Böyük Britaniyada Magistr təhsili

Niyə Böyük Britaniya?

Magistr təhsil təminatçıları olaraq BK universitetləri qabaqda gələn qlobal təşkilatların əhəmiyyətli xüsusiyyətlərini paylaşmaqdadır. Xüsusi infrastruktur, dəstəkləyici maliyyə sxemləri, fərdi ehtiyacları qarşılamaq üçün müxtəlif proqramlar və iş şəkilləri və şagirdlərini araşdırma cəhdlərində ən üst səviyyədə inteqrasiya üçün bir ortaq məqsəd təqdim edirlər.

Onları digərlərindən ayıran isə bənzərsiz mədəni, tarixi, ictimai ətrafları və intellektual mükəmməllik mövzusundakı əsrlərin etibarıdır; qısaca, hər il BK-ı ziyarət edən bir çox tələbəni buraya gətirən səbəblərdir. Əgər magistr təhsili düşünürsünüzsə BK-a bir hədəf olaraq baxın və zaman itirmədən araşdırmanıza başlayın.

Niyə magistr səviyyəsində təhsil?

Magistr təhsili son dövrlərdə keçmişə nəzərən daha çox məşhurdur. Qlobal iqtisadiyyatımızın qəti olaraq bir məlumat iqtisadiyyatı halına gəldiyi gerçəyini göz ardı edə bilmərik: artıq yalnız parlaq bir universitet məzunu olmaq kafi deyil, eyni zamanda bir magistr təhsil perioduyla bacarıqları artırmaq və qavrama gücünü inkişaf etdirmək tələb olunur.

Dünya səviyyəsində artmaqda olan məzun sayı bunu reallaşdırmaq üçün Birləşmiş Krallıq (BK) universitetlərinə yönəlməkdədir. Təbii ki, BK-da daha uzun müddət qalmanın bir çox cəlbedici tərəfi var. Hər il BK Adalarından keçən milyonlarla səyyah kimi tələbələri də bura mədəni və tarixi baxımdan zəngin, pozulmamış, həm klassik, həm müasir müxtəlif təbii mənzərələr, şəhərlər, qəsəbələr və kəndlər çəkməkdədir; eyni zamanda şübhəsiz BK-ı Avropanın kəşfi üçün uyğun bir başlanğıc nöqtəsi kimi görürlər.

Lakin BK mədəniyyətinin ziyarətçiləri cəlb edən xüsusiyyətlərinin mümkün magistr təhsili üçün maneə törətməsindən çəkinə bilərsiniz. BK təhsil sistemi, strukturları və ənənələri dünyanın digər yerlərindəkindən o qədər fərqlidirmi? Məsələn; Şimali Amerikadakı müvəffəqiyyətli bir bakalavr karyerasını bir BK universitetinin konteksti içərisində təyin edilmiş bir magistr proqramıyla inkişaf etdirmək mümkündürmü? Əlbəttə ki, mümkündür! 

Birləşmiş Krallıqdakı Magistr Programları

Magistr proqramlarının adlandırılmasında bəzi əsas fərqlər var, lakin bunlar elmi mühitdə və ya işə götürənlər arasındakı xüsusiyyət fərqliliklərini (fikri dərinlik, əhəmiyyət və ya vəziyyət) göstərməz. BK-da master proqramı iki tamamlayıcı şəkil alar: tapşırıq və bəzən araşdırma tələb edən, bir sıra kursdan və ümumiyyətlə müstəqil araşdırma proyektindən ibarət öyrədilən master (sahəyə bağlı olaraq MA, MSc olaraq adlandırılar); öyrədilən masterlə eyni akademik səviyyədə və ümumiyyətlə eyni müddətdə hazırlanan araşdırma masteri (MPhil., MRes olaraq adlandırılar). Ancaq araşdırma masteri, namizədlərin özlərini yalnız müstəqil araşdırma layihəsinin tamamlanmasına həsr etmələrini tələb edir. Bəzi BK universitetlərinin həm öyrədilən modullar, həm də müstəqil araşdırma proyektindən ibarət MPhil təqdim etdiklərini da qeyd etməmiz lazımdır.

BK-dakı yüksək araşdırma proqramının üç ayrı şəkli vardır: Ədəbiyyat Fakültəsi Masteri (M.Litt.) 50.000 sözlük bir işə bərabər olan ölçü və dəyərdəki müstəqil araşdırma proyekti tələb edən iki illik bir proqramdır. BK-da ümumiyyətlə master proqramıyla doktorantura arasındakı orta nöqtəni təmsil edən bir proqram olaraq qiymətləndirilər. BK doktoranturası iki ayrı şəkildədir; tələb olunan forma (Ph.D. və ya D.Phil. Adlanır) böyük bir müstəqil araşdırma proyekti tələb edir. Ümumiyyətlə 80-100.000 sözlük bir işə bərabər olması istənilir və bir araşdırma məsləhətçisinin rəhbərliyiylə aparılır. Bir digəri isə öyrədilən formadır. Bu da namizədlərə ixtisaslarını ən üst səviyyədə araşdırma imkanı təklif edir, lakin bu hədəfə bir sıra öyrədilən kurslar yolu ilə gedər. Hazırkivəziyyətdə tətbiqli elm sahələrində (təhsil və mühəndislik kimi) ən məşhur olanıdır. 

Avantajlar

BK magistr proqramlarındakı struktur fərqlilikləri xarici ölkələrdən irəlini əhatə edən mümkün magistr proqramları üçün müsbət üstünlük təmin edər. Qəti və tez ortaya çıxan faydalarından biri programların davamlılığıdır: İngilis araşdırma magistrı və öyrədilən master proqramları (MA, MSc, MPhil) bir illik proqramlardır və ümumiyyətlə Oktyabrdan İyuna qədər davam edən akademik il içərisində həyata keçirilir. Ancaq proqram bir araşdırma tezisi tələb etdiyində adətən Sentyabra qədər uzanar (ümumi təhsil müddəti 11 ay); İngilis doktoranturası (D.Phil., Ph.D.) üç illik bir proqramdır və bir çox namizəd tezislərini bitirmək üçün ayrıca olaraq 1 il artıq oxuyur. İngilis yanaşmasının bir digər mühüm üstünlüyü isə təhsil şəklidir: BK-dakı magistr təlimçilərinin yol göstərmə prinsipi hər zaman müstəqil və orijinal araşdırmaya təşviq etməyə istiqamətli olmuşdur və bu məqsədlə çox kiçik və bir-biriylə interaktiv siniflərin əhəmiyyətinə hər zaman əhəmiyyət verilmişdir. Əslində ictimai elmlər və bəşəri elmlər sahələrində təhsilin böyük qisimi birə bir olaraq həyata keçirilir. Ayrıca BK-dakı universitetlərinin magistr tələbələrinə qabaqcıl professorların dərs keçdiyini də qeyd etmək gərəkir; bakalavr təhsilini bitirənlər magistr tələbələrinə master və ya doktorantura proqramlarında dərs vermir.

Dəstək

Magistr tələbələrinə təqdim edilən mütəxəssis dəstəyi İngilis təcrübəsini digərlərindən ayıran xüsusiyyətlərdəndir və bu BK universitetlərinin qlobal araşdırma mərkəzi mövqeyində olduğunu əks etdirir. BK universitetlərinin əksəriyyəti ‘araşdırma sıxlıqlı’ təşkilatlardır. Bu, akademik personalın və tələbələrin müxtəlif araşdırma sahələrinin ən üst səviyyəsində çalışması üçün yüklü miqdarda investisiya etdiyi mənasını verər. Bunun magistr tələbələrə bir çox faydası vardır: prioritetli olaraq öyrədilən master (MA, MSc) və araşdırma masteri (DPhil., Ph.D.) proqramları müəyyən bir sahədə kəşfləri və yenilikləri əks etdirir və formalaşdırır. Öyrədilən proqramlardakı təlimçilər və doktorantura məsləhətçiləri öz sahələrində dünyanın ən yaxşılarıdır. Laboratoriyalardan kitabxanalara zəngin araşdırma qaynaqları vardır, bunlar qabaqda gələn araşdırmaçıların işlərini dəstəkləməkdədir və tələbələrin də müraciətinə açıqdır. BK-nın araşdırma sıxlıqlı universitetlərinin etibarı; müvəffəqiyyətli magistr tələbələrinin iş dünyasında, sənayedə, mediada və təbii ki, akademik ətrafda dünyanın qabaqda gələn iş verənlərinin maraq və sərmayəsini cəlb etməsini təmin etməkdədir.

Təhsilə və yoxlamaya fərdi yanaşma BK-da güclü bir ictimai fikirlə eyniləşmişdir və bu da magistr təcrübəsinin təməlini meydana gətirir. Bir çox BK universiteti magistr tələbələri üçün infrastruktur, intellektual və sosial diqqət təqdim edən kolleclərə malikdir. Bir kollec, adətən çətin görünən bir iş proqramına başlamaq üçün inzibati tələbləri asanlaşdırır və proqram müddətində tövsiyə və dəstəklərini davam etdirir. Yüksekokullar adətən təhsil mərkəzləri olaraq da xidmət göstərir; müxtəlif jenerik və sahəyə xas bacarıqları inkişaf etdirmənizə imkan təqdim edir.

 Maliyyə

Hər il BK universitetləri xarici ölkələrdən gələn magistr tələbələrinə milyonlarla funt təqaüd verməkdədir. Get-gedə daha da çox qlobal şirkət beynəlxalq tələbələr üçün magistr təqaüdləri verməkdədir. Bunu da qeyd etmək lazımdır ki, beynəlxalq tələbələr üçün BK təqaüdləri bir çox formada ola bilər: proqram ödənişlərində endirim, yalnız təhsil ödənişlərinin ödənilməsi və ya həm proqram ödənişini, həm də dolanışıq xərclərini (sığınacaq və s) əhatə edən tam təqaüd. Maliyyələşdirmə üçün son müraciət tarixləri İyunla May ayları arasında dəyişməkdədir; bu səbəblə proqramlara müraciət etmək və finansman axtarmaq üçün erkən hazırlıq edilməsi tövsiyə edilər.

6 thoughts on “Böyük Britaniyada Magistr təhsili”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next