Amerikada 10.000 $ -lıq TƏQAÜD Proqrammı

Zəngin tarixə malik olan Vermont Universiteti  1791 –ci ildən Amerikada fəaliyyət göstərən Dövlət Universitetidir.  Vermont Universiteti  Burlingtonda Champlain gölünün sahilində yerləşir. Burlington Amerikanın ən gözəl və yaşanası şəhərlərindən biridir. Şəhərin əhalisi 40.000 nəfər təşkil edir, onu özünə məxsus edən isə şəhərin göllə və əsrarəngiz təbiətlə əhatə olunmasıdır,  burdan  New Yorka və Bostona 1-2 saatlıq məsafədir.

Hal-hazırda Vermont Universitetində  12.000dən çox tələbə təhsil alır. Universitetin yerləşdiyi yer və Universitet Amerikada 5-ci ( Harvard, Yale, Dartmouth və Brown ) ən qədim Universitet olması burda köklü təhsilin olmasına sübutdur. Universitetin yüksək və köklü reputasiyası, yerləşdiyi məkan kimi nüanslar xarici tələbələrin bura axın etməsinə başlıca səbəb olur.

Vermont Universitetində  İqtisadiyyat, Biznes İdarəçilik, Tibb, Mühəndislik, Kimya kimi ixtisaslar tədris olunur.

Belə ki, Amerikan sisteminə görə:

  • İllik 10,000$ təqaüd istəyirsizsə sizin balınız 3.5-4.0 olmalıdır
  • İllik 8,000 $ təqaüd almaq istirsizsə sizin balınız 3.0-3.4 olmalıdır
  • İllik 4,000$ təqaüd almaq istıyirsizsə sizing balınız 2.75-2.9 olmalıdır

 

Bakalavr təhsilinə qəbul olmaq üçün sizin TOEFL nəticəniz olmalıdır ( 80-dən yuxarı ), bununla yanaşı əgər hal-hazırda bakalavr təhsili alırsızsa GPA ( orta nisbi bal ) yaxşı olmalıdır. Yox Attestatla qəbul olmaq istəyirsizsə, onda Attestat qiymətləriniz yüksək olmalıdır və TOEFL nəticəniz olmalıdır ( 80-dən yuxarı).

 

P.S : Bu pullar sizin illik təhsil haqqınızdan çıxılacaq olan təqaüddür.

 

 

 

6 thoughts on “Amerikada 10.000 $ -lıq TƏQAÜD Proqrammı”

  1. Siz Harvard universitetinə tələbə hazırlayirsiniz? Hazırlayırsınızsa, neçənci sinifden hazırlığa başlamaq məsləhətdir?

  2. 2 sualim var:
    1-burada kompyuter elmleriyle bagli sahe tedris olunur?
    2-universitetin tehsil haqqi hansi araliqdadir (eger kompyuter sahesi ile bagli ixtisas uchun bilirsizse onu da zehmet olmasa)?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir