Biznes İdarəçiliyi Magistraturası (MBA) və Biznes sahəsində Magistratura elmi dərəcəsinin (MSc in Business) fərqləri nələrdir?

MBA və MSc hər ikisi öz sahələrində yüksək səviyyəli bilik nümayiş etdirərək tələbələrə “Magistr” adı qazanmaq imtiyazı verir. Lakin adına baxmayaraq burada idarəetmə, yaxud da elmi dərəcə üzrə ixtisaslaşmaq tələb olunmur. Baxmayaraq ki hər iki titul magistratura pilləsidir burada tələbləri ödəmək, hədəf və şəxsi inkişaf fərqləri var. Əgər siz magistratura dərəcənizi biznes istiqamətində almaq istəyirsinizsə bu fərqləri ayırd etmək sizə özünüzə ən uyğun proqramı seçməyə kömək edəcək.

MBA

MBA icraçı və idarəçi tələbələr üçün icraedici səviyyədə təşkil edilən biznes kursudur. MBA dərəcələri liderlik bacarıqlarını inkişaf etdirmək və professionalların formal şəkildə öz biznes ixtisaslarını aydınlaşdırmaları üçün təşkil edilib. Hal hazırda MBA dünyada ən məşhur dərəcə proqramıdır.

Əksər hallarda MBAlar bütün dünyada tanınması və dünya akademik mühitində brendə çevrilməsi ilə digər biznes sahələrindən daha üstün sayılır. MBAnın xüsusiyyətləri işəgötürənlər tərəfindən də rəğbət görür və Magistratura İdarəçiliyi Qəbul Konsulluğunun apardığı araşdırmalara  görə, beynəlxalq aləmdə işəgötürənlərin 76 faizi MBA məzunlarını işə götürməyə meyilli olduqlarını deyiblər.

MBA təhsili almaq üçün ilkin şərt kimi müraciət edənlərin strateji baxımdan ən azı 3 illik iş təcrübələrinin olması götürülür. Bu şərt daxilində müxtəlif sənaye müəssisələrində iş təcrübəsi qazanan tələbələr öz təcrübələrini kurs mühitinə gətirməklə daha zəngin öyrənmə mühiti yaradırlar. Tələbələr üçün MBA proqramının tələbləri əsasında strateji fikirləşmə və işlədikləri yeri əyani şəkildə qiymətləndirmə bacarığı da vacib sayılır.

MBA təhsilini bir neçə müxtəlif formada almaq olar. Bəzi tələbələr işləməyə davam etmək üçün yarım gün oxumağı seçirlər. Məşğul olan professionallar üçün isə onlayn tədris sistemi seçimlər arasında ən məşhurudur. Sinif mühitində texnoloji təchizatın arzuolunan səviyyədə olması dünya çapında daha çox kütləyə müraciəti təmin edir. MBA proqramları modern biznes strukturunu inkişaf etdirməyə istiqamətlənib və bir çox kurslar beynəlxalq biznes və qlobal idarəçilik üzərində cəmlənib. Ənənəvi MBAnın geniş yayılmış biznes disiplini təklif etməsi ilə yanaşı, bəzi sahələrdə ixtisaslaşmış MBAlar da var. Misalçün marketinq, menecment, maliyyə yaxud da, insan resursları sahəsində peşəkarlaşmış MBAlar mövcuddur ki, bu da tələbələrə öz seçdikləri sahədə daha peşəkarlaşmağa kömək edir.

Master of Science in Business

MSc biznes ixtisası kariyerasına yenicə başlamış və ya iş dünyasına qoşulmazdan əvvəl yüksək səviyyəli təhsil almaq istəyən tələbələr üçün təşkil edilib.

MSc bakalavrda əldə edilmiş biliklər üzərində formalaşır. Burada modullar peşə üzərində MBAya nisbətən daha az cəmlənib və tələbələrdən iş təcrübəsi tələb olunmur. MSc idarəçiliyin daha çox nəzəriyyə hissəsinə fokuslanır və biznes nəzəriyyəsini müəyyən kontekstlərdə öyrətməyə çalışır.

MSc də həmçinin tələbələrə müəyyən spesifik sahədə ixtisaslaşmağa icazə verir. Bu ixtisasın sillabusunda analitik və texniki qabiliyyətlərin inkişaf etdirilməsinə liderlik və menecerlikdən daha çox yer ayrılır. Normalda MSc bir il müddətində davam edir, amma burada da distant və yarım gün seçimləri mövcuddur.

Hansı dərəcəni seçməli olduğunuz isə tamamilə sizin şərtlərinizdən asılıdır. Əgər sizin biznes sahəsində təcrübəniz varsa, bu halda MBA sizin biliklərinizi daha da gücləndirəcək və kariyera nərdivanında pillələri qalxmaqda sizə yardımçı olacaq. Yox, siz yenicə başlayırsınızsa, ya da qeyri-biznes sektorunda işləyirsinizsə onda MSc sizin biznes bacarıqlarınızı inkişaf etdirməyə və sizin üçün yeni qapılar açmağa qabildir.

CELT Narimanov

(012) 566 48 23

(050) 210 91 54

xanim@celt.az

2 thoughts on “Biznes İdarəçiliyi Magistraturası (MBA) və Biznes sahəsində Magistratura elmi dərəcəsinin (MSc in Business) fərqləri nələrdir?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir