Bakalavr və Magistr dərəcələrində uyğunluq vacibdirmi?

Əgər bakalavr dərəcəsini bitirdikdən sonra karyera dəyişikliyi etmək istəsəniz, narahatçılığa heç bir səbəb yoxdur. Bir çox universitet yüksək standartlarda olan qəbul şərtlərini saxlayaraq, bunu asan bir proses halına gətirib.

Universitetlərin qəbul şərtlərini öyrənin

İlk mərhələ müraciət edəcəyiniz universitetləri dəqiqləşdirmək, daha sonra isə ya həmin universitetlərin internet saytından ya da xaricdə təhsil mütəxəssisinizdən universitetin qəbul şərtləri haqqında məlumat almaqdır.

Magistr təhsili almaq üçün minimal tələblər

Unutmayın ki universitetlərin tələbləri fərqli ola bilər. Oxuduğunuz sahədən asılı olmayaraq GRE və GMAT kimi imtahanlardan keçmək və ya müvafiq sahədə iş təcrübəsi qazanmaq müraciət etdiyiniz universitet üçün bakalavr dərəcəsini nəzərə almadan magistr pilləsinə qəbul almağınıza kömək edə bilər. Lakin yadda saxlamaq lazımdır ki bu hər bir universitetə şamil edilən bir qəbul forması deyil.

Standartlaşdırılmış testlər

Graduate Record Examination (GRE) adlı testlə demək olar ki bir çox ixtisasa qəbul almaq şanslarınız yüksəlir. Bu ümumi bilik testi sizin riyaziyyat və ingilis dilində qavrama bacarıqlarınızı və ümumi analiz etmə qabiliyyətinizi yoxlayır. Bəzi ixtisaslar və universitetlər isə daha spesifik imtahanlar tələb edirlər. Məsələn, Biznes universitetləri və MBA proqramları GMAT (Graduate Management Admission Test), Tibb universitetləri MCAT (Medical College Admission Test), və Hüquq universitetləri LSAT (Law School Admission Test) kimi imtahanlar olduğu halda bir başa qəbul imkanı verirlər.

İş təcrübəsi

Akademik imtahanlardan başqa hansı üstünlüklər var deyirsinizsə, iş təcrübəsini unutmamalısınız. Əgər təhsil alacağınız sahəyə uyğun ən az 2 illik iş təcrübəniz varsa və bunu təsdiq edəcək sənədləri universitetə göndərsəniz, sizdən bir başa eyni sahədə bakalavr dərəcəsi tələb olunmaya bilər.

Digər üstünlüklər

İş təcrübəsi və akademik imtahanlardan başqa nə kimi üstünlüklərimiz ola bilər sualına isə cavab sadədir. Əgər universitetə sizin haqlı səbəblərə və güclü motivasiyaya görə ixtisas dəyişmək istədiyinizi təsdiq edə bilsəniz, bunu anlayışla qarşılaya bilərlər. Bunun isə yolu sadədir. Recommendation Letter və Motivation Letter dediyimiz akademik yazıları universitetə təqdim etməlisiniz.

Yekun olaraq qeyd etmək istəyirəm ki, ilk öncə universitet və ixtisas seçimi edib daha sonra bu faktorlar barədə düşünmək lazımdır.

Əlaqə 

CELT Colleges Nizami (Məhəmməd Naxçıvani 10)

Tel: 012 436 86 87

mob: 050 787 57 66

email: baba.karimli@celt.az

100 Comments

  1. Bakı Dövlət Universitetinin kimya(tədris ingilis dilində) ixtisasını(bakalavr) bitirdikdən sonra tibbə yaxın və yaxud başqa hansı magistr ixtisaslarını oxumaq olar?

  2. Salam, mən Texniki Universitetdə biotibbi ixtisasın 4-cü kurs tələbəsiyəm, bu ixtisas üzrə təhsilimi maqistraturada davam etmək istəyirəm, bu harda mümkündür

  3. Salam men bakalavrı sosiologiya ixtisasi uzre bitirmisem. İnsan kaynakları ve ya sosial psixologiya master oxuya bilerem Turkiyede? Umumiyetle hansi ixtisaslara vere bilerem? Birde inglisce tehsil ucun yds verilmelidi? (toefl yoxdu mende)Cvblandirsaz çox sevinerem)

  4. Salam men Tercume(ingilis dili) ixtisasi uzre oxumuşam bakalaviri,.Magistr ucun hansi ixtisaslari seçe bilerem,birdeki imtahan ucun elave xarici dil laximdir mene?yoxsa ele ingilis dili?

  5. Salam mən bakalavrı Tspx oxuyub magistrda hansı ixtisasları seçə bilərəm.Kliniki psixologiyanı seçməyim mümkündürmü? Birdə bu ixtasısın xarici universitetlərdə olub olmadığını necə öyrənə bilərəm? Zəhmət olmasa cavablayardız .

    • Salam. Hüqüq yox başqaları olar ama bu dediklərim xaric üçün keçərlidir. Az üçüm DİMə müracitə edin.

  6. Salam.Mən atıq bir dəfə sizə sual unvanlamışdım.Nə sualımı nə də cavabı tapa bilmirəm.ADU-nun BM və Fransaşünaslıq ixtisasını bitirmişəm.Magistraturanı Dil ədəbiyyat müəllimliyi oxuya bilərəmmi?Ümumiyyətlə hansı ixtisası oxuya bilərəm?

    • Biz bütün suallar cavab veririk. Ama bəzən dəqiq cavab üçün ofisə gəlmək lazım olur. Bəli fransız dili və ədəbiəyyatı oxuya bilərsiniz. Ümid edirəm xarici ölkəni nəzərdə tutursunuz. Azərbaycan üçün DIM mərkəzi var. Ora zəng edin. Biz Azərbaycan haqqında heçnə deyə bilmərik nə də səlahiyyətmiz var. Siz hümanitar oxuyursunuz prinsipcə ölkələrin əksəriyyətində hümanitar sahədə oxuya bilərsiniz

  7. Salam.MenFizika muellimeliyi uzre bakalvr tehsili aliram.Magistri ise Muhasibat ucotu uzre oxumaq isteyirem.Xaricde MBA proqrami uzre odenissiz tehsil ala bilerem?Mumkundurse eger hansi olkelerde ?

  8. Men ADPU-nin Mektebe qeder telim və tərbiyə fakultesini bitirmisem. Magistraturada hansı ixtisası seçmək mümkündür?

  9. Salam. Men riyaziyyat ve informatika muellimliyi bakalavr bitirmisem. Magistr psixologiya isteyirem.SDU saytinda “Ali mekteb psixologiyasi” ixtisasinin qarsisinda butun ixtisaslar yazilib.Sadece deqiq bilmek isteyirdim men psixologiya ixtisasi,SDU-daki ixtisasi sece bilerem magistr?

  10. Salam. Men Diller universiteti ingilis dili muellimlik uzre bakalavr oxuyuram. Xaricde magistr pillesi uzre hansi ferqli ixtisaslarda tehsil ala bilerem? Ve MBA uzre teqaudlu tehsil mumkundur?
    Indiden tewekkur)

  11. Salam. Mən ADNSU- nun “Energetika” fakültəsini elektromexanika ixtisası üzrə bakalavr pilləsini oxumuşam. İnformasiya təhlükəsizliyi və ya texnologiyaları üzrə magistr pilləsində təhsil ala bilərəm?

    • Salam. Bəli oxuya bilərsiniz ama hər üniversitet buna icazə vermir. Bakıdakı uniləri nəzərdə tutursunuzsa bununla bağlı DİM danışmaq lazımdır

    • Salam. Bir az çətin. Ama beynəlxalaq biznes olar. Maliyyə üçün bakalvr şərtdir.

  12. Salam,mən hal-hazırda kimya-biologiya müəllimliyi ixtisasını oxuyuram.Magistri xaricdə tibb üzrə verə bilərəm?

  13. Salam, men Admiu( İncesenet universitetinde) oxuyuram, Aktyorluq fakültesi üzre. Magistra Norveç , Kanada, ve sayre ölkelere getmeyim mümkündür mü? teklif ve ya irad bildirseniz yaxşı olar.Çox saolun

  14. salam men api-nin ibtidai sinif muellimliyi fakultesini bitirmisem BDU-nun fililogiya uzre magistirini sece bileremmi? eger mumkundurse bunun ucun ne etmeliyem?

  15. Salam mən bakalavrı ingiliscə maliyyə oxuyuram, magistr üçün xaricdə human resources management və ya marketing oxuya bilərəm?

  16. Salam.men tehsilde sosial-psixoloji xidmet ixtisasini bitirmisem(3qrup).Magistr tehsilinde hansi ixtisaslari sece bilerem?birde Klinik(tibbi)psixologiya ixtisasina vere bileremmi?

  17. Salam.Mənim bakalavr ixtisasım Azərbaycan dili və ədəbiyyat müəllimliyidi.Magistr isə Türkiyədə fəlsəfə üzrə oxuyuram.Axərbaycan Təhsil Nazirliyi fərqli ixtsaslardan olan diplomları tanıyır mı bilmək istəyirəm?

  18. Salam ingilis dili tercume ve koreya dili tercume ixtisasini bititririk bu il DillerUniversitetinde. Magistri Türkiyede tərcümədən basqa hansi ixtisaslar üzrə götürə bilərik:?

  19. Salam. Mən BDU Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakultəsinin Beynəlxalq Münasibətlər ixtisasında oxuyuram. İxtisasımı iqtisadiyyat üzrə dəyişdirə bilərəm ?

  20. Salam. Men turizm institutunun turizm ve sosial medeni servis fakultesini bitirmisem. Men magistraturada inglus dili muellimliyi oxuya bilerem?

  21. Salam, mən bakalavrda sənayenin təşkili və idarə olunmasını oxuyuram. Magistrı xaricdə texnologiya, kompüter üzrə oxuya bilərəm?

  22. Salam, men Azerbaycan Diller Universitetinde ingilis dili muellimliyini oxuyuram 3 kurs, magistri basqa ixtisas uzre oxumaq isteyirem. Hansi ixtisaslari sece bilerem?
    Birde ikinci tehsil almaq istesem hansi imtahanlari vermeliyem?

  23. Salam, mən bakalavrı menecment üzrə oxuyuram. Magistrı kompüter mühəndisliyi və ya proqramlaşdırma üzrə oxuya bilərəm?

  24. Salam, men Azerbaycan Diller Universitetinin ingilis dili fakultesini bitirmisem, ,magistraturani huquq veya iqdisadiyyat uzre devam ede bilerem?

  25. Salam.İdman Universitetini idman ixtisadi üzrə bitiren şəxs magistr üzre hansı başqa ixtisas üzrə deyişə bilər

  26. Salam. Magistrda masin muhendisliyinden neft uzre geologiya ya da netf qazma muhendisliyine vermek olarmi. Men Turkiyede magistr tehsili ucun sorusuram.

  27. Salam men ekologiya ixtisasini bitirmisem hansi ixtisaslara vere bilerem?
    Ps: İqtisadiyyat və idarəetmə ixtisasları qrupuna vere bilerem?
    Evvelceden tesekkurler

  28. Salam.Kimya fakultesinin neft kimya ixtisasi uzre magistr tehsilini en yaxshi hansi olkenin hansi universitetidi?Dovlet universiteti olsun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla