Bildiyiniz kimi Böyük Britaniyada Oxford və Cambridge kimi universitetlərdə təhsil almaq üçün Azərbaycanlı şagirdlər 11-ci sinifdən sonra mütləq şəkildə 2 illik A-level proqramına qoşulmalıdır. Bundan savayı Böyük Britaniyada tibb təhsilinə başlamaq üçün Azərbaycan məktəblərindən attestatla məzun olan şagirdlər yenə iki illik A-level proqramına qoşulmalıdır. Böyük Britaniyada foundation təhsili ilə yalnız bir universitetdə tibb təhsili görmək olar. Bu universitet barədə gələcək postlarımızda söhbət açacağıq.

Əksər iki illik A-level proqramları kollec və məktəblərdə keçirilir. Lakin Böyük Britaniyanın Norwich şəhərində yerləşən University of East Anglia yeganə universitetdir ki, burada A-level proqramına qoşula bilərsiniz. Norwich şəhəri Londondan 1 saatlıq məsafədə yerləşir və Böyük Britaniyanın ən təhlükəsiz şəhərlərindən sayılır. 2016-cı ildə Times Higher Education jurnalına əsasən universitet kampusu şəraitinə görə  University East Anglia Böyük Britaniyada ən yaxşısı seçilmişdir.

Universitet nəzdində 2 illik A-level proqramına qatılmaqla universitetin akademik və tələbə həyatı ilə sıx münasibətdə olacaqsınız; belə ki, A-level tələbələri universitetin klub və cəmiyyətlərinə qoşula bilərlər, bakalavr tələbələri ilə yoldaşlıq edərək universitetin bir üzvünə çevriləcəklər. A-level proqramının sonunda siz daha müstəqil şəxs kimi yetişəcəksiniz və inamla Böyük Britaniyanın top universitetlərində və tibb universitetlərində təhsilinizə qədəm qoya biləcəksiniz.

Niyə East Anglia Universitetində A-level proqramı:

  1. Dünyanın top universitetləri arasında bu A-level proqramının ən tələbkar proqram kimi tanınması
  2. Kampusda xüsusi tikilmiş yaşayış və tədris mərkəzləri tələbələrin bütün diqqətini dərsə yönəldə bilməsi
  3. A-level proqramını bitirdikdən sonra Böyük Britaniyanın top universitetlərində və tibb universitetlərinə qəbul işlərini görmək üçün professional dəstəyin olması
  4. Universitetin professorları tərəfindən təşkil olunan leksiya və seminarlarla gələcək təhsiliniz barədə təsəvvürünüzün yaranması
  5. İş təcrübənizin olması üçün və CV-nizin zənginlənləşməsi üçün dəstək. Bu da tibb universietlərə və top təhsil müəssisələrinə qəbul olmaq çox vacibdir.

East Anglia universitetin A-level proqramı çox uğurlu olmuşdur. Bir sinifdə maksimum tələbə sayı 14-dür. Bu da müəllimlərin tələbələrlə daha sıx ünsiyyətinə şərait yaradır və tələbələrin hər hansı sualı yarandığı təqdirdə müəllimlərinə daha rahat şəkildə suallarını ünvanlaya biliməsinə imkan verir. Tələbələrin 97 %-i A*-C qiyməti almışdır və universitetlərə qarantiyalı qəbul ala bilmişdir. Tibb təhsilinə başlamaq istəyən tələbələrin 100 %-i tibb universitetlərinə yerləşdirilmişdir. Tələbələr aşağıdakı universitetlərə qəbul almışdır:

University of Cambridge

University of East Anglia

London School of Economics

The University of Manchester

İmperial College London

University of St. Andrews və s.

Dərslərin siyahısı tələbələnin hansı bakalavr ixtisasına qoşulmağından asılıdır və adətən 2 il ərzində 4 fənn götürülür. Məsələn, 2 il A-level proqramından sonra  tibb oxumaq istəyən tələbələr 2 il aşağıdakı fənləri götürməlidir:

  1. Riyaziyyat
  2. Kimya
  3. Biologiya
  4. Fizika və ya Psixologiya

Dərslər həftədə 24 saat Bazar ertəsi-Cümə günü keçirilir. Hər günün sonunda dərsdən kənar seminarlar və könüllü fəaliyyətlər təşkil olunur. Bundan başqa tədris proqramı çərçivəsində elmi muzeylərə ekskursiyalar təşkil olunur. Əksər tibb universitetləri qəbul üçün UKCAT və ya BMAT imtahanı tələb olunur. Hüquq üzrə təhsilini davam etmək istəyənlər LNAT imtahanı götürməlidir, mühəndislik üzrə isə bəzi universitetlər isə PAT imtahanı tələb edir. A-level proqramı sizi bu imtahanlardan da hazırlaşdıraraq qəbulunuzu qarantiya almağınıza maksimum dəstək göstərəcək.

Əgər siz də gələcəkdə Böyük Britaniyanın Oxford, Cambridge, LSE, Imperial College kimi nüfuzlu təhsil müəssisələrində və tibb universitetlərində təhsil almaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Bu proqramın qəbul proseduru və təhsil haqqı endirimlərindən xəbər tutmaq üçün CELT Colleges İçərişəhər ofisinə yaxınlaşa bilərsiniz

Ünvan: İstiqlaliyyət 59, İçərişəhər metrosu, İqtisad universiteti ilə üzbəüz.

Tel: (012) 492 68 53

(055) 644 72 80

e-mail: anar@celt.az

Instagram: celticharishahar

facebook: https://www.facebook.com/celtscollege/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla