Bildiyimiz kimi ingilis dili dünyada  təsirini getdikcə artırır. Bu təsir gücü bizlərə stimul verir ki, bu haqda çoxlu yazılar yazaq. Əslində ingilis dilinnin öyrənilməsi və s. Məsələlərlə bağlı dəfələrlə yazılar yazmışam. Amma bu yazıda istədik ki, kiçik yaşlı uşaqların ingilis dili öyrənilməsi ilə bağlı mövzuya toxunaq. Mövzuya toxunmamızın səbəbi həm orta məktəblərimizdə, həm də digər özəl məktəblərdə  keçirilən ingilis dilinin nə dərəcədə keyfiyyətli olduğunu şərh etməkdir. Mövzu geniş bir mövzudur,amma biz bu yazıda təbii ki, bunun bir hissəsini aydınlaşdırmağa çalışacayıq.

İllər öncə Azərbaycanda ingilis dili beşinci sinifdən olaraq keçirildi. Yəni beşinci sinifdə on birinci sinfə tədris olunurdu. Amma illər ötdükcə Azərbaycanda da ingilis dili birinci sinifdən tədris olunmağa başladı. İngilis dilinin birinci sinifdən tədris olunması dünya ölkələrində geniş yayılıb. Avropa ölkələrində nəinki ibtidai siniflərdə, hətta uşaq bağçaya gedərkən belə ingilis dili dərslər tədris olunur. Azərbaycanda hələ ki, bağçalarda tədris olunmasa da ibtidai siniflərdə tədris olunmağa başlayıb.Artıq bu neçə ildir ki, davam edir. İngilis dilinin Azərbaycanda belə tez bir zamanda  yayılmasının bir sıra səbəbləri vardır.Zənnimcə,bunun ilkin səbəblərindən biri Azərbaycanın Avropaya güclü inteqrasiyasıdır. İnteqrasiya zamanı Azərbaycanla Avropa ölkələri arasında sıx əlaqələr quruldu və gənclərin avropa ölkələrində təhsil almağı üçün şərait yaradıldı. Bütün bunlar Azərbaycanda ingilis dilinə olan ehtiyac  daha da çoxaldı. Və bu da ingilis dilinin tədrisinin orta məktəblərdə daha səlist şəkildə öyrədilməsinə ehtiyacı yaratdı.

İbtidai siniflərdə ingilis dilinin tədris olunması çox müsbət hal kimi qiymətləndirmək olar. Amma təbii ki, aşağı sinif şagirdlərinə bu dili keçərkən onların psixologiyasına uyğun keçmək əsas faktorlardan biridir. Çünki Azərbaycan mühitində böyüyən şagirdə Azərbaycan dilin öyrətmək çətin olur,nəinki ingilis dili öyrətmək asan olsun. Düzdür dünyada bu metoddan istifadə edirlər. Amma o ölkələrdəki bu metoddan istifadə olunur ki, həmin ölkələr ingilisdilli ölkələrdir. Uşaqlar ingilis mühitində böyüyürlər. Və yaxud da bəzi ölkələr var ki, onlar ingilisdilli ölkə deyil və orada ibtidai sinifdən ingilis dili tədris olunur. Bu da ondan irəli gəlir ki, həmin ölkələrdə uşaq məktəbə getməmişdən əvvəl ingilis dili vərdişləri öyrədilir. Artıq məktəbdə dili öyrənməyə başlayarkən bir o qədər çətinlik çəkmirlər. Amma artıq Azərbaycan bu kimi işlərə diqqət ayrılır və gələcəkdə bu işlərin həyata keçirilməsi yəqin ki, baş tutar.

Bu baxımdan Azərbaycanda yeni metod olan ibtidai siniflərdə ingilis dili dərslərinin tədrisi müsbət cəhətləri ilə yanaşı, bir sıra çətinliklər də yaradır. Tədris vəsaitlərinin uşaqların bilik səviyyələrinə kifayət qədər uyğun deyil. Çünki birinci sinif şagirdi üçün həmin vəsaitlər  çətindir. Və digər tərəfdən yeni metodu tədris etmək üçün təcrübəli müəllimlərin kifayət qədər olmaması bu işdə bəzi problemlərin yaranmasına gətirib çıxarır. Bütün bunlar “Kurikulum təhsil konsepsiyası” çərçivəsində həyata keçirilir. Kurikulum ölkədə yeni olduğuna görə hələ bu sahədə bir sıra porblemlər olduğu nəzərə çarpır.

Ümumiyyətlə, kiçik yaşlı uşaqların öyrənmə tərzi bir qədər çətindir. Beləliklə, bu siniflərdə dərs tədris edən müəllimlərin (müəllimələrin) üzərinə böyük məsuliyyət düşür. İlk öncə müəllim uşaq psixologiyasını yaxşı bilməli və uşaqlarla davranışlarına xüsusilə diqqət yetirməlidir. Dərsliklərdə olan çətin anlaşılan çalışmaları uyğun metodla izah etməlidir. Bu şagirdin dərsi yaxşı mənimsəməsində mühüm rol oynayır.  Burda müəllimlə yanaşı, şagirdlər də öz məsuliyyətlərini dərk etməli və dərslərdə fəal iştirak etməlidirlər.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda bağça şəraitində ingilis dili tədrisi azdır. Bu kimi fəaliyyəti Azərbaycanda təhsil sahəsində neçə illərdir ki, hərtərəfli fəaliyyət göstərən CELT Colleges sizlərin xidmətindədir. Beləliklə, CELT Colleges  uşaqların təhsildə olan ehtiyacını nəzərə alaraq onlar üçün xüsusi bir filial açmışdır. CELT Kids adlanan  filialda kiçik yaşlardan ingilis dili dərslərinin tədrisi, rəqs və digər xidmətlərdən faydalana bilərsiniz.

CELT KIDS

Təbriz pros. 100 A

Nərimanov metrosunun yanında

Tel: 012 566 4823

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla