Qlobal dünyada, demək olar ki, bütün sahələrdə biznesin izlərini görmək mümkündür. Təbii olaraq bu sahə üzrə ali təhsil almaq istəyən tələbələr də çoxdur. Aşağıda sizə biznes və əlaqəli ixtisaslarda dünyanın dörd bir yanındaki əsas təhsil müəssisələrinin siyahısını təqdim edirik.
Amerika və Kanadadaki top biznes universitetləri
Ümumilikdə 500 lider biznes universitetindən 102-si Amerikada yerləşir. Bunlar sırasına California, Berkeley, Northwestern, Chicago, Columbia universitetləri aiddir.
Kanadada– Toronto, British Columbia, McGill universitetləri biznes sahəsində fərqlənirlər.
Avropadaki top biznes universitetləri
Biznes məktəbləri mövzusunda Avropanı ən yaxşı İspaniya və Almaniya təmsil edir. İspaniyanın top 50-yə düşən iki biznes universiteti var- Ramon Llull və University of Navarra. Almaniyada Manheim və Technical University of Munich universitetləri bu sahələrdə fərqlənirlər.
Fransada ilk 50-liyə HEC Paris School of Management, ESSEC Business School düşür. Bunlardan əlavə isə dünya üzrə ikinci pillədə olan INSEAD universiteti də məhz Fransadadır.
İtaliyada ilk 10-luğa düşmüş Bocconi universiteti ilə yanaşı Politecnico di Milano universitetinin də adını biznes sahəsində sadalaya bilərik.
Hollandiyanın 11 biznes universitetinin adı ən yaxşı biznes universitetləri sırasında sadalanır. Bunlar sırasına Erasmus Rotterdam, Tilburg universitetləri aiddir.
İrlandiyadan University College Dublin (UCD), İsveçrədən University of St. Gallen (HSG), Rusiyadan isə National Research University Higher School of Economics (HSE University) universitetləri dünya reytinq siyahısında yer alıblar.
KU Leuven və Stocholm School of Economics universitetləri isə Belçika və İsveçi təmsil edir.
Danimarka təmsilçisi Copenhagen Business School 15-ci yerdə, WU (Vienna University of Economics and Business) isə 38-ci yerdə qərarlaşıblar.
Finlandiyada– Aalto, Norveçdə– BI Norwegian Business School, Litvadan isə Vilnius Gediminas Technical University sıralamada yer alıb.
Asiyadaki top biznes universitetləri
Çində– Peking (32-ci yer), Tsinghua (39-cu yer), Shangai Jiao Tong (45-ci yer) və Fudan universitetləri, Hindistanda– İndian İnstitute of Management – Bangalore/ Ahmedabad universitetləri, Yaponiyada– Tokyo universiteti, Cənubi Koreyada– Seoul National University və Korea universiteti, eyni zamanda National Taiwan University, Malaziyada– Universiti Malaya və Hong Kong University of Science and Technology, Singapurda– National University of Singapore siyahıda 13-cü
Avstraliya və Yeni Zellandiyanın biznes universitetləri
Avstraliyada– University of Melbourne, University of New South Wales, Monash university, University of Sydney universitetləri ilk 50-likdə, Yeni Zellandiyada– University of Auckland isə ilk 100-lükdə qərarlaşıb.
Latın Amerikadaki top biznes universitetləri
Kolumbiyada– Universidad de los Andes, Çilidə– Pontificia Universidad Catolica de Chile universiteti, Meksikada– İnstituto Technologico y de Estudios Superiores de Monterrey universiteti ilk 100-lükdədir.
Afrikada və Mərkəzi Şərqdəki top biznes universitetləri
Türkiyədə– Koç universitesi və Bilkent universitesi, Cənubi Afrikada– University of Cape Town, Birləşmiş Ərəb Əmirliyində isə- Amerikan University of Sharjah biznes sahəsinin liderlərindəndir.
Xanım Xəlilova
CELT Xətai
012 496 45 76
050 588 15 18