Britaniya universitetlərinə gedən yol

Dünyanın ən qabaqcıl ölkələrindən olan İngiltərə, heç şübhəsiz, təhsil sahəsində də dünya liderlərindəndir. Burada dünyanın reytinq siyahısında adları çəkilən Oxford, Cambridge, Manchester, Southampton, İmperial College London kimi universitetlər yerləşir. Krallığın təhsil müəssisələri ümumilikdə 100-dən artıq Nobel mükafatına layiq görülüblər. Mükəmməl ingilis təhsilindən əlavə İngiltərə hökuməti tələbələrinə həftəlik 10 saatdan bir qədər artıq işləmək üçün icazə də verir. Təhsil aldığınız müddətdə ödənişsiz tibbi sığorta da sizin ürəyinizcə olacaq.

İngiltərənin bakalavr təhsili əsasən 3 il, magistratura təhsili isə 1 ildir. Universitetlərin illik təhsil haqqı fakultədən asılı olaraq 12- 22.000 funt sterlinq arasında dəyişir. Əgər bir illik yaşayış xərclərinizi hesablasaq, bu təqribi 10.000 sterlinq edəcək. Buradaki təhsil haqqı bir çox Avropa ölkələri ilə müqayisədə bir qədər yüksək olsa da, keyfiyyətli təhsili, əlverişli şəraiti və fürsətləri ilə İngiltərə əsl təhsil ölkəsidir.

Bəs sizi Britaniya universitetləri üçün arzuolunan tələbə edə biləcək şərtlər hansılardır?

İlk növbədə ondan başlamaq lazımdır ki, İngiltərədə orta təhsil 12 illikdir. Buna görə də siz ölkəmizdə mövcud olan 11 illik tam orta təhsili bitirdikdən sonra birbaşa bakalavr pilləsinə müraciət edə bilməzsiniz. Çıxış yolu kimi siz ya hansısa başqa bir ölkədə bir il bakalavr pilləsi oxuya, ya İngiltərənin özündə yaxud başqa bir ölkədə orta təhsilinizin 12ci ilini tamamlaya, ya da bir illik hazırlıq proqramı (foundation) keçə bilərsiniz. Daha sonra istədiyiniz ixtisası dəqiqləşdirməli və İngiltərədə hansı universitetlərdə bu ixtisasın olduğunu öyrənməlisiniz.

Aydın məsələdir ki, İngiltərə universitetlərinə qəbul olmaq üçün akademik nailiyyət göstəriciləriniz kifayət qədər yüksək olmalıdır. Akademik göstəricilərin ən vacibi mövcud təhsilinizdə ümumi orta müvəffəqiyyət balının yüksək olmasıdır. Bundan əlavə bu siyahıya IB (Beynəlxalq bakalavriatura), A-level kimi proqramlardan məzun olmaq, IELTS sertifikatını da əlavə etmək olar.

Lakin bunların olması İngiltərə universitetlərinə qəbulunuza tam qarantiya vermir. Britaniya universitetləri tələbəlik illərində və daha sonra universitet həyatında aktiv iştirak edəcək, yeni təcrübələr qata biləcək tələbələrə daha çox üstünlük verirlər. Akademik göstəriciləriniz yüksək olsa belə universitet seçimlərində uyğun fakultəyə olan marağınız, əgər varsa əlaqəli sahədə iş təcrübəniz, hansısa idmanla məşğul olmağınız, xüsusi bir istedadınızın olması, özünü ifadə bacarığı şansınızı bir qədər də artrır. Nəzərə alın ki, rəqabətli universitetlərdə hər 10 tələbədən 9unun müraciəti rədd edilir. Seçdiyiniz sahəyə olan dərin marağınız sizin onlayn intervyunuzda, motivasiya məktubu və referanslarınızda öz əksini tapmalıdır.

Müraciət etməmişdən əvvəl çalışın hər şeyi dəqiq nizamlayasınız. Burada universitetlərin sənəd qəbulu tarixlərini ötürməmək, tələb olunan sənədləri öncədən hazırlamaq qəbul prosesinin ən vacib hissələridir.

Bütün sadalanan sənədləri hazırlamazdan öncə isə yaxşı olardı ki özünüzü İngiltərədə təhsilə hazırlayasınız. Təhsilinizi uğurla davam etdirmək üçün akademik göstəricilərinizi daim yüksək tutmalısınız.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

(050) 210 91 54

xanim@celt.az

4 thoughts on “Britaniya universitetlərinə gedən yol”

  1. Salam mən indi 9-cu sinifdə oxuyuram ixtisas olaraq biologiya bir illik bakalavr tehsili alacam burda sonra xaricdə Avropada davam etdirəcəm təhsilimi, bilmək istəyirdim genetik mühəndislik üzrə Avropanın hansı universiteti daha yaxşıdır? Və bu sahə ümumiyyətlə gəlirlidirmi?

    1. Bəli. Ama buna aid iş Bakıda hardasa yoxdur. Xaricdə rehat iş tapa bilərsiniz. UK ən yaxşı yerdir oxumaq üçün və ya Kanada, ABŞ

  2. Mən 9cu sinifde oxuyuram.İngiltərədə ali təhsil almaq üçün mən nə etməliyəm?Pulsuz oxumaq mümkündürmü?Nə imtahanlarını verməliyəm və harada?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next