Bu mənim üçün dönüm nöqtəsi oldu.

Famin Ragimov Riga Texniki Universitetinə qəbul olub. Famin təhsilini bakalavr pilləsində, Mexanika mühəndisliyi ixtisası üzrə davam etdirəcək.

“CELT Colleges’də keçirdiyim 1 il həqiqətən əvəzolunmaz idi. Buradakı tələbə – müəllim münasibəti, dərslərə olan məsuliyyət, bir sözlə, hər şey çox yaxşı idi. Mənim fikrimcə ingilis dilini təkmilləşdirmək və IELTS sertifikatı almaq üçün ideal kurs idi. Və elə də oldu. IELTS imtahanından 6.5 bal topladım. Daha sonra Riga şəhərində “Riga Technical University”ə qəbul oldum. Bu mənim üçün dönüm nöqtəsi oldu. Tələbə həyatının başlanğıcı idi. Hal-hazırda həmin universitetin Mexanika Mühəndisliyi fakültəsində təhsil alıram. Hər şey üçün CELT Colleges Nərimanova, xüsusilə də Emin müəllimə təşəkkür edirəm. Tələbə olmağımda rolu böyükdür.”

Bizi seçdiyi üçün biz də Faminə təşəkkür edir, təhsilində uğur arzulayırıq.

Baltikyanı ölkələrdəki ən qədim texniki universitetlərdən biri olan Riga universiteti 1862-ci ildə yaradılıb. Buranı Baltikdəki mühəndislik mərkəzi kimi də tanıyırlar. 2-ci Rusiya çarı Aleksandr tərəfindən imzalanmış sərəncamla tikilən universitet çar imperiyası tərkibindəki nadir texniki institutlardan hesab edilir. Özəl müəssisə kimi fəaliyyətə başlayan universitet daha sonra dövlətin sərəncamına keçmişdir. Riganın müasir metropolisə çevrilməsində institutun xüsusi rolu var. Universitetdə 15.000-ə yaxın tələbə təhsil alır. Bu tələbələrin təqribən 3000-i beynəlxalq tələbələrdir. Toplamda 550 nəfərlik akademik heyəti olan universitetdə 142 professor çalışır. Global dünyada enerji və su israfını minimum səviyyəyə endirmək, enerjidən qənaətli istifadə üçün universitetin apardığı araşdırmalar diqqətəlayiq hesab edilir. Bütün bunlar üçün universitetin özünün xüsusi araşdırma mərkəzləri var. Riga Texniki universitetində aviasiya, kimya texnologiyası, kompüter sistemləri, tekstil texnologiyası, iqtisadiyyat, elektrik mühəndisliyi, mexanika mühəndisliyi, təbiət elmləri, beynəlxalq iqtisadi münasibətlərin idarəedilməsi, tibbi mühəndislik, telekommunikasiya, texniki tərcümə, biznes maliyyəsi, logistika, istehsalat mühəndisliyi kimi müxtəlif ixtisaslarda bakalavr və magistratura təhsili almaq mümkündür. Universitet qəbulu zamanı IELTS imtahanı tələb edilir. İmtahan nəticəniz minimum 6 olmalıdır. Lakin ingilis dili zəif olan tələbələr üçün ümumi ingilis dili və riyaziyyat hazırlıq semestrləri mövcuddur. Hazırlıq ilinə isə 4.5 IELTS nəticəsi ilə başlamaq olur.

Xanım Xəlilova

CELT Narimanov

xanim@celt.az

012-566-48-23

050-210-91-54

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next