2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu kimi proseslərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya deklarasiyasını imzalamqla respublikanın ali təhsil müəssisələrinin Avropa  təhsil sisteminə inteqrasiyası yolunda mühüm addim atmişdir. Bu yazıda Bolonya təhsil sisteminin Azərbaycan təhsilinə müsbət və mənfi cəhətlərindən danışacayıq.

Bolonya sistemi haqqında

Dünyanın istifadə etdiyi təhsil sistemlərindən biri də  Bolonya təhsil sistemidir. Bu təhsil sisteminin tarixi o qədər qədim deyil. Prosesin rəsmi başlanğıcı 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında “Avropa Ali təhsil məkanı” bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar avropanın bir neçə şəhərində bu mövzuda diskusiyalar keçirilmişdir.

Hazırda Bolonya sistemi 46 ölkəni özündə birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bu sistemin əsas məqsədi  Avropa ali təhsil məkanı yaratmaq, eləcə də o sistemi dünya miqyasında fəallaşdırmaq. Bolonya prosesi kompleks əlaqəli məsələri əhatə edir,hansı ki,bu məsələlər Avropa ölkələrində biliyin keyfiyyətinin qiymətləndirilməsinin üsullarına və təhsil sisteminin yaxşılaşmasına yönəilmişdir.Bolonya prosesində ali təhsilin üç pilləsi həyata keçirilir:

  1. Bakalavr dərəcəsi
  2. Magistr dərəcəsi
  3. Doktorantura dərəcəsi

Bolonya sistemi və Azərbaycan təhsili

Azərbaycan da bu prosesə qoşulmaq üçün 2004-cü ildən ilk addımlarını atmağa başlamışdır.2005-ci il may ayıının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Bolonya prosesinin həqiqi üzvü seçilmişdir.Azərbaycanın bu prosesə qoşulmaqda əsas məqsədi Avropa təhsil məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçməsini,müasir attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin olunmasıdır.

Azərbaycan təhsil sistemində Bolonya sisteminin tətbiqi vaxtından tez atılmış addımdır,çünki baza rolunu oynayacaq müasir tələblərə cavab verən kadrlar,kompyuterləşmə sistemi, o cümlədən sərbəst bazar olmalıdır. Biz də hələ Bolonya sisteminin mahiyyəti yaxşı anlaşılmayıb.

Bəs görəsən Bolonya sistemi Azərbaycan təhsilinə nə verdi? Bu sualın cavabın tapmaq bir qədər çətindi. Düzdü müəyyən rolu oldu Azərbaycan təhsilində. Amma  nədənsə hələ də bəzi universitetlərimizdə “zaçot” deyilən bir imtahan qalmaqdadı,hətta həmin universitetdə artıq boloniya tətbiq olunub. Məgər boloniyada “zaçot” var?

Alı təhsil ocaqlarında Bolonya sistemi tətbiq edilsə də praktik cəhətdən bu tətbiq olunmur. Sadəcə adı var ki, bizim dərslər Bolonya təhsil sisteminə uyğun keçirilir. Digər tərəfdən Azərbaycan da hələ bir çox müəllim var ki, Bolonya sistemini qavraya bilmir, onun mahiyyətini başa düşmür. Bu kimi müəllimlər yenə Sovet təhsil sistemini tətbiq edir. Ona görə Azərbaycan da Bolonya təhsil sisteminin uğurlu olması üçün güclü  yeni kadrlara ehtiyac var.

Amma Azərbaycanda bir neçə təhsil ocağı vardır ki, orada Bolonya tətbiq olunur və uğurlu nəticələr əldə edilir. Məsələn Xəzər Universiteti, Qafqaz Universiteti kimi universitetlər uğurla bu təhsil sistemindən istifadə edirlər. Elə Xəzər universiteti yarandığı bir neçə il sonra boloniya təhsil sistemini tətbiq etməyə başlayıb.

Ümumiyyətlə,bizim təhsildə Boloniya təhsil sisteminin  adı var, özü yox. Onun özü olması üçün mütləq xaricdə təhsil almış gənclər və digər müasir yönümlü tələbələr bu layihənin həyata keçməsində istirak etməlidirlər.

CELT Elmlər Akademiyası

Ələsgər Ələkbərov  küç. 535/27

Vergilər Nazirliyinin yanı

Tel: 012 408 4320

 

2 Comments

  1. Salam.Xahiş edirəm bu kiçik çətinlikdə mənə köməklik edəsiniz.2011-ci ildən UGİM də dernek rehberi olaraq 6 saat dərs verilib və onu orta məktəbdə şagirdlərlə dərsdən sonra keçirrəm.Əvvəl bu mərkəz ETTM idi orda işləyirdim 2017 ci ildə UGİM də işlyirəm sadəcə müəsisənin adı dəyişib.Bİlmək istiyirəm ki,dərnək rəhbərliyi məktəbdənkənar müəsisəyə aid olduğu üçün pedoqoji staj saylır ya yox.Direktorların işə qəbulu müsahibəsində bu staj keçerli ola bilərmi.Evvelcədən təşəkkür edirəm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla