ARZULAR! Onu bərk-bərk tut ki, sənin olsun!

Bu gün sizlərə Yeni İl ərəfəsində həyata keçirtdiyimiz layihə haqqında və bu layihədən sonra məndə yaranan bəzi fikirlər haqqında danışacağam.

Deməli bu layihə Celt Santa Claus adlanırdı ki, insanlara,sosial şəbəkələrdə olan istifadəçilirəmizə müraciət etdik ki, kimin nə arzusu var və yaxud istəyi var onu bir kağıza yazıb şəklini çəkib göndərsin və yaxud da məktub şəkilində adi formada yazıb göndərsin və bayram günü həmin arzular facebook səhifəmizdə paylaşılacaqdır. Bu layihəni həyata keçirtməkdə məqsədimiz o idi ki, insanlar öz arzularını paylaşmağı, bir-birlərinin arzularını arzulamağı, bayramın əsl mənası olan birləşmək, birgə sevinmək və bir-birini sevmək və bir-birini anlamağı aşılamaq idi. Düzü qeyd edim ki, bu layihəyə bu qədər marağın olacağına inanmırdıq. Lakin elan verildikdən dərhal sonra məktublar gəlməyə başladı. Etiraf edim ki, düşünürdüm ki, bura ancaq qeyri-ciddi və sadəcə əylənmək xatirinə göndərilən məktublar gələcəkdir. Lakin bunun əksi baş verdi. Gələn məktubların doğurdan da sözün əsl mənasında insanların daxilini, sidq ürəkdən yazıldığı və ən əsası arzuların insanların əsl daxili dünyasının nə qədər saf və təmiz sevgi dolu olduğunu göstərirdi.

Əslində Şaxta Baba və yaxud Santa Calus deyildim. Sadəcə olaraq layihə çərçivəsində üzərimə düşən öhdəliyi yerinə yetirməliydim. Deməli məktubları bir-bir oxuduqca gözlərim yaşarırdı desəm yanılmaram. Əslində mənim belə olmağımın səbəbi o deyildi ki, arzular qəmdən və problemdən bəhs edirdi. Yox mən əslində sevinirdim ki, saf və sözün əsl mənasında gözəl insanlar hələ də yaşayırlar və onlar cəmiyyətimizdə var. Amma etiraf edim ki, bütün arzular mənə insan kimi çox böyük təsir elədi. Analdım ki, Yeni İl bayramının personajı olan Şaxta Babanın saçı-saqqalı şaxta borana görə yox, məhz insanlardan aldığı arzu və istəklərə görə ağarıbmış.

Yadımdadır uşaq vaxtı soruşurduq ki, böyüklərdən Şaxta Babanın saçı-saqqalı niyə ağdır? Onlar bizə qardan borandan ağardığını deyirdilər. Görünür bizi böyüklər bu məsələdə də aldadıblarmış ))

Arzuların hamısı gözəl və tam səmimi idi. Çox arzulayıram ki, insanların bu arzuları və digər arzuları və eləcədə bu layihədən xəbəri olmayan və bütün dünyada yaşayan insanların hamısının arzusu çin olsun! Arzular həyata , yaşamağa, insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır.

Arzuların hər birini (yəni ictimailəşə bilənləri) facebook səhifəmizdə bayram günü yayımladıq…

Mənə bütün arzular təsir etmişdir amma ən əsas iki arzunu qeyd edim. Bir arzunu email yazmışdırlar, digər arzunu isə elə bayram günü facebook səhifəmizin inboxuna yazmışdılar.

“Qaldığım yeri qızdırmağa elektrik peçinin olmasını arzulayıram”. Bunu araşdırdım və aydın oldu ki, doğurdanda bu insanın belə bir problemi var.

Digər arzu isə ”2014 heçnə gətirməsin təki sevdiklərimi məndən almasın” Allahdan arzu edirəm ki,bu və digər bütün arzular həyata keçsin inşallah!AMİN!

Məktubların hələ də bəziləri var ki, cavab verə bilməmişəm və bu günlərdə hamısına cavab verəcəyəm…

Bütün arzularını bizə göndərən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm ki, ürəylərinin dərinliyində yerləşən təmiz və saf arzularını bizlə bölüşdülər. Ümid edin və inanın ki, hamınızın arzusu inşAllah həyata keçəcək. Sağ olun, Var olun! Amin

Sonda demək istəyirəm ki, arzularınızı bərk-bərk tutun ki, sizin olsun!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next