Avropada təhsil

Tələbələr üçün xaricdə təhsil almaq həyatlarının ən önəmli təcrübələrindən biridir.Yeni insanlarla tanış olmaq, fərqli mədəniyyətləri analiz etmə imkanı tapmaq, yeni yerlər görmək özgüvəninizin, şəxsiyyətinizin və dünyaya baxış bucağınızın inkişaf etməsinə yardımçı olacaq. Təhsilinizə fərqli bir ölkədə davam etmənin verdiyi imkanlarla birlikdə təbii ki, maliyyə baxımından da büdcəniz bu duruma hazırlıqlı olmalıdı.Xaricdə təhsil almaq bəzi tələbələr üçün həqiqətən də bahalı ola bilər. Əsasən də Amerika, İngiltərə, Kanada, Avstraliya kimi ölkələr yüksək təhsil haqqları və yaşam xərclərinin bahalılığı ilə diqqət çəkərkən, xüsusilə Avropa və Asiya ölkələrində universitetlər uyğun maliyyətləri ilə tələbələrə təhsil imkanı verir. Dünya miqyasında aşağı ödənişli təhsil verən ölkələr və universitetlərdən bəziləri bunlardır:

Almaniya

Xaricdə aşağı ödənişli təhsil almaq istəyən tələbələr üçün Avropada ən uyğun ölkələrdən biri Almaniyadır. Amerika, Çin və Yaponiyadan sonra dünyanın 4-cü böyük iqtisadiyyatına sahib ölkə, avtomatika, elektronika və kimya sənayesində ixrac bazalı iqtisadiyyatı ilə diqqət çəkir. Yüksək yaşam standartları, adam başına düşən milli gəlir, xüsusilə elm və mühəndislik sahələrində bol Nobel mükafatlı, keyfiyyətli və köklü təhsil qurumları, aralarında ilk rentgen cihazının da olduğu dünya miqyasında məşhur ixtiraları, sehirli şəhərləri, məzuniyyətdən sonra ölkədə kariyera qura biləcəyiniz tibb, mühəndislik, komputer elmləri kimi ixtisas qrupları ilə Almaniya, Amerika və İngiltərədən sonra beynəlxalq tələbələrin ən çox üstünlük verdiyi ölkədir. Ölkədə əksər dövlət universitetlərində bakalavr təhsilinin təmamən ödənişsiz ya da Avropa Birliyi üzvü olmayan ölkənin tələbələri üçün aşağı ödəniş maliyyətinin olması üstünlük verilməsinin əsas amillərindəndir. Almaniyada təhsil ala biləcəyiniz Berlin, Münich, Hamburg kimi şəhərlərdə qonaqlama və yaşam xərclərinin ölkənin digər şəhərlərinə görə daha yüksək, amma ümumilikdə isə olduqca uyğundur. Almaniyada ali təhsil mərkəzlərinə müraciət edərkən diqqət etməniz gərəkən ən önəmli nöqtə odur ki, ölkədə nə qədər İngilis dilində təhsil verən universitetlər olsa da, beynəlxalq tələbələr yetərli dərəcədə Alman dili bilgisinə sahib olmalıdır.

Təhsil haqqı: Dövlət universitetlərində ödənişsiz.

Yaşam xərci: 800€ aylıq

İtaliya

İncəsənət, tarix, moda və memarlıq mərkəzi olaraq, keçmişdən günümüzə dünya miqyasında şöhrətə sahib İtaliya, yaşamaq və səyahət etmək istəyən turistlər, tələbələr və kariyera qurmaq istəyənlər üçün təəccübləndirici cazibəyə sahibdir. Hər il artan beynəlxalq tələbə sayı və 1088-ci il tarixində qurulmuş, dünyanın ən qədim təhsil qurumu olan Bologna Universiteti ilə yüksək standartlarda təhsil verən ölkə, xüsusilə incəsənət, dizayn və tarix sahələrində bakalavr və magistr proqramları üzrə təhsil verir. İtaliyada Siena, Bologna, pisa, Padua kimi şəhərlərdə qonaqlama və yaşam xərcləri beynəlxalq tələbələr üçün daha uyğundur, nəinki Roma və Milan kimi şəhərlərdə. İtaliya günümüzdə “made in İtaly” markası ilə qida, moda, elektronika və avtomatika sektorlarında dünya miqyasında şöhrətə sahibdir. Bir çox xarici tələbə məzuniyyətdən sonra Barilla, Ferraro, Armani, Dolce&Gabbana, De`Longhi, Maserati, Ferrari kimi şirkətlərdə kariyera qurmaq üçün bu ölkədə təhsil almağı seçir.

Təhsil haqqı: Dövlət universitetlərində illik 850-1000€

Yaşam xərci: 750€ aylıq

Fransa

Dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olan Fransa; zəngin mədəni çeşidliliyi, başda Paris olmaq üzrə dünyanın ən romantik şəhərləri, moda, film, ədəbiyyat və musiqi sahələrindəki uğurları, 100%-ə çatan oxuma-yazma nisbəti və 300.000-ə çatan beynəlxalq tələbə sayı ilə keçmişdən bu günə ən məşhur təhsil mərkəzlərinin olduğu ölkədir. Ölkədəki rəsmi dil fransız dili olsa da, həm dövlət, həm də özəl universitetlər ingilis dilində bakalavr və magistr proqramlarına sahibdir. Xaricdə daha aşağı ödənişlə təhsil almaq deyəndə ilk ağıla gələn ölkələrdən biri olan Fransada təhsil ala biləcəyiniz universitetlər arasında dünya universitetləri arasında Ecole Normale Superieure Paris və Ecole Polytechnique yer alır. Fransa eyni zamanda məzun oldudan sonra kariyera imkanları ilə göz önündədi və Chanel, Michelin, Louis Vuitton, Tefal, Sanofi, AXA, Peugeot, L`Oreal kimi şirkətlərdə iş imkanları təklif edir. Eyni zamanda aşbazlıq, moda dizaynı, elm və incəsənət ixtisaslarına tələbələr tərəfindən daha çox üstünlük verilir.

Təhsil haqqı: Dövlət universitetlərində illik 200-300€

Yaşam xərci: 700-800€ aylıq.

Latvia

Latvia Avropa Birliyi ölkəsidir və Avropanın ən köklü universitetlərindən bir neçəsinə sahibdir. Ayrıca, sovet elm adamlarının və araşdırmaçıların universitetlərin müəllim heyətində olması Latvianı təhsil keyfiyyəti baxımından göz önünə almaqdadır. Bunlarla yanaşı, Latviada Riga Texnik Universiteti, Baltik Bölgəsinin ən qədim universiteti olma ünvanına sahibdir.

Latviadakı yaşam xərcləri qonaqlama, nəqliyyat, qidalanmaq və gecə həyatı olaraq dəyərləndirildiyində ümümilikdə digər ölkələrə nisbətən daha uyğundur. Hər şey daxil olmaqla bir tələbənin aylıq xərcləri 350€ təşkil edir.

Latviadakı universitet təhsilində ödənişlər ixtisas və fakültəyə əsasən fərqlənir. Təhsil haqqları 1350 €-dan başlayır. Təbii ki, tələbənin oxumaq istədiyi ixtisaslar, universitet seçimi və tələbənin büdcəsi təhsil həyatını bəlli edən əsas parametrlərdəndir. 

Estoniya

Estoniya Baltik dənizinin yanındakı gözəl şəhərləri ilə Baltik ölkələrindən biri olması və eyni zamanda Şimalı Avropanın ən yenilikçi və inkişaf etmiş ölkələrin arasındakı yerləşməsi ilə diqqət çəkməkdədir.  Estoniyadakı təhsil sistemi ingilis dilində və uyğun büdcə ilə təhsil almaq imkanına malik təhsil mərkəzləri, yaşam  xərclərinin də çox yüksək olmaması, dil bilgiləri yetərli olmadığı təqdirdə  tələbələr üçün İngilis dilində dil tədrisi və iş imkanları Estoniyada İngilis dilində bakalavr və magistr proqramlarına olan tələbi son illərdə daha da artırmışdır. Avropada təhsil deyiləndə ağla ilk gələn seçimlərdən biri olan Estoniya Avropanın ən yenilikçi ölkələrindən biri olaraq da bilinməkdədir. Şimalı Avropaya çox yaxın olan bu ölkədə aşağı büdcə ilə yüksək keyfiyyətdə təhsil almaq mümkündür. Xaricdə təhsil mövzusunda bakalavr və magistr proqramları, sertifikat və diplom proqramları baxımından olduqca avantajlıdır.

Estoniya iqtisadi baxımdan inkişaf etməkdə olan bir ölkədir. Təhsil üçün ödənişlər büdcəyə uyğundur, eyni zamanda paytaxt Tallinndə ictimai nəqliyyatın ödənişsiz olması, dünyadakı oğurluq, cinayət kimi təhlükələrin ən aşağı səviyyədə olduğu, hüquq və insan haqqları mövzusunda inkişaf etmiş  Estoniya yüksək səviyyədə  təhlükəsiz və oturuşmuş yaşama sahib ideal ölkədir.

Təhsil haqqı: Dövlət universitetlərində 2000 € -dan başlayır

Yaşam xərci: 500- 800 € aylıq

Universitetlərlə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Memar Əcəmi
Tel: (+994 12) 408 63 74
Mob: (+994 70) 222 86 84
elgunk12.sg-host.com
ajami@celt.az
Ünvan: Asif Məhərrəmov 42 küçəsi,
Bakı, Azərbaycan AZ1102

4 thoughts on “Avropada təhsil”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next