Qapalı məktəblər (Boarding school) tədris ili ərzində şağirdlərin təhsil aldığı və eyni zamanda yaşadığı məktəb növüdür.İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyada təxminən 500 Boarding School vardır.

Böyük Britaniya qapalı məktəbləri, bacarıqlarınızı inkişaf etdirməyə kömək edən və nüfuzlu universitetlərə qəbulunuzu təmin edən, görkəmli bir təhsil təklif edir. Bütün Böyük Britaniyada qapalı məktəbləri təlim, struktur və tələbə qayğılarının keyfiyyəti ilə bağlı ciddi dövlət standartlarına cavab verməlidirlər.

Bir çox Böyük Britaniya qapalı məktəbləri gözəl, əsrlik binaları müasir sinif otaqları və ənənəvi memarlıq ilə birləşdirir. Burada təklif olunan mükəmməl imkanlar böyük bir təcrübə yaşamağa, öyrənməyə və təhsil aldığınız zaman ingilis dilinizin inkişaf etdirilməsinə kömək edəcəkdir.

Bütün qapalı məktəblər şagirdlərin zamanını səmərəli keçirmək və onları xoşbəxt tutmaq üçün geniş seçimli dərsdənkənar fəaliyyətlər və idman fəaliyyətləri təklif edir.  Seçimdən asılı olaraq şagirdlər idman, musiqi və ya ifaçılıq sənəti kimi ixtisaslaşa bilərlər. Şagirdin xüsusi maraq və ya istedadı varsa, bu qabiliyyəti inkişaf etdirmək üçün ən yaxşı imkanlar və təcrübə olan bir məktəb seçmək daha məqsədə uyğun olar.

 

 

Böyük Britaniyada dünyanın ən yaxşı müstəqil məktəblərinə ev sahibliyi edir və diqqətli bir araşdırma ilə, şagirdin yaşından və təhsilə başlayacağı sinifdən asılı olmayaraq ən yaxşı proqram və məktəb seçmək imkanınız olacaq.

Böyük Britaniyada qapalı məktəblərdə təhsilin üstünlükləri:

  1. Qapalı məktəblərdə ənənəvi olaraq yüksək səviyyəli təhsilə sahib və işlərini sevən müəllimlər var.
  2. Bu məktəblərdə təhsil az sayda şagird olan siniflərdə həyata keçirilir və tələbələr və onların müəllimləri arasında qarşılıqlı əlaqələri artırır.
  3. Yaşayış kampus mühitində olduğu üçün tələbələr təhsilin ön planda olduğu, lakin digər sosial fəaliyyətlərə də eyni dərəcədə yer ayırılan bir proqramdan yararlanmış olurlar.
  4. Qapalı məktəblərdə şagirdləri universitet həyatına unikal şəkildə hazırlanırlar. Məzunlar dünyanın ən prestijli universitetlərinə qəbul olur.
  5. Araşdırmalar göstərir ki, bu məktəblərin məzunları yalnız universitetdə üstünlük qazanmaqla yanaşı, peşəkar karyeralarında da sürətlə inkişaf edir.

Böyük Britaniya qapalı məktəb sistemi üç səviyyəyə bölünür.

  • İbtidai təhsil dörd-beş yaşdan başlayır və 11 və ya 13 yaşa qədərdir.
  • Orta təhsil 11 və ya 13 yaşdan yuxarı olan sagirdlər üçündür 16 yaş tamam olana qədər davam edir.
  • Orta məktəblərin son iki ilində isə (14-16 yaş) ən çox şagird GCSE proqramı üzrə təhsil alır.

Qapalı məktəblər riyaziyyat, elm, tarix, coğrafiya, teatr, informasiya, ədəbiyyat və xarici dillər də daxil olmaqla bir çox ixtisaslaşma və əlavə tədtis imkanları təklif edir. Bütün bu ixtisaslar Böyük Britaniyada və dünyada, universitetlər, kolleclər və işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir.

Şagiridn xaricdə qapalı məktəblərdə nə qədər müddət təhsil alacağı istəyə görə dəyişə bilir:

İki məktəb ili – fənlərin düzgün seçimi ilə, bu məktəb proqramının sertifikatını əldə etməklə dünyanın hər yerində təhsilə davam etmək mümkündür.

Bir təhsil ili – bu məktəblərdə bir illik tədris ilə dil bacarıqları təkmilləşdirilir. Bundan əlavə tanış olan mühitdən uzaqlaşma və yeni mühitə və insanlara adaptasiya  şəxsi inkişafa kömək edir.

Bir semester (3 Ay) – qapalı məktəbdə üç aylıq təhsillə İngilis dili bilikləri yaxşılaşdırıla bilər. Ölkədə məktəbə asanlıqla yenidən inteqrasiya olunmaq mümkündür.

 

Övladınız üçün bir İngilis qapalı məktəbi seçərkən, diqqətli olunmalı digər məqamlardan bizi də təhsil haqqıdır. Böyük Britaniyada orta məktəb təhsilinin dəyəri  yüksək ola bilər, lakin tədrisin keyfiyyətini, kiçik sinifləri, qayğı və diqqətin yüksək səviyyəsini, yaxşı yaşayış imkanları və yeməkləri, əla akademik və idman obyektlərini və çox sayda məktəbdənkənar fəaliyyətləri nəzərə aldıqda  tələb olunan ödəniş ö qədər də çox deyil.

Ödənişlər məktəblərə və məktəblərin yerləşdiyi şəhərlərə görə dəyişir. Lakin yaşdan və sinifdən asılı olmayaraq bu tip proqramların ödənişi təxmini 10.000- 15.000 £ təşkil edir.

Ödənişlərə, adətən təhsil və dərsdənkənar sosial fəaliyyətlər, qidalanma, dərsliklər və s. daxil olur.

 

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

www.celt.az

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla