Əvvəlki bloqlarımızın birində Birləşmiş Krallıqda təhsil vizası adlanan TIER 4 viza haqqında qısa da olsa məlumat vermişdik. Bu yazımızda TIER 4 yəni uzun müddətli tələbə vizası haqqında bir az daha ətraflı danışmaq istəyirəm. 

İlk olaraq qeyd etmək istərdim ki, əgər siz tələbə vizasına müraciət edirsinizsə:

  • 16 yaş və ya 16 yaşdan böyük olmalısınız.
  • Ali təhsil müəssisəsindən qəbul kağızı əldə etməlisiniz
  • İngilis dilində danışmağı, yazmağı, oxumağı və dinləməyi bacarmalısınız. (IELTS UKVI ilə bunu sübut edə bilərsiniz – Fərqli məqsədlər üçün IELTS imtahanından növbəti bloqlarımızın birində daha ətraflı bəhs edəcəm.) 
  • Birləşmiş Krallıqda olduğunuz zaman xərclərinizi qarşılayacaq məbləğə sahib olmalısınız. 
  • Rəsmi lisenziyalı TIER 4 sponsorundan şərtsiz qəbul almalısınız.
  • Vizaya müraciət etməzdən öncə təhsil müəssisəsindən CAS məktubunu əldə etməlisiniz. 

Əgər əvvəllər UK də təhsil almısınızsa yalnız bəzi hallarda CAS məktubunu əldə edə bilərsiniz:

  • Kəsildiyiniz imtahanlarda yenidən iştirak etmək üçün.
  • Təhsiliniz yarımçıq qaldığı halda, onu tamamlamaq üçün.
  • Müraciət etdiyiniz proqram bir əvvəlki təhsilinizdən üstün olduğu hallarda (Elə bu səbəbdəndir ki bir tələbə iki dəfə Foundation dərəcəsi yəni hazırlıq proqramı oxuya bilməz.)

Nə vaxt müraciət edilməli? 

Tələbə vizası üçün ən tez müraciəti proqram başlamazdan 3 ay əvvəl edə bilərsiniz. Vizanın cavabı 3 həftə ərzində veriləcəkdir. 

Qiymət

Baxmayaraq ki qiymətlər sabit qalmır, hazırkı tarixdə TIER 4 tələbə vizasının ödənişi 348 funt sterlinq təşkil edir. 

UK-də nə qədər qala bilərsiniz

 UK ə giriş edə bilərsiniz:

  • 1 həftə əvvəl (əgər sizin vizanız 6 ay və ya daha qısa müddətlikdirsə)
  • 1 ay əvvəl (əgər sizin vizanız 6 ay və ya daha uzun müddətlidirsə)

Nə qədər qalacağınız sizin hansı proqramda təhsil aldığınızdan asılıdır. 

TIER vizası ilə nə edə bilərəm? 

  • Təhsil ala bilərsiniz
  • Tələbə birliyində 1 ilə qədər işləyə bilərsiniz. Bu daha çox universitet daxili işləri əhatə edir.
  • Vizanızın uzadılması üçün müraciət edə bilərsiniz.
  • Bəzi işlərdə işləyə bilərsiniz (təhsil aldığınız sahədən asılı olaraq)

(Heç bir sosial yardım əldə etməyiniz mümkün deyil. Məsələn siz bankdan kredit götürə bilməz və ya ailə gəlirinin azlığına görə Britaniya hökümətindən dəstək ala bilməzsiniz.)

Əgər bu mövzu ilə bağlı hər hansı başqa bir sualınız olarsa CELT Colleges Nizami ofisinə müraciət edə bilərsiniz. Peşəkar komandamız əlindən gələn köməyi əsirgəməyəcək. CELT Colleges Nizami filialı ilə əlaqə

Mob: (050) 787 57 66

Ofis:  (012) 436 86 87

Email: baba.karimli@celt.az

Adres: Məhəmməd İbn Hinduşah Naxçıvani 10. 

Baba Karimli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla