif edir. Burada otaqların aylıq qiyməti 300-600 avro arasında dəyişir. Bunları nəzər alsaq, bir dərs ilinə sizə 1000-1100 avro ( iki semsestr təhsil haqqı) + 5000 avro( 9-10 aylıq kirayə haqqı orta hesabla) + 4000 avro ( təxmini gündəlik 10-15 avro yemək və tarnsport pulu, tələbənin özündən aslıdır. Biraz ekonom etsə lap aşağı ola bilər, etməsə daha yuxarı ola bilər 🙂 ) + 520 avro (gediş-gəliş aviabilet, tələbə internetdə axtarış etsə və digər alternativ yollarla, məsələn Gürcüstan və Türkiyə vasitəsilə daha ucuz bilet tapa bilər). Deməli ümumilikdə MTU-da 1 illik təhsil 10000-11000 avro arasındadır (bəlkə bir az və yaxud bir az çox). Digər xarici ölkələrin universitetlərinin təhsil haqqını və yaxud Almaniyadakı təhsil səviyyəsi ilə digər xarici ölkələrin təhsil səviyyəsini müqayisə etsək görərik ki, doğurdan da həm keyfiyyətli təhsil baxımından, həm də təhsil haqqı, ümumi xərclər baxımından Almaniya və xüsusilə də MTU çox əlverişlidir.  Tələbə təqaüdü proqramlarından yararlana bilsəniz siz tam pulsuz olaraq Almaniyada elə MTU-da təhsil ala bilərsiniz.

Ümumilikdə isə əgər Siz dəqiq adamsınızsa və çox uğurlu təhsil alıb, uğurlu karyera qurmaq istəyirsinizsə o zaman düşünmədən Almaniyada təhsil almağı qarşınıza məqsəd qoyun, xüsusilə də Münhen Texniki Universitetində 🙂

Sonda onu da qeyd edim ki, hal-hazırda 2013-cü ilin noyabr ayı üzrə göstəricilərə əsasən Münhen Texniki Universiteti Dünya Təhsilinin Akademik sıralamasında 50-ci yerdə, Almaniya üzrə isə 1-ci yerdə dayanır.

Hələlik bu qədər…

Almaniya universitetləri haqqında növbəti bloqlarda görüşənədək 🙂

2 thoughts on “Almaniyanın 1№-li Universiteti?”

  1. Salam mən gurcusdanliyam mən burda 2 il oxuyub hansisa imtahanala almanyada tam pulsuz təhsil ala bilərəmmi xais edirəm dəqiq cavablandirin sualimi

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next