Bu ölkədə 4 dili eyni anda öyrənmək olur!

Lüksemburq

Lüksemburqun rəsmi adı Lüksemburq Böyük Hersoqluğudur və paytaxt şəhər ölkə ilə eyni adı daşıyır. 1839-cu ildə Niderlanddan ayrılaraq müstəqillik əldə etmiş ölkə Avropanın qərbində yerləşir. Okeana birbaşa çıxışı olmayan Lüksemburq Fransa, Almaniya və Belçika ilə həmsərhəddir. Bu fakt özlüyündə ölkənin fransız, alman və lüksemburq dili olmaqla 3 rəsmi dilinin olmasına gətirib çıxarır. Lakin bununla belə burada beynəlxalq tələbələr üçün kifayət qədər ingilis dilində fakultə tapmaq mümkündür. Lüksemburq özündə müxtəlif mədəniyyətləri birləşdirir və 613.000 əhalisi ilə Avropanın ən az məskunlaşılmış ölkələrindən biridir. Burada yaşayan xaricilər, demək olar ki, əhalinin yarısını təşkil edir. Okeana birbaşa çıxışı olmasa da okeana yaxın olması buranın iqliminə təsir edir. Belə ki, yayda belə burada yağış müşahidə etmək mümkündür.

Lüksemburqda təhsil

Dövlət proqramı əsasında Lüksemburqun orta məktəblərində hər üç dildə tədris  aparılır. Bundan əlavə isə miqrantların övladları üçün ingilis dilində də təhsil təklif edilir. Orta məktəb təhsili baza təhsili və orta təhsil olmaqla iki hissəyə bölünür və ümumilikdə 4-16 yaş dövrünü əhatə edir. Lüksemburqda təhsil dövlət tərəfindən nizamlanır və idarə edilir. Orta məktəb pilləsi 11 illikdir. Burada 32 dövlət, 5 özəl orta məktəb fəaliyyət göstərir. Bunlardan əlavə isə 4 yeni tədris sistemi ilə fərqlənən xüsusi məktəb də var.

Ali təhsil sistemi və universitetlər

Ölkə kiçik olduğundan burada universitet seçimi azdır. Lakin seçim az olsa da təklif edilən təhsilin keyfiyyəti yüksəkdir. Universitetlərdə həm fransız, həm alman və həm də ingilis dilində ali təhsil almaq mümkündür. Ali təhsil pilləsi üçün Lüksemburqda Lüksemburq universiteti, Mayami universiteti, Sacred Heart universiteti və Lüksemburq konservatoriyası kimi ali təhsil ocaqları möcuddur. Ölkənin əsas universiteti sayılan Lüksemburq universitetində 6000-dən artıq tələbə təhsil alır. Burada 11 bakalavr və 27 magistratura ixtisası mövcuddur, 3 kampüsü var. Lüksemburqda hüquq, informasiya sistemləri, iqtisadiyyat, dilçilik, mühəndislik, humanitar elmlər kimi müxtəlif ixtisaslarda təhsil almaq mümkündür. Universitet dünya reytinqlərində 250-300-cü pillələrdə qərarlaşır. Buradaki tələbələrin təqribən yarısı əcnəbilərdir.

İqtisadi baxımdan inkişaf temiş ölkə sayılan Lüksemburqda işsizlik səviyyəsi kifayət qədər aşağıdır. Burada tibbi sığorta icbaridir və qanunla 18 yaşından yüksək hər bir tələbəyə şamil edilir. Bununla yanaşı, 30 yaşına kimi tələbələr sosial müdafiə razılaşması üçün müraciət edə bilərlər.

Lüksemburqda tələbə olaraq qalmaq üçün uzunmüddətli yaşayışa icazə verən vizaya sahib olmaq mütləqdir.

Azərbaycanlı tələbələr üçün Lüksemburqu seçməyin əsas üstünlüyü bakalavr pilləsində təhsil üçün orta məktəb attestatı ilə müraciət etməyin mümkünlüyüdür.                        

Qəbul şərtləri

Lüksemburqda təhsil almaq üçün bakalavr pilləsində orta məktəb attestatı, magistratura pilləsi üçün isə bakalavr pilləsinin ortalama nəticəsi lazımdır. Qəbul şərtləri arasında ümumi qəbul sənədlərindən əlavə dil sertifikatı da lazımdır. Tədris dilinə əsasən sertifikat ingilis, fransız və alman dili biliyini C1 səviyyəsində təsdiq etməlidir. Bəzi ixtisaslarda isə tədris dili ilə yanaşı seçilmiş ikinci dilin də orta səviyyəli sertifikatı tələb edilir. Təklif edilən ixtisaslar iki dildə, hətta bəzən üç dildə keçirilir. Amma tək bir dildə tədris edilən ixtisaslar da tapmaq mümkündür. Multilinqual və beynəlxalq statusa malik Lüksemburq təhsili beynəlxalq səviyyədə akkreditə olunur.

Fransız və alman dilində təhsil üçün qəbul sənədlərini yanvar ayının ortasına kimi göndərmək lazımdır. İngilis dilli ixtisaslara isə sənəd qəbulu aprel ayından başlayır.

Yaşayış və təhsil haqqı

Lüksemburqda tələbələr üçün həm yataqxanada, həm də tələbə evlərində qalmaq şansı var. İllik təhsil haqqı isə 1200-2000 avro aralığında dəyişilir.

CELT Colleges Nərimanov

xanim@celt.az

050-210-91-54

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next