Amerikada orta məktəb

Amerikada orta məktəb

 Dünyada gücü dövlət olan ABŞ-ın təhsil sistemi də özünəməxsus dərəcədə yüksək səviyyədədir. Dünyanın müxtəlif ölkələrindən şagirdlər, tələbələr ABŞ-da təhsil almaq üçün müraciət edirlər.

Amerikada təhsil sistemi

ABŞ-da təxminən 120 min  orta məktəb mövcuddur. Bunlardan  bir hissəsi özəl, digər hissəsi isə dövlət məktəbləridir. Amerikada orta məktəbləri 12 illik təklif edir və 3 mərhələyə ayrılır:

  1. İbtidai məktəb – elementary school (I-VI siniflər)
  2. Əsas məktəb – secondary school (VII-IX siniflər)
  3. Orta məktəb – High school (X-XII siniflər)

Amerikada orta məktəb oxumağın üstünlükləri

ABŞ-da şagirlərin bilikləri qiymətləndirilərkən təkcə test üsulu ilə aparılmır. Qiymətləndirmə zamanı həmçinin şagirdin təhsilə baxışı, ümumi intelektual səviyyəsi və digər amillər nəzərə alınır. Bu səbəbdən siz ABŞ-da orta məktəb təhsili alaraq bu üstünlüklərə yiyələnə bilərsiz. ABŞ orta məktəblərini bitirən şagirdlər, rahatlıqla universitetə qəbul ola bilirlər.

ABŞ orta məktəblərində necə oxuya bilərəm?

ABŞ orta məktəblərin qəbul prosesini ilk dəfə Azərbaycanda CELT colleges həyata keçirir. Siz indi çox rahatlıqla CELT vasitəsilə ABŞ orta məktəblərində təhsilinizi davam etdirə bilərsiniz. Həm özəl, həm də dövlət məktəblərinə qəbul ola bilərsiniz. Qəbul üçün ingilis dili səviyyəsinin orta səviyyədə olması lazımdır. Bundan əlavə CELT colleges də ingilis dili kursu üzrə əldə etdiyiniz sertifikat da qəbul üçün keçərlidir. Həmçinin oxuduğunuz məktəb qiymətləri tələb olunacaq.

ABŞ-da özəl orta məktəb oxumaq

Özəl orta məktəblər bütün dünyada olduğu kimi ABŞ-da çoxdur. Burda dövlət orta məktəbləri yanaşı, özəl orta məktəblər də təhsildə mühüm rol oynayır. Özəl məktəblər bütün lazımi xidmətlərlə sizi təmin edəcək. Yataqxana, sığorta və s. Qiymətlər təxminən hər şey daxil 1 semestr üçün 16.950 dollar. Buraya hər şey daxildir. Təhsil haqqı, yataqxana, yemək, sığorta və s. Özəl məktəbdə təhsil alaraq ABŞ universitetlərinə də rahatlıqla qəbul ola bilərsiniz.


ABŞ-da dövlət orta məktəbləri

ABŞ-da şagirdlər özəl orta məktəblərə nisbətən dövlət məktəblərində daha çox şagird təhsil alır. Buna əsas səbəb təhsil haqqı ilə bağlıdır. Dövlət məktəblərində təhsil haqqı daha uyğundur deyə buraya üz tuturlar.  Özəl orta məktəblərdən fərqli olaraq dövlət məktəblərində yataqxana ilə təmin edilmə olmur. Əgər siz dövlət məktəbində oxumaq istəsəniz, siz hansısa ABŞ-dakı ailədə yerləşdirirlirsiniz. Dövlət orta məktəblərində 2 formada təhsil ala bilərsiniz. Birincisi 1 illik proqramdır. Burda istədiyiniz sinifdən oraya qəbul olaraq 1 illik ABŞ orta məktəblərində təhsil alıb geri qayıda və burada təhsilinizi davam etdirə bilərsiniz. İkincisi burda istədiyiniz sinifdən çıxıb ora qəbul olursuz və orts məktəbi elə oradaca bitirirsiniz. Hər iki variantı seçə bilərsiniz. Özəllərlə nisbətdə dövlət orta məktəblərində qiymətlər 50% ucuzdur. Belə ki, dövlət məktəblərində hər şey daxil cəmi 8950 dollar xərciniz çıxacaq 1 semestr üzrə. Buraya bütün yaşayış xərcləriniz, təhsil haqqı da daxildir.

Qəbul şərtləri

ABŞ orta məktəblərində oxumaq üçün qəbul şərtləri çox sadədir. İstədiyiniz sinifdən qəbul olmaq mümkündür. Şərtlər aşağıdakılardır:

  1. Orta səviyyədə ingilis dili biliyi.
  2. CELT Colleges tərəfindən verilən sertifikatlar
  3. Orta məktəb qiymətləriniz

Hara müraciət edə bilərəm?

Ətraflı məlumat üçün və qəbul prosesi üçün aşağıda göstərilən telefon nömrəsinə zəng edərək məlumat ala bilərsiniz. Qəbul prosesində bütün lazımi dəstək sizə göstəriləcək.  Həmçinin viza dəstəyi də göstərilir. Müraciət üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Fərid müəllim

Mob: 050 503 59 39

Ofis: 012 492 68 53

15 thoughts on “Amerikada orta məktəb”

  1. Salam, Mən, 9-cu sinfi bitirmişəm, Attestatım var bu il 10-cu sinif olmalı idim amma 9’dan çıxdım çox heyf ki. Orta məktəb qiymətlərim bir yerə qədər yaxşı idi lakin, son vaxtlar zəifləməyə başladı. Eyni zamanda hal-hazırda Musiqi təhsili alıram. İngilis dili biliklərimi artırıb, İELTS sertifikatı alıb, mən də ABŞ’da orta məktəb oxuya bilərəm mi-?

  2. men xaricde tehsil almaq isdeyirem.bu il 9cu sinifi bitirdim HIGH school orda oxuya bilerem? qiymetlerim o qederde yaxsi olmadi, bu tesir eder?Bide proqramnan gedib tehsil ala bilerem?

  3. Salam. menim 2 oglum var. 1-i 9-cu sinifde oxuyur, digeri ise 10 sinifde oxuyur. Ucuz olsa her iki oglumu gelen il mart aprel aylarinda oraya high scoolda oxutdurardim. Boyuk oglum Raul 9 cu sinif imtahani elede yaxshi vermeyib shehadetini almishdir. 3-4-5 oldu. 5 qiymet 1-2 fendde olmushdur. Kicik oglum Xalid ise gelen il 9-cu sinif imtahani verib shegadetnamesin almalidir. Ama men onlari bu il sentyabrin 1 den 5 fenn uzre hazirliga yazdirmisham. Inaniramki, gelen ilin shehadetnamesi Yaxshi olmalidir.

    1Azerbaycan dili.
    2.Riyaziyyat
    3.Ingilis dili
    4Tarix
    5.Cografiya.
    Evvelkine nisbette indi ushaqlarin qiymetleri cox yaxshidir.
    Menim size sualim beledir. Eger men ushaqlarimi ora high scoola gondersem men tek veya Yoldashimla onlarla Amerikaya gede bilerikmi? Biz onlarla getmek isteyirik. Men orada qalmaga ve butun ehtiyacimi qarshilamaga imkanim catar. Qanunla Ushaqlarim ora oxumaga gedende ailesi onlarla gede bilir yoxsa nece olur? Men onlarin Floridada Orlandoda, Boca Raton, Mayamide High scoola gondere bileremmi? Biraz xahiw edirem bununla bagli bize meslehet verin. ama dediyiniz kimi dovlet mektebi olsun ve 50% endirimle olsun. Eger ele ucuz olsa oglanlarimin her ikisin gondererdim.