Amerikanın təhsil sistemi – ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir.

Amerikada savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır.

Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış “universitetlər”lə mübarizəsində öz qanunları var. Akreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərəçarpan problemlər yaradır.

Yuxarı sinif

 ABŞ-da orta məktəbin axırıncı mərhələsi, doqquzuncu sinifdən on birinci sinifə kimi davam edir. Yuxarı siniflərdə şagirdlər əvvəlkinə nisbətən daha asanlıqla öz sinif seçimlərini edə bilir, diplomu almaq üçün məktəb şurasını təyin edən yalnız minimal tələbləri yerinə yetirməlidirlər.

Tələblər belədir: 3 il təbiət elmləri (kimya, biologiya, fizika) 3 il riyaziyyat, cəbr 4 il ədəbiyyat 2-4 il sosial elmlər, ABŞ-ın tarixi və dövlət quruculuğu ilə bağlı elmlər 1-2 il idman

Ali məktəblərə qəbul üçün daha böyük proqram nəzərdə tutulur, buraya 2-4 il xarici dillər də əlavə olunur.

Qalan sinifləri isə şagirdlər özləri seçirlər. Belə siniflərin seçimi kəmiyyətə və keyfiyyətə görədir, məktəbin maliyyə imkanlarından və məktəblilərin öz seçimlərindən asılıdır. Bu siniflərə qəbul belədir:

  • Əlavə elmlər (statistika, informatika)
  • Xarici dillər (daha çox ispan , fransız və alman dili; az hallarda yapon, çin, latın və yunan dili)
  • Təsviri incəsənət (rəssamlıq, heykəltaraşlıq, fotoqrafiya, kinematoqrafiya)
  • İncəsənət (teatr, orkestr, rəqs)
  • Nəşriyyat işi (jurnalistika, redaktorluq)
  • Əmək (ağacın təmizlənməsi, avtomobil təmiri)

Bəzi hallarda isə şagird ümumiyyətlə heç bir məktəbi seçmir. Axırıncı iki il ərzində, yuxarı sinifdə, irəlidəki sinfin yeni tipi yaradılır. Şagirdlər onları Advanced Placement və ya Beynəlxalq bakkalaureat imtahanlarına hazırlayan sinifləri seçə bilərlər.

Məktəblərdə olduğu kimi ali məktəblərdə də studentlər A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır(grade point average, GPA). Burada A – 4, B – 3 və s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, bir sözlə qiymətlər artırılır.

Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 2002-2003, 2003-2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya səviyyəsindən yüksək idi.

Amerika məktəblərinin növləri

Amerikada bütün ali məktəblərə kollec deyirlər, hətta kollec olmayan məktəblərə belə. ABŞ ali məktəblərini bir-birlərindən böyüklüyünə və şəraitinə görə fərqlənən üç tipə bölürlər.

Əsas fərqlərdən biri universitetləri kolleclərdən fərqləndirən elmi-tədqiqat və aspirantura proqramlarının olmasıdır. Kollec – əsasən tələbələrə təhsil vermə ilə məşğul olur, elmi iş isə burada ikinci dərəcəlidir. Dördillik kolleclərin böyük əksəriyyəti kiçik və özəldir, buna baxmayaraq son zamanlar istedadlı tələbələr üçün ştat kollecləri də yaradılır.

Kolleclərin bir çoxu dini, bəzən də “Bibliya kollecləri” adlanan kiçik kolleclərlərdir. Universitetlər əsasən ştat (ştat hökuməti tərəfindən maliyyələşdirilir) və özəl universitetlərə bölünürlər. Ştat universitetləri adətən çox böyük olur və nüfuzuna görə özəl universitetlərdən geri qalırlar. Onların əsas məqsədi – öz ştatlarının tələbələrinə təhsil verməkdir. Ona görə də digər ştatlardan gəlmiş tələbələrə müsabiqədən keçmək daha çətin, təhsil haqqı isə daha yüksəkdir. Bir çox ştat universitetlərində təhsil siniflərdə tələbə sayının çox olmasından, müəllimlərin tələbələrə kifayət qədər diqqət göstərməməsindən və bürokratiyadan əziyyət çəkir. Buna baxmayaraq hətta digər ştatlardan və ölkələrdən gəlmiş tələbələr Berklidəki Kaliforniya universitetinə, Miçiqan və Virciniya kimi ən yaxşı ştat universitetlərinə hazırlaşırlar. Özəl universitetlər arasında ən məşhurları isə Harvard, İyel, Prinston, Stenford, MTT və Kaltexdir. Onların böyük əksəriyyəti orta böyüklükdədirlər, lakin çox kiçik (Kaltex kimi) və çox böyük universitetlər də (Cənubi Kaliforniya Universiteti) var.

Ali məktəblərə qəbul

Yerli kolleclər yerləşdikləri arazidəki sakinlərə təhsil alma imkanı verməlidirlər. Lakin Amerika dördillik ali təhsil məktəblərinə qəbul uzun və çətin prosesdir. Qəbul ərizəsində sənəd verən şəxs məktəbdə və standart imtahanlarda aldığı qiymətlərlə yanaşı, öz maraqları, məktəbdənkənar sahələrdə əldə etdiyi uğurlar və mükafatlar barədə məlumat verməli, həmçinin ona verilmiş mövzulara görə inşalar da yazmalıdır. Bundan başqa şagird müəllimlərindən özü haqda tövsiyələr verməli, bəzi ali təhsil müəssisələrində məzunlardan – könüllülərdən müsahibə də götürməlidir.

Məktəblərdə standartlar müxtəlifdir. Qiymətlər şagirdin hazırlığı barədə az məlumat verir. Məktəblilər, adətən SAT və AST adlanan iki imtahandan birini verməlidirlər. Bəzi hallarda isə SAT II imtahnlarından müəyyən fənlər üzrə biliyi yoxlayan bir və ya bir neçə imtahan verilir.

Bir çox universitetlər məktəblinin qiymətlərinə və imtahan nəticələrinə baxmayaraq onların bilik səviyyəsini yoxlayırlar. Kiçik ali məktəblər abiturientlərin məktəbdənkənar nailiyyətlərinə – idman, incəsənət, ictimai işlərdə olan uğurlarına nəzər yetirirlər və belə işlərdə xüsusi seçilən tələbələri qəbul edirlər ki, ali məktəb həyatına da rəngarənglik gətirə bilsin. Təkcə əldə etdiyi uğurun böyüklüyü yox, həm də bu uğuru hansı sahədə qazanmasına da diqqət yetirilir. Məsələn, əgər idmanın atletika növü ilə məşğuldursa, bu idman növündə idmançı çatmamazlığı olduğuna görə və ya faqot kimi lazımlı alətdə ifa edirsə, həmin abiturienti digər göstəriciləri aşağı olsa belə götürürlər.

Müəllim tövsiyələri çox vacibdir, çünki onlar şagirdin istedadından, bacarıqlarından və başqa keyfiyyətlərindən xəbər verir. Yazdıqları inşalar ən bacarıqlı və original düşüncəli şagirdlərin, müsahibələr isə şagirdin xasiyyəti ilə universitetin tələblərinin üst-üstə düşməsini yoxlamaq üçün kömək edən amillərdir. Buna görə də ərizədəki hər bir element imtahan verən haqda məlumat verməkdə böyük rol oynayır. Bu meyarların nə dərəcədə əhəmiyyət kəsb etməsi universitetin böyüklüyündən asılıdır. Prosesin qabaqcadan nə nəticə verəcəyini heç kəs bilmədiyinə görə, çox vaxt abiturientlər 10-a yaxın ali məktəbə sənəd verirlər. Və həmin yerlər arasında dəqiq qəbul olunacaqları yerə ehtimalı daha çox olan ali məktəbi mütləq qeyd edirlər. Kağızların sayını azaltmaq üçün bir çox universitetlər Standart ərizə adlanan sənəd qəbul edirlər.

Təhsilin əsas xüsusiyyətləri 

 Böyük universitetlərdə məktəbli, adətən, hər hansı bir fakültəyə sənəd verir, amma çox vaxt ümumiyyətlə universitetin özünə sənəd verilir. Hətda bəzi hallarda fakultədən fakultəyə keçmək və “qərara almamış” statusunu da almaq olar. Amma bu zaman bəzi fakultələrə girmək imkanı demək olar ki bağlanır.

Hər dinlənilən kursa görə tələbənin həftə ərzində kurs üzərində işlədiyi vaxta uyğun olaraq müəyyən miqdarda kredit, xal verilir.

Tələbə nə qədər universitetin və seçdiyi ixtisasların tələblərinə uyğun işləsə, o qədər onun sinifləri sərbəst seçmək imkanı olar. Tələblər konkret (“vektor analizi”) və ya ümumi (“humanitar elmlərin doqquz krediti”) ola bilər və diplom alana qədər istənilən vaxt yerinə yetirilə bilər.

Amerika universitetlərində qiymətlər semestrlərə və rüblərə görə çıxarıla bilər. Onlar əsasən semestrlər, rüblərarası (midterms) və ilin sonunda (finals) verilən imtahanlardan asılıdır. Həmçinin ev tapşırıqları, layihələr, prezentasiyalar, referatlar və s. də hesaba alına bilər.

ABŞ universitetlərinə qəbul

Amerika universitetlərinə qəbul olmaq üçün abituriyent aşağıdakı sənədləri əldə etməlidir:

  • ali məktəbdən verilmiş anketin doldurulması (application form) və sənədlərin baxılması üçün məbləğ (application fee);
  • hər bir universitetin öz qəbul qaydaları, formaları var. Bu formaları universitetin saytından əldə etmək mümkündür. Həmin formaya mütləq çek əlavə olunur, məbləğ isə təhsil müəssisəsindən asılıdır;
  • transkript (son üç ildə fənlərdən alınan qiymətlər) – attestat və ya diplomun surəti;
  • transkript, adətən, cədvəl formasında olur, həmçinin attestat və diplom ingilis dilinə tərcümə olunmalıdır;
  • 3 zəmanət məktubu (abituriyentin müəllimlərindən və ya elmi rəhbərlərindən), məktub transkript kimi ingilis dilinə tərcümə edilməli, notariusda təsdiq olunmalıdır;
  • 1 və ya 2 səhifədən ibarət olan, tərcümeyi-halı xatırladan personal statement (esse). Müvafiq sənəddə aşağıdakı suallara cavablar vermək lazımdır: “Bu universitetdən mən nələr gözləyirəm?”, “Nə üçün xaricdə oxumaq istəyirəm?”. Həmçinin abituriyent ali məktəbin onu nə ilə cəlb etdiyini, universitetin məşhur professorlarının adlarını, tanınmış laboratoriyalarını qeyd etməlidir;
  • imtahanın nəticələri – məktəb məzunları TOEFL və SAT-dən, ali məktəb məzunları isə TOEFL, GRE və ya GMAT-dan imtahan verməlidirlər. Test imtahanları ödənişli olur və qiymətlər 60-250 dollar arasında dəyişir. Əsas imtahanlar təhsil müəssisəsinin tələblərinə uyğun aparılır.

Qaydaya görə, ali məktəbdən verilmiş anketdə gələcək tələbə hər təhsil ili nə qədər məbləğ ödəyə biləcəyi haqqında məlumat verməlidir. Abituriyentin maliyyə durumu onların bank hesabında təsdiqlənməlidir. Bir çox ali məktəblər xarici tələbələrə maliyyə dəstəyi göstərir. Burada əsas rol abituriyentin akademik bacarığından, onun elmi və yaradıcı fəallığından asılıdır. Bundan başqa, xarici tələbələr üçün ABŞ hökuməti və müxtəlif fondlar tərəfindən maliyyələşən təqaüd proqramları və qrantlar mövcuddur.

29 Şərh

  1. Bitirib sonra getmək istəyirəm bunun orda nəsə bir rolu olur? Bəs TOEFL və yaxud başqa imtahan nəticəm yüksək olsa pulsuz təhsil ala bilmərəm? Yaxud təhsil haqqı azaldıla bilməz? Çox yüksəkdir çunki təhsil haqqı.

  2. Salam. Mən hal hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi üzrə 2-ci kursda təhsil alıram. Universiteti bitirdikdən sonra Amerikada jurnalistika üzrə yenidən bakalavr təhsili almaq istəyirəm. Öyrənmək istəyirəm ki hansı universitet bu ixtisas üzrə təhsil verir və təhsil haqqı nə qədərdir? Başqa bir sualım bunun üçün hansı şərtlər lazımdı nə imtahanları verməliyəm. Bakı Dövlət Universitetini bitirməyim buna müsbət təsir edirmi? Zəhmət olmasa ətraflı məlumat verin hər birinə indidən təşəkkürlər.

  3. Salam.Men hal hazırda bu il 9 sinifde oxuyursm be anerikanın prestijli unilerinden birinde oxumaq isteyirem onun ucun men ne etsem en az yarı teqaud ala bilerem?

    • Salam. ABŞ top uniləri çox rəqabətlidir. Qəbul üçün əla attestat qiymətləri, yüksək SAT , yüksək TOEFL və yüksək SAT II imtahanlarının nəticəsi lazımdır. BU top unilərə qəbul üçün əsas şərtlərdir. Qəbul rəqabətində önə çıxmaq və təqaüd üçün yaxşı ideya motivasiya, könüllü iş təcrübələri çox önəmlidir. Ümid edirəm planıızı indidən qurub o vaxta hazır olacaqsınız.

  4. Tibb üzrə azərbaycanda baklava dərəcəsi almaq lazımdırmı? Bundan başqa universitetə qəbul ABŞ da neçə yaşdan başlayır? Burda qəbul imtahanı vermək lazımdırmı?

    • ABŞ da tibb prosesi belə işləyir. İlk olaraq orda tibbə yaxın bakalavr oxuyursunuz ya da pre-med programı. Sonra tibb üçün müraciət edirsiniz və MCAT imtahanı verirsiniz. Burdakı bakalavrlar demək olar ki keçərli deyil. ABŞda tibb çox rəqabətlidir.

  5. Macarıstan universiteti ilə Amerika universiteti eyni deyil.Mən Amerikada işləyib öz ehtiyaclarımı ödəməyi düşünürəm.Təxmini olaraq universitetlərin xərclərinə baxmışdım.Siz mənə ortalama deyə bilərsiz.Sadaladığım universitetlər üçün

    • Bəli. Mən şərhdə universitet adı görmürəm ama hamısınına öz saytlarından baxa bilərsiniz. Əgər MİT və Stanford deyirsinizsə onlar 40 min dolların üzərindədir. Məcbur birinci il unidə qalmalı olacaqsınız onunla birlikdə 55 60 min dollara yaxın olacaq. Təbii ki bu ixtisaslara görə dəyişir ama heç biri hər şey daxil 20-30 min olmayacaq. 20-30 minə adi ştatlarda universitet tapa bilərsiniz məsələn Arkansas. İşləməyə gəldikdə yarım ştat işləyə bilərsiniz və on campus.Off campus olsa buna uni icazə verməlidir. İşləmək dərslərlə birlikdə elə asan deyil. Siz SAT I TOEFL və vaxt qalsa SAT II imtahanlarını verin ki mümkün olsa full təqaüd olmasa yarım təqaüd alasınız ki yükünüz azalsın.
      Mən də masteri ABŞ-oxumuşam və tam təqüdlü. Ama mən də GPA yüksək ols da GRE və TOEFL olsa da mən sadəcə qəbul ala bildim. Təqaüdü isə SPSS bacarığıma görə aldım. Grad Assist programı var masterlər üçün. Mən heç məşhur unidə oxumamışam. Yerli uni idi NJ-də ama onun təhsili MİT dan fərqlənmir.Yəni hər kəs sonda eyni sistemdən istifadə edir. Nə öyrənmək daha çox sizə bağlıdır əsas təqaüd versin.

  6. Dəqiq cavablara görə təşəkkür edirəm.Mən ya İngiltərə ya da Amerikada oxumağı qərarlaşdırmışam.Texniki fənnlər üzrə oxumağı planlaşdırıram. 2 il ərzində SAT və TOEFL tam oxumaq mümkündür?

    • Buyurun. Xoşdur. Bəli mümkündür ama təcili başlamalısınız. Hər iksinə başlamaq üçün orta səviyyədə ingilis dili biliyiniz olmalıdır.

  7. Belə bir nəticəyə gəlmək olar ki, hər universitetdə təqaüd olmur.2 alternativim var: Massaçusets Texnologiya İnstitutu və Stenford universiteti.Bəs bu universitetlərdə təqaüd verilirmi?

    • Salam. Təqaüdün verilmə səbəbi odur ki sizin elə bir bacarığınız var ki o onlara şöhrət əlavə gəlir və dəyər gətirəcək. Zatən bu bacarığınız olduğu halda bütün unilər sizə təqaüd vermək üçün sıraya düzüləcək ama belə təqaüd istəmək bəzən martetinq məqsədi üçün yarı təqaüdlər olur. Məsələn deyək ki sizin attestat yaxşı, TOEFL super, və SAT I balınız əla o zaman unilər sizə 50 faiz endirim edərlər bəlkə də bəizləri 100 faiz təhsil haqqını silər. Çünki bunlar standard testlərdir və bunu qazanmaq hər kəs üçün əl çatandır. Ama bir də var ki sizin bunlar var və üstəlik musiqidə elə bir bacarığınız var ki dahi ola bilərsiniz. Bax bu zaman MİT Standford Oxford kimi unilər sizi almaqda maraqlı olacaq. Sadəcə testləri verməklə Stanford kimi uniyə bəlkə qəbul ola bilərsiniz ama təqaüd almaq reallıqdan uzaqır.
      Ama o dediyim testləriniz varsa Macarıstan Türkiyə Çin unilərindən təqaüd ala bilərsiniz. Hər ölkəyə görə təqaüdün dəyəri və əhmiyyəti dəyişir. İndi MİT həqiqətən getmək istəyəni Macarıstana prezidenti də çağırsa getməyəcək. Ona görə seçiminizi doğru etməniz lazımdır. MİT getmək üçün hələ təqaüd üçün reallığı qəbul etməlisiniz. Sonda MİT bitirənlər hamısı dünya dahisi deyil)))

    • Salam. Amerikada pulsuz universitet yoxdur. Əgər təqaüd varsa ala bilərsiniz və bunun üçün Bakıda nə qədər oxumağınız əhmiyyətli deyil. Əsas olan güclü SAT və TOEFL və attestat qiymətləriniz.

Sual Soruşun.

Cavab bildirimləri üçün E-Poçtunuzun doğru olduğundan əmin olun. E-Poçt yayınlanmayacaqdır. Qısa zamanda cavablanacaqdır.

Yayınla