Amerika yoxsa İngiltərə?  İngilis dili təhsilinin müqayisəsi.

Ümumiyyətlə xaricdə ingiliscə təhsil alacaq şəxslərə ilk soruşulan suallardan biri Amerikaya, yoxsa İngiltərəyə gedəcəksən tərzində olur. İngilis dili deyincə tələblərin ağılına ilk İngiltərə sonra Amerika gəlir. Bu böyük ehtimalla filmlərdən qaynaqlanır. Bu ölkələr bizə bir çox film ixrac etdiklərindən onların adı ilk olaraq xatırlanır.

Halbuki dünyada ingiliscə təhsili ala biləcəyiniz və eyni zamanda gündəlik həyatdada praktika edə biləcəyiniz, Afrikadan Avropaya, Avstraliyadan Puerto Ricoya qədər bir çox nöqtə var.

Bu yazımızda sizinlə bu iki məşhur ölkə arasında olan təhsil bucağında bir müqayisə edəcəyik. Əvvəlcə İngilis dilinin ana vətəni olaraq qəbul edilən İngiltərədən başlayaq. İngiltərə və ya Böyük Britaniya bir ada ölkəsidir. Ölkə kiçik ancaq tarixi Amerikaya nisbətdə daha dərindir. Əslində buradan, irlandiya, Şotlandiya və s. ölkələrdən gedən insanlar Amerikanın ilk toxumlarını atmışlar.

İngiltərənin aksenti Amerikaya nisbətlə bir az daha qalındır və əslində orijinalıda budur. İngiltərə mühiti daha çox Avropanı xatırladır, insanlarınında əksəriyyəti sarışındı. Ölkə bahalıdı və sterlinq və ya funt cinsindən bir çox şeylər ölkəmizə nisbətlə olduqca bahalıdır. Amerika isə yenə tamamilə ingiliscə danışılan bir yerdir.

İkinci böyük dilinin ispanca olması, xüsusilə də Amerikanın cənubundasınızsa ikinci bir dili öyrənməniz çox böyük avantaj ola bilər. Amerikanın aksenti Inglis aksentinə görə daha yumşaq və əslində bizim daha çox meyil etdiyimiz aksentdir. Amerika, İngiltərəyə nisbətlə çox daha ucuzdır, gündəlik istifadə etdiyimiz məhsullar və bir çox şeylər İngiltərə və hətta Azərbaycandan belə ucuzdur.

Ölkədəki təhsil mərkəzlərinin keyfiyyəti qiymətlərinə görə dəyişir. Burada İngiltərə səviyyəsində keyfiyyətli təhsil mərkəzləri qədər hər növ təhsil mərkəzi mövcuddur. Amerikanın daha az seçim edilməsində ən böyük faktorlardan biri də uzaqlıqdır. Ölkənin xüsusilə qərb ucu xeyli uzaqdır. Amerika və ya İngiltərə, məncə bu iki ölkə ingiliscə təhsili mövzusunda özlərini sübut etmiş ölkələrdir.

Uzunmüddətli rahatlığınız baxımıdan hansı ölkəni daha çox görməyi arzuluyırsınızsa oraya getməniz daha faydalıdır. Amma yenə də seçim sizindir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla