Avropanın məşhur kitabxanaları

Təhsil, universitet, araşdırma, tələbə həyatı, xaricdə oxumaq və bunun kimi mövzular haqqında bir çox bloqumuzda danışmışıq. Bugün isə bir tələbənin təhsilində ən mühüm rollardan birinə sahib olan kitabxanalar haqqında, daha dəqiq desək Avropanın ən maraqlı və tanınan bir neçə kitabxanası haqqında danışacam. Əgər Avropada təhsil alan tələbəsinizsə və ya bu cür bir arzunuz varsa bloqumuzu diqqətlə oxumağı məsləhət görərdim. Bəlkə də haqqında oxuyacağınız kitabxanaya bir gün yolunuz düşə bilər.

Kitabxanalar haqqında məlumata keçmədən öncə məşhur “ Dünya bir kitabdır, kim onu səyahət etmirsə o kitabın sadəcə bir səhifəsini oxumuş sayılır. “ yada salmaq istərdim. Mövzumuza gəldikdə isə :

  1. Ştutqart Şəhər Kitabxanası 

Kub şəkilli bu yataqxana, klinikanı xatırladan ağ dizayna malikdir. Bu 9 mərtəbəli kitabxana Almaniyanın Ştutqart şəhərinin Mailänder Platz zonasında yerləşir. Kitabxanın içərisində ayrıca, musiqi və uşaq kitabxanası, kafe , oxu zalları və ən yuxarı mərtəbəsində şəhər mənzərəli terası var. Əgər Ştutqarta yolunuz düşsə mütləq ziyarət etməyi məsləhət bilərdik.

2.  Mafra Saray Kitabxanası 

Portuqaliyada, Mafra Milli Sarayının içərisində yerləşən bu kitabxana sarayın ən geniş və prestijli hissəsi sayılır. Kitabxanada 1493-cü ilə aid olan “the Nuremberg Chronicle” , 1595-ci ildə Ortelius tərəfindən yazılan “the Theatrvm Orbis Terrarvm” , və ilk ensiklopediyalardan sayılan “Diderot et d’Alembert” kimi əsərlər tapmaq mümkündür. Kitabxana həftənin 4 günü 09:00 dan 13:00 a qədər, 14:00 dan 16:00 a qədər fəaliyyət göstərir.

3. Trinity Kollec Kitabxanası 

Həm Trinity Kollecin həm də Dublin universitetinin kitabxanası sayılan bu yer İrlandiyadanın da ən böyük kitabxanasıdır. 65 metr uzunluğu olan bu kitabxana 200,000 kitaba ev sahibliyi edir. Məşhur 9 cu əsrə aid “Book of Kells” kitabını bu kitabxanada tapa bilərsiniz. Maraqlısı isə budur ki, bu kitabxananın Bütün Böyük Britaniyada yeganə kitabxanadır ki, İrlandiyada çap olunan bütün materialları əldə etmək və saxlamaq hüququ vardır.

4. Melk Monastery 

Melk Abbey Avropanın ən böyük və gözəl Barok abidələrindən biri hesab edilir. Görkəmli arxitekturası çox məşhur olan bu kitabxana UNESCO un dünya mədəni mirasları siyahısına da düşmüşdür. Danube adlı qayanın üzərində yerləşən bu barok binası Avstriyanın ən çox ziyarət edilən mədəni-tarixi məkanlarındandır. 1089-cu ildən bəri Melk kahinləri bu binada sitayiş edir və burada yaşayırlar. Təəssüf ki, kitabxananı yalnız turlar vasitəsilə ziyarət edə bilərsiniz.

5. Eskorial Kitabxanası 

İspaniyanın Madrid şəhərində yerləşən bu kitabxana 50 metr uzunluğunda, 9 metr isə enliyində böyük bir zala sahibdir. Kitabxana Kral 2-ci Filipin şəxsən bağışladığı əsərlərə də ev sahibliyi edir. Rönesans dövrünun ən görkəmli əsərlərindən sayılan bu kitabxana yanğın kimi bir neçə xoşagəlməz qəzayla üz-üzə qalmasına rəğmən, hələ də Avropanın ən çox ziyarət edilən tarixi yerlərindən biri sayılır

6. Malmö Şəhər Kitabxanası 

İsveçin məşhur Malmö şəhərində yerləşən bu kitabxana 60 dan çox dildə yazılmış fərqli kitablara ev sahibliyi etməklə, hər il 1 milyondan çox oxuyucu qəbul edir. Kitabxana dəfələrlə İsveçin ən yaxşı kitabxanası, Şimali Avropanın ən çox ziyarət edilən kitabxanası mükafatını almışdır. 1901-ci ildə tikilən bu yataqxana tələbələr üçün ən əlverişli məkanlardan biri hesab edilə bilər.

 

 

Baba Karimli

Student Recruitment Coordinator 

m. +994 50 787 57 66

t.   +994 12 408 43 20

e.  baba.karimli@celt.az

w.  elgunk12.sg-host.com

s.  Tabriz str. 100a

p.  Az1033, Baku

1 thought on “Avropanın məşhur kitabxanaları”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next