Amerika Gənclərinin Həyatı / Life of American Youth

Hər zaman Amerika gəncləri və onların həyat tərzi hər zaman digər ölkə gənclərinin, eləcədə Azərbaycan gənclərinin əksəriyyətinin arzuladıqları həyat tərzi olmuşdur. Həyat tərzi dedikdə yalnız onların gündəlik yaşayış tərzləri, hər gün etdikləri hərəkətlər və sairə nəzərdə tutmuruq, həmçinin onların düşüncələri və məqsədlərini də nəzərdə tuturuq.

İlk olaraq Sizlərə onu bildirmək istəyirəm ki, kənardan çox gözəl və cazibədar görünən Amerika həyatı çox asan deyil.

Deməli Amerikada 18 yaşa çatmış hər bir gənc müstəqil şəxs sayılır ki, onlar məhz bu yaş həddinə çatdıqda gələcəklərini sərbəst şəkildə qurmağa çalışırlar. Amerikada ailə anlamı bizdə olan ailə anlamından çox fərqlənir. Onlarda da ailə kiçik bir dövlət sayılır, amma bu kiçik dövlətə üzv olan vətəndaşların fikir azadlığı, paylaşmaq, anlaşma və digər prinsiplər əsas öndə duran amillərdəndir. Lakin onların ailələrində möhkəmlik bizim ailələrdə olduğu kimi güclü deyil. Bizdə isə ailə başçısı ata və ananın sözü önəmli və qanundur. Məhz bizim ailələrdə möhkəmliyi qoruyan amillərdən əsası budur.

Qayıdaq Amerika gənclərinə…

Amerika gəncləri 18 yaşa kimi həyatı öyrənmək, valideyn dinləmək, valideynlə fikir paylaşmaq, özünü ifadə etmə bacarıqlarını inkişaf etdirməyə çalışırlar. Onlar çox sərbəst və kompleksiz olurlar. Arada mənə elə gəlir ki, kompleks deyilən xüsusiyyət yalnız bizim gənclərdə var. Kompleksiz olmaq utanmaz olmaq demək deyil. Kompleksiz olmaq özünü ifadə etmə, özünə inam, özünü fərd kimi təqdimetmə bacarıqlarında maniyələrin olmamasıdır. Gənclər 18 yaşa kimi öyrəndiklərini, 18 yaşdan sonra həyatlarında tətbiq etməyə başlayırlar. Əlbətdəki 18 yaşdan sonra hər bir Amerika gənci ideal həyat tərzi yaşamır. 18 yaş tamam olduqdan sonra gənclərin bir qismi evi tərk edir və tək yaşamağa başlayır. Kimi kollecə daxil olur və ya universitetlərə qəbul olur, kimisi musiqi ilə, kino ilə və yaxud idman ilə məşğul olur. Yəni gənclərin bir qismi yüngül həyat tərzi yaşasalarda, gələcəklərini qurmaq istəyənlər və hər hansı peşə ilə məşğul olmaq istəyənlərin sayı, həyatını məhv edən gənclərdən çoxdur. Həyatını müxtəlif vasitələrlə məhv edən gənclərin nədən belə olmalarını alimlər araşdırıb belə qənaətə gəliblər ki, pis vərdişlərlə məşğul olan gənclərin problemlərinin kökü psixoloji stresdir. Statistikada əsas gözə çarpan məqam odur ki, 18 yaşından sonra pis vərdişlərə aludə olan gənclərin əksəriyyəti məktəb vaxtı məktəbin ən yaxşı oxuyan və ən problemsiz şagirdləridir.

Amerika gəncləri sevdikləri işi görməyi və sevdikləri sahə də İnkişaf etməyi sevirlər. Onlar gördükləri işin və yaxud seçdikləri sənətin digərləri tərəfindən necə qarşılanacağına önəm vermirlər. Onlar üçün önəmli özlərinin sevməsi və gördükləri işi və ya seçdikləri sənəti mükəmməl formada təqdim etmələridir. Qeyd edim ki, karyerasını, gələcəyini qurmaq istəyən hər bir gənc müxtəlif təşkilatlarda könüllü işləməyə həvəsli olurlar və gənclərin demək olar ki, çox hissəsi öz karyerasına məhz könüllü fəaliyyətlə başlayırlar. Könüllülük sanki onların hər birinin qanında axır. Hətda mən oxumuşam ki, Amerikada könüllü fəaliyyətlə məşğul olmayan şəxs heç vaxt dövlət qulluğunda çalışa bilməz. Amerika gəncləri kitab oxumağı, informasiya toplamağı çox sevirlər. Onlar üçün yaşadıqları yerin, şəhərin bərli-bəzəkli olması, evlərinin, oxuduqları məktəbin ya universitetin əla görünüşlü olması önəmli deyil. Onlara bu qeyd etdiklərimin onlara uyğun olub-olmaması önəmlidir. Yəni onlar oxumağı, təhsili, perspektivi, inkişafı əsas götürürlər. Öyrənmək istəyi nəinki gənclərdə, hətda yaşlılar belə hər zaman öyrənmək həvəsində olurlar. Amerika gənclərinə hər hansı informasiyanı onlara deməklə inandırmaq mümkün deyil. Onlar səni dinləsələrdə ( onlarda çox gözəl dinləmə qabiliyyəti vardır) sonradan bu informasiyanı araşdırıb tam yerinə çatmağı sevirlər, əlbətdəki bu informasiya onlar üçün önəmlidirsə.

Öyrəndikləri sənəti, gördükləri işdən asılı olmayaraq, onlar işi sevgi ilə görməyi alışıqdırlar. Onların bir çoxu əgər gördüyü iş onun özünü qane etmirsə, o dərhal o işi görmür və özünü başqa sahədə axtarır. İnnovativ Amerika gəncləri ünsiyyəti, insanlarla münasibət qurmağı sevirlər. Onlar üçün sənin kim olmağın, harada yaşamağın önəmli deyil, onlara sənin necə insan olmağın, düşüncələrin önəmlidir.

Amerikada gənclərinin günün 6 saatını universitet və məktəblərdə daha sonra bir neçə saat kitabxanalarda ,bəzənsə 6-7 saat yaxud daha çox ( bu gənclərin qarşılarına qoyduğu məqsəddən və öyrənmək istəyindən aslıdır) . Daha sonra axşam saatlarında bir çox gənclər dostları ilə əylənmədə, bəzilər isə evdə olurlar. Yəni tipik, normal həyat tərzinə malik Amerika gəncləri gününü idarə etməyi bacarmaqla yanaşı, vaxtı sərf etməyi və gününü dəyərləndirməyi də bacarırlar.

Müstəqil ekspertlərin apardığı araşdırmalar onu göstərir ki, Amerika gəncləri öz həyatları ilə yanaşı ümumi dünyada baş verən proseslərə də biganə deyillər. Onlar atom təhlükəsi, aclıq təhlükəsi, müharibələrə görə gələcəkdən çox narahatdılar. Hətda Harvard Universitetində bir professor müstəqil ekspertlərə bildirmişdir ki, mən gənclərlə ünsiyyətdə olan zaman onların bu qorxularının, narahatlıqlarının nə dərəcədə çox olduğunu görürüəm. “Gənclərimiz hər zaman qlobal məsələlərlə maraqlanırlar, onlar aclıq, müharibələr, terrora görə çox narahatdılar və istəyirlər ki, bu problemlərin aradan qaldırılmasında kömək etsinlər həm dövlətə, həm də digər ölkələrdə yaşayan insanlara” – deyə professor bildirmişdir. Amerika gəncləri təbiətin qorunması, ekoloji təmizlik və digər problemlərdə çox həssasdırlar. Öyrənmək istədikləri qədər, öyrətmək istəkləri də çox güclüdür.

Amerika gəncləri haqda çox danışmaq olar. Qeyd edim ki, Azərbaycan gənclərimizin də çox gözəl keyfiyyətləri vardır. Amma üzləşdikləri problemlər onları çox dəyişdirir. Çox təəsüf ki, gənclərimizdə öyrənmək istəyi çox zəifdir. Halbuki, bizim Azərbaycan milləti dünyanın ən ağıllı millətləri sırasındadır. Bunu mən yox, alimlərin araşdırmaları deyir. Lakin gənclərimiz inkişaflarında, üzləşdikləri problemlərdə hər zaman kimisə günahlandırırlar. Amma halbuki günahkar özləridirlər. İnanın mənə ki, Azərbaycan gənci cəhd edib, Amerika gənclərinin səylərinin yarısı qədər elmə, gələcəyini qurmağa, məqsədə çatmağa səy göstərsələr, bizim gənclər bütün dünya gənclərinin diktə etdiyi gənclər ola bilərlər.

Qeyd olaraq bildirim ki, hər zaman gənclərimiz inkişaflarına maniyə olaraq mentalitetimizi göstərir və ona işarə edir. Lakin onu deyim ki, əgər Amerikada bizim mentalitet qədər gözəl keyfiyyətli qayda qanunları, ailə müqəddəsliyi, məsuliyyəti, böyük-kiçik münasibətləri, dəyər, hörmət, sevgi, tolerantlıq və digər qeyd etmədiyim keyfiyyətlər olsaydı, Amerika gəncləri daha böyük keyfiyyətlərə malik olardılar və o zaman yuxarıda qeyd etdiyim pis vərdişlərlə məşğul olan Amerika gəncləri heç vaxt olmazdı.

Azərbaycan Gəncləri – Mentalitetmizi, dəyərlərimizi qoruyaraq inkişaf edin, Sizlər bizim gələcəyimizsiniz. İnanın ki, Sizlər nəinki Amerika gənclərinin, hətda bütün dünyanın həsəd aparacağı gənclər ola bilərsiniz.  Sadəcə buna cəhd edin!…

Bu qədər…

Uğurlar!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.