Təşkilat Növləri 

  • Kolleclər, universitetlər və institutların fərqləri
  • Əyalət Universitetləri
  • Özəl Universitetlər
  • Kollec
  • Texniki və Peşə kollecləri

 

Kolleclər (Colleges), Universitetlər ve Institutların fərqləri

 ABŞ-dakı diplom verən təşkilatlar bu terminlərdən hər hansı biriylə ifadə edilə bilər. Kollec və institutlar heç bir şəkildə universitetlərin səviyyəsindən aşağı deyil. Ümumi qayda olaraq kolleclər daha kiçik olub, yalnız bakalavr proqramı keçməyə yönələrkən, universitetlər ayrıca olaraq bakalavrdan da yüksək təhsil keçir. Bu məqalədə “məktəb”, “kollec” və “universitet” sözləri dəyişik olaraq istifadə ediləcək. Bir institut, əsasən bir-biriylə əlaqəli mövzulardan ibarət olan sahələrdə dərəcə proqramları üçün ixtisaslaşmışdır. Beləcə texnologiya institutu, moda institutu, incəsənət və dizayn institutu kimi institutlarda keçilən dərəcə proqramlarına qatılarsınız. Hər kollec və ya universitetdə sənət fakultəsi, elm fakultəsi və ya müəssisə fakultəsi kimi fakultələr də var. Hər fakultə, universitet və ya kollec tərəfindən keçilən, dərəcə proqramlarından məsuldur.

Əyalət Universitetləri

Əyalət (Ştat) universitetləri, ABŞ əyalət(ştat) hökümətləri (məsələn Kaliforniya, Miçiqan və ya Texas) tərəfindən qurulan və subsidiyalaşdırılan, o əyalətdə yaşayanlara aşağı qiymətə təhsil təmin etmək məqsədiylə yaradılmışdır. Özəl təşkilatlardan ayırd etmək məqsədiylə ayrıca olaraq dövlət universiteti olaraq da ifadə edilə bilər. Bəziləri ünvanlarına “əyalət universiteti” ifadəsini və ya regional marker olan “şərq” və ya “şimal” ifadəsini əlavə edir. Dövlət universiteti 20,000 – dən artıq tələbə ilə özəl universitetlərdən daha böyük olar. Ümumiyyətlə əyalət universitetlərinin təhsil haqları özəl universitetlərdən daha aşağıdır. Ayrıca, əyalətdə yaşayanlar (əyalətdə yaşayan və vergisini ödəyənlər), əyalət xaricindən gələnlərə nisbətən daha aşağı təhsil haqqı ödəyərlər. Beynəlxalq tələbələr, əyalət xaricindəki yaşayanlar kimi fərz edilir və bu səbəblə əyalət universitetlərinin aşağı təhsil ödənişlərindən yararlana bilməzlər. Buna əlavə olaraq beynəlxalq tələbələrə, əyalətdə yaşayanlardan daha yüksək bir giriş haqqı vermək məcburiyyətindədirlər.

Özəl universitetlər

Özəl universitetlərin sərmayəsi qrant, təhsil ödənişi, tədqiqat yardımı və məzunlarından gələn hədiyyələrin birləşməsindən ibarətdir. Təhsil haqları əyalət universitetlərinə görə yüksəkdir, lakin “əyalətdə yaşayanlar” və ya “əyalətdən kənarda yaşayanlar” olaraq hər hansı bir ayrı-seçkilik edilməməkdədir. Dini və ya tək cinsli kolleclər, özəldir. Ümumiyyətlə Özəl universitetlərin 20.000-dən az tələbəsi olarkən, özəl kolleclərdəki tələbə sayı 2.000-dən azdır.

Community College (Kollec) 

Kollec, mükəmməl texniki və peşə proqramları tədris etdiyi kimi, əsasən associate of arts (A.A.) və ya associate of science (A.S.) olaraq da adlandırılan 2 illik bakalavr proqramları keçir. Kollec, orta məktəblər, dövlət orqanları və iş verənlər ilə əlaqəsi olan dövlət əsaslı müəssisədir. Bir çox Amerikalı tələbə ailəsi ilə birlikdə düşərgə yaxınında qalar. Kollec bəzən özəl, bəzən də ictimai quruluş ola bilər. Bəzən bu məktəblər Junior College (universitetin birinci və ikinci kurs təhsil proqramını tətbiq edən məktəb) və ya iki illik ali məktəb olaraq da adlandırılır. Beynəlxalq tələbələr daha çox kollec təhsilini seçir. Çox vaxt 2 illik kolleclərin təhsil haqları 4 illik kolleclərin təhsil haqlarından daha aşağı olur. Və bundan başqa bir çoxunun, tələbənin transfer olub, yerli əyalət universitetində bakalavr proqramının 3-cü ilinə davam etməsi üçün razılaşmaları mövcuddur.

Texniki və Peşə kollecləri

Bu təşkilatlar, tələbəni iş dünyasına hazırlamaq üçün ixtisaslaşmışdır. Tələbələrə, müəyyən bir peşənin və ya texnologiyanın əsasındakı nəzəriyyəni və texnologiya ilə necə işləmək lazım olduğunu göstərən qısa dövrlü proqramlar və sertifikatlar təqdim edir. Programlar çox vaxt 2 il və ya daha az davam edər. ABŞ-da minlərlə texniki və ya peşə kolleci var, və bunların bəziləri özəl, bəziləri ictimai təşkilatlardır.

Bakalavr və Peşə məktəbləri

Bakalavr dərəcəsini bitirmək adətən 4 il çəkir, lakin bəzi tələbələr daha az bir zamanda tamamlayarkən, bəziləri daha uzun zamanda tamamlaya bilir. Peşə məktəbləri adətən 2 il davam edir.  Məktəb proqramları, “Terminal” proqramlar deyilən, məzun olduğunda müəyyən bir karyeraya yönləndirən proqramlar və ya “Transfer” proqramları deyilən, ilk iki ili bakalavr səviyyəsində olan və elm, tarix və ya fəlsəfə kimi yüksək elmlərə istiqamətləndirən proqramlar təqdim edir. Beləcə 3-cü ilində 4 illik bir bakalavr proqramına keçid edə bilər. Burdaki proqramları, kollec olaraq bilinən iki illik ali məktəblərdə tədris edilir. 4 illik kollec və universitetlər, bakalavr səviyyəsi proqramları tədris etməklə birlikdə, ayrıca olaraq, az sayda ixtisas səviyyəsi proqramı keçir.

Amerikan Bakalavr səviyyəsi

Amerikadakı bakalavr səviyyəsi proqramlarının ən cazibədar xüsusiyyəti çevik olmasıdır. Ümumiyyətlə müxtəlif kurslardan seçiminizi edib özünüzə aid bir təhsil proqramı yarada bilərsiniz. Təyin olunan kreditlərin sayını qurtardıqdan sonra bakalavr adını almağa haqq qazanarsınız ki, bu ümumiyyətlə dörd illik bir təhsil prosesi ilə tamamlanır. İlk il “freshmen”, ikinci il “sophomore”, üçüncü il “junior” və dördüncü il də  “senior” olaraq ifadə edilər. Amerikada oxuyan şagirdlərin 4 ildən daha uzun bir müddətdə məzun olduğunu oxumuş ola bilərsiniz. Bunun səbəbi sahə dəyişdirmələri və yeni sahələrindən məzun ola bilmək üçün kredit yığmaqları ola bilər. Və ya akademik, şəxsi və ya maliyyə səbəblərindən dolayı dövr başına alması lazım olan dərs sayından daha az dərs alması ola bilər. Lakin beynəlxalq tələbələr yarı zamanlı təhsil ala bilməzlər və tam zamanlı təhsil görmək məcburiyyətindədirlər. İlk iki ildə alınan dərslər, “alt bölüm dərsləri” və son iki ildə alınan dərslər də “üst bölüm dərsləri” olaraq ifadə edilər.

Akademik Təqvim

Akademik il hər universitet və kollec üçün yüngül fərqləri olsa da əsasən Oktyabrda başlayıb Mayda bitməkdədir. Semestr deyilən və 18 həftədən ibarət olan dövrlərə bölünə bilər. Buna misal olaraq, “quarter” və ya “trimesters” (üç aylıq dövr) olaraq ifadə edilən 12 həftəlik müddətlər də ola bilər. Buna əlavə olaraq, universitetlər çox vaxt 6 – 8 həftəlik yaz dövrü tətbiq edər. Bu istəyə bağlı, daha qısa müddətdə məzun olmaq istəyən, normal dövr içindəki dərs miqdarını yüngülləşdirmək istəyən və ya dövr içində müvəffəqiyyətsiz olduqları dərsin kompensasiyası məqsədi ilə baş vura biləcəkləri bir variantdır. İki əsas tətil dövrü vardır: 2 ilə 4 həftə arası “qış tətili” (dekabr-yanvar) və bəzən Mart əvvəli və Aprel ortasında edilən 1 həftəlik “bahar tətili”.

Amerikan kolleclərində Həyat Boyu Təhsil

Amerikada kollec və universitetlərdə təhsil görmək istəyirsiniz, lakin zamanınız məhduddur. Bəlkə Amerikan düşərgələrindəki həyatı təcrübə edərkən, müəyyən mövzularda məlumatlarınızı artırmaq istəyirsiniz. Bu qətiliklə təhsil təcrübənizə yardım edəcək bir təcrübədir. Və Amerikan kollecləri sizin kimi tələbələri sevinclə qarşılayar. Kolleclərə yazıb vəziyyətinizi açıqlayın və “özəl tələbə” və ya “həyat boyu təhsil tələbəsi” olaraq müraciət üçün məlumat istəməniz lazımdır.

Peşəkar Təhsil

Amerikan universitet sisteminə Peşəkar (kariyera yönlü) təhsil də daxildir. Böyük universitetlər, sənət və elm kolleclərini və bir çox ixtisas məktəbini də əhatə edir – adətən müəssisə, kənd təsərrüfatı, əczaçılıq, hüquq, jurnalistika. Texnologiya institutu təqdim etdiyi bütün səviyyələrə elmi bir əhəmiyyət verməkdədir.

Uzaqdan Təhsil ( Distant )

Amerikada qısa peşəkar kurslardan, bakalavr səviyyəsi proqramlarına qədər hər cür təhsilin keçildiyi və məşhurluğu artan bir təhsil sistemidir. Uzaqdan təhsil tədris metodunu istifadə edən bir çox quruluş bakalavr səviyyəsi proqramı təqdim etməkdədir. Uzaqdan təhsil modeli ilə şagirdlər siniflərdə və ya düşərgədə olmaq məcburiyyətində qalmır. Bunun yerinə internet, peyk televiziyası, video konfransı və digər elektron vasitələr kimi texnologiyalar vasitəsilə təhsil verilməkdədir. Bunun mənası beynəlxalq tələbələr öz ölkələrindən çıxmadan Amerikan bakalavr proqramı üçün təhsil ala bilər, lakin təbii ki, üz-üzə görüşmə və təhsil üçün qısa dövrlü olaraq ABŞ-dakı düşərgəsinə gəlmək məcburiyyətindədirlər.

18 Comments

  1. Salam, IELTS 7.0 və yüksək attestat qiymətləri pulsuz bakalavr təhsili almağa kömək edermi? Əgər yox, kompüter mühəndisliyi üçün illik təxminən nə qədər ödəməliyəm yaxşı bir universitetdə?

  2. Salam. Men bu il kollecde 2 ci kurs olacam ve bitirdikden sonra Amerika’da oxumaq istiyirem. Bildiyim qederi ile SAT ve İELTS imtahanlarından keçmek lazımdır. Bes bu imtahanlarla ödenişsiz teqüdle ve ya sadece ödenişsiz oxumaa olar mı? Olarsada texmini neçe bal yığmaq lazımdır.

  3. Salam 11 sinifi bitirdikdən sonra ABŞ da tibb üzrə neçə bakalavr təhsili almaq olar?Və ya burada bakalavr təhsili aldıqdan sonra ABŞ a getmək mümkündürmü?

    • Salam. ABŞ-da TİBB başqa ölkələrdən fərqlidir. Attestat, TOEFL və SAT I lazımdır. Orda pre-med programına qəbul olmalı və 3 il bu programı oxumalı. Sonra MCAT imtahanı verir və sonra 5 illik tibb oxuyur. BU Amerikanlıların özü üçün də belədir. Pre-med programına SAT olmasa da olar. Əsas TOEFL ya da İELTS 5.5 olsun və attestat

    • Amerikada ucuz başa gələn tibb yoxdur. ABŞ-da tibbə girmək belə çətindir ona görə də həm bahadır həm də təqaüd yoxdur. Amerikanlılar çalışır əsas qəbul olsun çünki proses çox uzun və çətidnir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla