Amerikada dil məktəbi seçməyiniz üçün 7 əla səbəb
İngiltərə ilə müqayisədə yaşayış və təhsil baxımından daha ucuz olan Amerikada İngilis dili təhsili
almağınız üçün bir çox keyfiyyətli dil məktəbi var. 20 milyondan artıq xarici vətəndaş mövcudluğunu
nəzərə alaraq, Amerikanın müxtəlif mədəniyyətləri özündə birləşdirən bir zənginliyə sahib olduğunu
asanlıqla demək olar.

  1. Amerikan aksentini öyrənərkən digər aksentləri də öyrənin.
    Amerika, əhalisinin sayı 310 milyon olan və fərqli mədəniyyətləri özündə birləşdirən bir ölkədir.
    Bu baxımdan, qulağınız birdən artıq aksentə öyrəşəcək və bu da, öz növbəsində, İngilis dilini
    daha rahat başa düşməyinizə şərait yaradacaq.
  2. Dünya mətbəxi ilə tanış olun və yeni ləzzətlər kəşf edin.
    Amerikanın çox qədimlərə söykənən mətbəx adət-ənənələri var. İrlandiya, Polşa, İsrail,
    Almaniya, Ukrayna, Çin, Fransa, Yaponiya, Tayland, Vyetnam, Meksika, İngiltərə, Hindistan,
    Rusiya kimi müxtəlif ölkələrin nümayəndələrinin birləşdiyi bir coğrafiyada təamların kifayət
    qədər müxtəlif olması heç də təsadüfi deyil. Amerikanın istənilən bölgəsində milli yeməklər tapa
    bilərsiniz.
  3. Yeni insanlar tanıyaraq dostluqlar qurun.
    Getdiyiniz yerlərdə fərqli millət nümayəndələri ilə tanışlıq, fikir mübadiləsi, bilavasitə sizin
    dünyagörüşünüzə də təsir edəcək, düşüncə tərzinizi genişləndirəcək.
  4. Dil öyrənərkən eyni zamanda əylənin.
    Ölkənin hər tərəfində caz, blue, canlı musiqi, rəqs performansları sizi gözləyir. Siz, həmçinin,
    teatr, kino, konsert, plaj partiləri, incəsənət nümunələri və daha onlarla əyləncə ilə əhatə
    olunacaqsınız.
  5. Fərqli ştatlardakı festivallara qatılaraq gözəl bir gün keçirin.
    Müxtəlif ştatlara səyahət edərək həm oradakı yerləri görə və həm də, müxtəlif festivallarda
    iştirak edə bilərsiniz.
  6. Amerikanın adrenalin dolu ən böyük əyləncə parkına gedin.
    Çedar Point, Ohayo ştatının Sanduski şəhərinin Eri gölü yaxınlığındakı yarımadada yerləşən
    əyləncə parkıdır. 68 ride və 16 roller coaster ilə dünyanın ən böyük əyləncə parkıdır. Bununla
    yanaşı, dünyadaki kinci ən hündür və ən sürətli roller coaster bu parkda yerləşir.
  7. Dostlarınızla sahilə gedin.
    Dərslərin yorğunluğundan və bezdirici istilərdən yaxa qurtarmaq üçün dostlarınızla birgə sahilə
    gedərək soyuq sudan zövq ala bilərsiniz. Həmçinin, sörfinqlə məşğul olaraq həyəcan və əyləncə
    dolu bir gün keçirmək şansınız da var.

narimanov@celt.az

(012) 566 48 23

Sual Soruşun.

Cavab bildirimləri üçün E-Poçtunuzun doğru olduğundan əmin olun. E-Poçt yayınlanmayacaqdır. Qısa zamanda cavablanacaqdır.

Yayınla