Ana dilimizi və xarici dilləri necə öyrənirik?

Hər kəsin bildiyi kimi insan, şüuru olduğu üçün yaradılan digər canlılarla müqayisədə ali varlıq hesab olunur. Şüur isə mürəkkəb idrak prosesi olan təfəkkürün özəyi olub, nitq ilə qarşılıqlı əlaqədədir. Birmənalı olaraq insanın fərd və şəxsiyyət kimi formalaşmasında nitqin rolu danılmazdır. Bəs nitq necə yaranır? Biz öz ana dilimizi və müxtəlif xarici dilləri necə öyrənirik?

Hər birimiz dünyaya gəlmədən öncə ana bətnində olduğumuz zaman danışılan səsləri eşidirik. Doğulduğumuz andan etibarən isə məlum bir aksentlə ağlayır və ana bətnində eşitdiyimiz səsləri şüursuz şəkildə təqlid edirik. İlk aylarda çıxardığımız qığıltılar və anlaşılmaz səslər isə arikulyasiya aparatı və motorikanı gələcəkdə düzgün nitq inkişafı üçün hazırlayır. Bununla yanaşı, körpəlik dövrümüzdə dünyada dilləri meydana gətirən 600 səssiz və 200 səsli hərfi eşidirik.

Hətta 3-4 aylığımızda olarkən yaxın ailə üzvlərimizin üz mimikalarına, jestlərinə və intonasiyalarına uyğun olaraq emosiyalar bildiririk (ağlayır və ya gülürük). Beləliklə, yaşın inkişaf qanunauyğunluqlarına bağlı olaraq nitq də tədricən inkişaf edir.

İlk yaşımıza qədəm basdığımız zaman beynimiz ən tez-tez eşitdiyimiz səslər mövzusunda ixtisaslaşmağa başlayır və biz ana dilimizdə ilk sözləri; bəzi sadə söz birləşmələrini ifadə etməyə başlayırıq. 2 yaşında olarkən qısa cümlələr qururuq. Zaman keçdikcə ana dilimizdə söz ehtiyatımız daha da artdığı üçün artıq 3 yaşında yad insanlarla dialoqda iştirak edirik. 4 yaşında isə nitqimizdə artıq demək olar ki, ana dilinin əsas qrammatik qaydaları formalaşır. Beləliklə, dil ilə əlaqəmiz bir ömür boyu inkişaf edir. Alimlərin araşdırmasına görə biz yalnız, 30 yaşlarımızda ana dilimizin qrammatik qaydalarına təmamilə yiyələnmiş oluruq.

“Bəs necə olur ki, xarici dilləri öyrənirik?” sualına gəldikdə isə, nəzərə almaq lazımdır ki, ana dili və xarici dilin öyrənilməsi maxanizmi təmamilə fərqlidir. Belə ki, həyatımızın ilk illəri (0-6 yaş) ana dilini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Tərk edilmiş və ya cəmiyyətdən təcrid edilmiş uşaqlar üzərində aparılan araşdırmalar, danışmağı erkən yaşda öyrənmədiyimiz təqdirdə bu boşluğun sonrakı yaşlarda asanlıqla doldurulmayacağını göstərir. Lakin hər hansı bir xarici dili öyrənərkən vəziyyət eyni cür olmur. Yəni, biz istənilən yaşda hansısa bir xarici dili öyrənə bilərik. Burada önəmli olan ana dilini mənimsəmək və artıq dil haqqında təsəvvürün yaranmasıdır. Bundan sonra isə istənilən xarici dili öz dilimizlə müqayisəli və qarşılıqlı şəkildə öyrənmək mümükündür.

Xarici dil örənmək üçün ən münasib yaş dövrü hansıdır? Xarici dillərin erkən və ya daha sonrakı yaşlarda öyrənilməsi ilə bağlı alimlərin təzadlı araşdırmaları var.

Edinburgh Universitetinin İkidillilik Mərkəzinin rəhbəri, dilçiliyin inkişafı üzrə professor Antonella Sorace-nin fikrincə “Yaşla birlikdə hər şey pisə doğru getmir.”

Sinifdə bir müəllimin “aydın öyrənmək” üsulunda, fikrini cəmləmək və yaddaş qabiliyyəti ilə idraka nəzarət bacarıqları məhdud olduğundan balaca uşaqlar dil öyrənməkdə uğur qazanmırlar. O düşünür ki, bu məsələdə böyüklər daha yaxşıdırlar. Yəni, yaş artdıqca bu xüsusiyyət də inkişaf edir.

Alimlərin böyük əksəriyyəti isə hesab edir ki, erkən yaşlarda xarici dil öyrənmək daha səmərəli nəticələr verir. Onlar bu fikri, kiçik yaşlı uşaqların “gizli öyrənmə”, yəni, təqlid yolu ilə öyrənmələri ilə əsaslandırırlar. Lakin bu öyrənmə tərzi o dildə danışan insanla daha çox vaxt keçirməyi tələb edir. Eyni zamanda erkən yaşlarda hafizənin yeni informasiyaya açıq olması faktı da heç kəsə sirr deyil. Bu səbəbdən erkən yaş dövründən (4-5) başlayaraq hər hansı bir xarici dilin öyrənilməsi produktiv nəticələr verir. Burada diqqət etməli olduğumuz əsas nüans ana dilinin ilkin qrammatik və leksik qaydalarını mənimsədikdən sonra paralel olaraq xarici dili öyrənməyə başlamağın vacibliyidir. Əks-təqdirdə uşağın dil açdığı vaxtda ailədə 2 dilliliyin olması və ya uşağa xarici dilin öyrədilməsi uşaqda funksional disleksiya qüsuruna səbəb ola bilər.Həmçinin bu zaman uşağın yorulmamasına diqqət yetirmək lazımdır.

Deyilənlərə əsasən, CELT Kids uşaqların ingilis dilini sağlam və keyfiyyətli öyrənmələri üçün bütün bu qaydaları nəzərə alır. Beləliklə, siz də övladlarınızın ingilis dilini fərdi yaş qanunauyğunluqlarına uyğun olaraq zərər görmədən öyrənmələrini istəyirsinizsə, CELT Kids Sahil ofisinə müraciət edin.

Əlaqə nömrəsi: (012) 498 10 30; (070) 629 32 42.
 Ünvan: Rəşid Behbudov küç. 3, Sahil metrosunun yaxınlığı.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More