Gənclər vaxtlarını səmərəli keçirtmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Şagirdlər və tələbələr xüsusilə yay vaxtını gözləyirlər ki, istirahət etsinlər. Onlar üçün yalnız yay ayları münasibdir. Elə digər şəxslər də  istirahət etmək üçün yay fəslini seçirlər. Yay fəslini seçmək təsadüfi deyildir.Xaricə gedənlər təkcə istirahətə görə getmirlər. Məsələn, xaricdə üç ay  istirahət edənlər həm də müxtəlif mədəniyyətlərlə tanış olur.

Bu yazıda Xaricdə yay düşərgələri haqqında danışacayıq. Xaricdə yay düşərgələri hal-hazırda dünyanın bir  çox məkanlarında keçirilir. Dünyanın reytinqli universitetləri tələbələr üçün hər il yay düşərgələri təşkil edirlər. İndi yay düşərgəsi seçərkən daha çox ABŞ və Böyük Britaniyanı seçirlər.  Bu ölkələr ingilisdilli ölkə olduğundan yay düşərgəsinə gedən şəxslər həm də dil biliklərini zənginləşdirirlər.

Amerika Birləşmiş Ştatlarında yay düşərgəsi

ABŞ bildiyimiz kimi dünyanın lider ölkəsidir. Bu ölkə dünya əhalisinin ən çox getmək istədiyi ölkədir. Təbii ki, hər bir kəs bu ölkəni real olaraq görmək arzusundadır. Buradakı Azadlıq heykəlini, New Yorkun hündür göydələnləri və s. məkanları  dünyada məşhurdur. Bütün bunlarla bərabər bu ölkəyə gedənlər həm də  dil öyrənmək üçün gedirlər. Daha doğrusu dil biliyini zənginləşdirmək üçün. Elə yay düşərgəsinin də məqsədi təkcə isitrahət etmək deyil, həmçinin dünya görüşü artırmaq, müxtəlif sivilizasiyalardan olan insanlarla tanış olmaq, onlarla əlaqələr yaratmaq, müxtəlif mövzularda diskusiyalar etmək və s.Statistik məlumatlara görə, ABŞ-da yay düşərgələrinə gedənlər əsasən tələbələr və şagirlərdir. Düşərgələrin müddətləri fərqlidir. Daha çox uzunmüddətli düşərgələr var, bir də qısa müddətli düşərgələr. Yay düşərgələri ABŞ-ın müxtəlif şəhərlərində təşkil olunur. New York, Florida və digər şəhərlərdə mümkündür.

Böyük Britaniyada yay düşərgəsi

İngilis dilinin ana vətəni sayılan bu ölkə indi dünyadan çoxlu tələbələr qəbul edən ölkələr sırasındadır. ABŞ kimi bu ölkənin də arzusunda olanlar arzularını reallaşdırmaq istəyirlərsə, imkan tapan kimi bu ölkəni ziyarət etsinlər.Hər il dünyadan bura tələbə axınının sayını yüz minlərlə hesablayırlar. O cümlədən burada yay düşərgələrinə gələnlərin sayı da az deyil. Əsasən London, Cambridge, Oxford şəhərlərində təşkil olunur.Və hər il bu ölkədə düşərgə yerləri məhdud olur.
Düşərgədə olan zaman adı çəkilən şəhərlərdə yerləşdirilən müxtəlif muzeylərə ekskursiyaların təşkil edilməsi, maraqlı məkanlarla tanışlıq, müxtəlif universitetlərdə görüşlər və s. məqamlar düşərgəni daha da maraqlı edir.
Ümumiyyətlə, düşərgə haqqında fikirləşməyə dəyər. Siz sadəcə düşərgədə iştirak edin, qayıdarkən özünüzdəki inkişafı hiss edəcəksiniz. Dil biliklərinizin isə nə qədər mükəmməlləşdiyini görəcəksiniz.

Günel Qulamova
CELT Elmler
Tel: (012) 538 38 33
Mob: (055) 737 83 06
E-mail: gulamova@celt.az

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla