Ankarada tələbə olmaq

Türkiyədə təhsil almaq bugün yerli tələbələr arasında geniş yayılmışdır. Çünki istər məsafə, istər adət-ənənə olaraq ölkəmizə ən yaxın ölkədir. Lakin Türkiyədə təhsil almağa qərar vermədən öncə, düzgün şəhər və universitet seçimi etmək lazımdır. Hər kəsə məlum olduğu üzrə, Türkiyənin ilk üç böyük şəhərindən biri olmaqla, Ankara eyni zamanda gənclərimizin ən çox üz tutduğu şəhərlərdən biridir. Ankara türklərin deyimi ilə desək, məmurlar şəhəridir. Şəhərdə çox sayda universitet, dövlət orqanı binaları fəaliyyət göstərir. Bu səbəbdən şəhər əhalisinin çoxu tələbə və dövlət işçilərindən ibarətdir. Ankarada tələbələr üçün çox sayda kafe-restoran, tələbə şəhərcikləri mövcuddur. Bundan əlavə Ankarada tez-tez konsertlər, tələbələrə maraqlı olan universitet şənlikləri keçirilir. Ankara paytaxt şəhərdir, amma buna baxmayaraq, əhalisi şəhər böyük olduğu üçün seyrəkdir.Ankaranın ən müsbət tərəflərindən biri də 24 saat xidmət göstərən avtobusların olmasıdır.

Ankarada Türkiyənin ən yaxşı tibb fakültələrindən birinə sahib olan universitet kimi tanınan Hacettepe Universiteti yerləşir. Hacettepe Tıb Fakültəsi sadəcə, Ankaranın deyil, eyni zamanda Türkiyənin də ən yaxşı tibb təhsili verən və savadlı həkim kollektivi olan universitetidir. Bundan başqa, şəhərdə, Gazi, Ankara, Orta Doğu Teknik Universiteti kimi çox yüksək göstəricilərə sahib dövlət universitetləri fəaliyyət göstərir. Xüsusilə, ODTÜ Universiteti böyüklüyünə görə dünya universitetləri içərisində yer alır. Türkiyədə texniki elmlər üzrə ən yaxşı təhsil verən universitetlərdən birincisidir desək, yanılmarıq. Bunlardan əlavə, bu şəhərdə Başkent, Bilkent, Atılım universitetləri kimi çox yaxşı özəl universitetlər də var.

Ankarada tələbə olmaq ilk başlarda insana can sıxıcı gələ bilər, amma zamanla şəhərin aurası, mühit insanı içinə çəkir və artıq Ankaradan başqa şəhərə getmək istəmirsiniz. Qış aylarının çox kəskin və soyuq keçməsi xaricində Ankarada oxumağın sizi narahat edən bir tərəfi olmamalıdır deyə bilərəm. Hətta qışı sevən tələbələr üçün bu şəhər arzuolunandır. Bəzən turistik şəhər olmadığı üçün tələbələr bunu əsas alaraq Ankaranı seçməkdən boyun qaçırırlar. Ankara uzaqdan göründüyü və insanların dedikləri kimi sıxıcı bir yer deyil və bu şəhərdə tələbə həyatı, universitet ortamı, ümumiyyətlə, Ankara təcrübəsi sizin həyatınızda unudulmaz xatirələrdən biri olacaqdır.İstanbula görə daha ucuz olması da sizin seçiminizə təsir edən başqa bir faktor ola bilər.

Türkiyənin ən yaxşı universitetlərində təhsil almaq istəyirsizsə, əminliklə, Ankaranı seçməlisiniz.Biz CELT COLLEGES ELMLƏR , Sizə dəstək olarıq.

Günel Qulamova
E-mail:gulamova@celt.az
CELT COLLEGES ELMLER

5 thoughts on “Ankarada tələbə olmaq”

  1. salam men peşe tehsil müessesinde oxuyuram bu il son ilimdir ve ankara universtetine qebul olmaq isteyirem ne etmeliyem bunun üçün neler lazimdır

  2. Salam.Men Ankara universiteti tibb fakültesine qebul olmaq isteyirem.Bunun üçün Toefl + SAT math skoru yeterlidirmi?
    Teşekkürler

    1. Bəli. Ama nəzərə alın ki tibb bir ölkədən maks 3-4 tələbə təbul edə bilir və çoxlu müraciət olur. Bəzən 1570 ilə belə kəsilənlər olur yəni sadəcə yer olmur.

  3. Salam. Mən BDU-da Dövlət və İctimai münasibətlər ixtisasında təhsil alıram. Hal hazırda 3-cü kursam. Magistr təhsilimi Ankara Universitetində tezli olaraq davam etdirmək istəyirəm. Mənə ətraflı məlumat verə bilərsiniz ?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir