Bir az da tənqid

Bu günlərdə,yəni 23 may tarixində “Müsavat” qəzetində dil kursları haqqında bir məqalə çap olunub. Məqalədə bir neçə dil kursu haqqında fikir söylənilib. O cümlədən “CELT Colleges” tədris mərkəzi haqqında. Bu yazıda “Müsavat” qəzetində yazılan məqaləyə qısaca tənqidi  fikrimi bildərəcəm.

Məqalədə belə bir cümlə var:  “Celt” kursunda bir saatı qrup şəklində 100, fərdi şəkildə 200 manatdan başlayır”.  Elə bu cümlədə  bir neçə səhvə yol verib.

İlk öncə “Celt” yazılmır, “CELT” kimi yazılır  və açıqlaması var( Centre for English Language Teaching). İkincisi də budur ki, dərslər bir saat deyil,  iki saat yarım olur. Məlumat üçün deyim ki, ingilis dili dərsləri  həftədə 3 dəfə olmaqla 2.5 saat təşkil edir.Bu ümumi ingilis dili kurslarıdı. Bundan başqa  sürətli və və fasiləsiz ingilis dili kursları da vardır.Əgər şahidi olmaq istəyirsinizsə, buyurun gəlin, məlumat əldə edin. Və yaxud da orada təhsil alan tələbələrdən soruşa bilərsiniz. Onlar bunu təsdiq edə bilərlər.

Məqalənin başqa bir hissəsində  qeyd edilir ki, bu kursda əcnəbi müəllim adı ilə yerli müəllimlər dərs deyir. Onu qeyd edim ki, əcnəbi müəllimi nə olursa olsun adicə aksentindən hiss etmək mükündür ki, bu əcnəbidir yoxsa yerli müəllim. Bundan başqa heç bir əcnəbi müəllimlə yerli müəllimi qarışdırmaq olmaz məncə. “CELT Colleges” tədris mərkəzində fəaliyyət göstərən əksər müəllimlər TEFL/TESOL sertifikatı alan müəllimlərdir. Baş ofisdə dərs deyən müəllimlər hamısı bu sertifikatə əldə ediblər.Filiallarda dərs deyənlərin isə əksəriyyəti bu sertifikatə əldə edib. Bu sertifikat bütün dünyada tanınr. Yerli müəllimlərlə bərabər əcnəbi müəllimlər də dərslər tədris edir. Hal-hazırda ABŞ-dan, Avstraliyadan olan müəllimlərimiz var. Əgər tələbə bu şəxslərin yerli olduğunu güman edirsə, şəxsiyyət vəsiqəsinə baxa bilər və yaxud da bu şəxslər ilk görünüşdən  əcnəbi olduğu hiss olunur. Əgər bunun da şahidi olmaq istəyən varsa, bu ünvana –  CELT İçəri şəhər (Baş Ofis),Məmməd Əfəndiyev küç. 6, İçəri şəhər metrosu ( Axundov Bağı)gələ bilər

Məqalədə yazılan başqa bir cümləyə nəzər yetirək: “Bu kursa müntəzəm gələnlər ayda 1000-1500 manat ödəməli olur. Kurslar arasında qiyməti 200-2000 manat olanlar da var”.

Ey “hörmətli Müsavat qəzetinin müxbiri” Siz Azərbaycanın heç bir dil kursunda  1000-1500 manatlıq dil kursu tapa bilməzsiniz. Bu çox gülməli görsənir. Bu qiymətə insanlar universitet oxuyur, dil kursu deyil. Mən bilmirəm müxbir bu məlumatları haradan toplayıb, yəqin başqa ölkə ilə buranı səhv salıb. Hətta bir qədər də irəliyə gedərək yazılıb ki, “200-2000 manat arasında qiymətlər dəyişir”. Bu çox absurd görünür. Azərbaycanda heç kim 2000 manat dil kursuna pul verməz.  Bu məlumatı adi bir şəxs oxusa belə inandırıcı gəlməz.

Sonda “CELT Colleges” tədris mərkəzi olaraq bildirirk ki, bu məqalədə yazılanlar tamamilə yanlışdır. Bu kimi “məlumatlar”I insanlara səhv çatdırmaqla insanlara başqa yönə çəkmiş olurlar. Bu kimi hallar Azərbaycan mətbuatının, o cümlədən “Müsavat” qəzetinin imicinə zərbə vurur. Əgər hər hansısa məlumatı çap edirsinizsə, düzgün şəkildə qeyd edin. Absurd şəkildə deyil. Bu ilk öncə oxucuya hörmətsizlikdi.

CELT İçəri şəhəri (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

6 thoughts on “Bir az da tənqid”

  1. Cunki BAkida Seviyyeli Kurslardan Biridir,Ona Gore Bilmirler Ne Bohtan Atsinlar,,Dayda Sax olsun Pulsuz reklam Edib CELTi)) Ama CELTin reklama Ehtiyaci Yoxdu,Cunki Weherin En Full Noqtelerinde BAwini Qaldirsan CELT Kursu gore bilersen,,Ona Gore Her Hansi Bir Seviyesizin YAzisina Fikir Vermek Olmaz,,CELTE GElersen,Develop Edersen )))

  2. Salam.Tənqid müsbət haldır amma əsaslı tənqid. Mən sizdə hazırlaşmamışam amma məqalələrinizdən və gördüyünüz işlərdən yaxşı reytinqə malik olduğunuz bilirəm.

  3. mən özüm bu kursda hazırlaşmışam və mənə TEFL sertifikatı olan Amerkanlı müəllim İELTS proqramından dərs keçıb.Özü CELT kursundan əvvəl Koreada, ispanıyada və digər ölkələrdə dil kurslarında işləmişdir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next