canik, 5 manat da ver uşaqlığını yadına salım…

Uşaq vaxtı sizdən soruşanda ki, “böyüyəndə nə olacaqsan?” nə cavab verirdiniz?

Əgər yadınıza sala bildinizsə, ilk növbədə sizi təbrik edirəm ki xatirələrinizi unutmadığınız bir uşaqlıq keçirmisiniz. Yox yadınıza düşmədisə, onda 5 manat da verin uşaqlığınızı yadınıza salım (c). Top üçlüyümüz polis, həkim ya da ki müəllimdir. Düz tapdım? Əgər bunlardan heç biri deyilsə onda çox güman ki xanımlar stilist, kişilər isə davalı kino aktyoru olmaq istəyib. Lakin bir çox şey kimi uşaqlıq arzularımız da uşaqlıqda qalır və uzun illər sonra hansısa bir blogger tərəfindən yadımıza salınır))) Real dünyamız üçün peşə seçimində həmin sənətə yiyələnməkdə kifayət qədər uzun yol qət etməli olduğumuzu görürük. İlk növbədə düzgün seçim etmək, daha sonra isə möhkəm çalışmaq lazımdır. Burada isə ortaya maraqlı bir sual çıxır: Peşə seçimi edərkən nələrə diqqət etmək lazımdır?

Çox zaman insanlar ixtisas seçərkən onun bu günün trendi olub-olmamasına baxırlar. Bir müddət gəlir hamı başqalarını yeni dəbə düşmüş ixtisasa yönləndirir. Hansısa bir yığıncaqda kimsə eşidir ki “gələcək genetika üzərində qurulur” elə bu cümlə bəs edir ki ordakı valideynlər uşaqlarını bu ixtisasa istiqamətlənməyə vadar etsinlər. Fikirləşin, orada 10 nəfər valideyn, hərəsinin də iki uşağı olsa, daha sonra bu valideynlər də qohumları ilə söhbətləşsələr, edir 40 nəfər. Və təsəvvür edin, qonaqlığı sevən biz azərbaycanlılar ay ərzində neçə belə yığıncaqlar keçiririk. Hesabladığımızın yarısı belə bu ixtisasa müraciət etsə məzun olduqdan sonra iş axtaran zaman rəqabət artır. Bu mübarizədən isə yalnız bu sahəyə ürəkdən istəyib gedən və sahəsini dərindən mənimsəyənlər qalib çıxır. Yerdə qalanların bir qismi tamam başqa sahələrə üz tutur və  bəzi hallarda daxillərindəki gizli istedadları üzə çıxarmağı bacarırlar. Qalanları isə istəmədikləri işləri görməklə məşğul olurlar. Tədqiqatçılar müəyyən edib ki, dünya əhalisinin yarısından çoxu istəmədiyi işi görür. Buna görə də insanlar özlərini xoşbəxt hiss etmirlər.

Əgər dünyaya bir dəfə gəliriksə, niyə özümüzü məcbur edib istəmədiyimiz insan olmalıyıq ki? Başqalarının qərarları ilə hərəkət edən insan elə başqasının həyatını yaşamır mı? İxtisas seçimi ərəfəsində maddi faktorlarla yanaşı mütləq bacarıq və arzuları da nəzərə almaq lazımdır. Bütün həyatımız boyunca ondan asılı olacağımız peşə də gərək bizə yoldaşlıq etməyi bacarsın axı. Bunun üçün fikirləşmək lazımdır ki mən özümü bu sahədə görürəm yaxud da özümü necə və harada görürəm. Bu işi görsəm özümü necə hiss edərəm? Hər səhər bu işi görmək üçün yuxudan həvəslə qalxaram?

İkinci mərhələdə isə sualları bir qədər dəyişirik: Bu peşəyə yiyələnmək üçün məndə tələb olunan bacarıqlar var?

Hər iki mərhələnin yoxlamasından müsbət cavablar ala bilmisinizsə bu zaman böyük ehtimalla düzgün yoldasınız. Sual oluna bilər ki, bəs qalan kiçik ehtimal nədir? Bu, artıq yaş ilə əlaqədar olan hissədir. Çünki bəzi hallarda gənc yaşlarda edilən seçimlər yaşa dolduqca özünü doğrultmaya bilər. Bunun isə birmənalı olaraq çarəsi yoxdur. Gələcəyimizi planlaşdırmağa qadir olsaq da onu qabaqcadan görə bilmirik. Yox, siz hələ də ixtisas seçimində çətinlik çəkirsinizsə, buyurun, gəlin biz sizə kömək edək.

Sonda sizin hər birinizə öz sahənizin peşəkarı olmağı arzu edirəm. İmkan varkən ürəyinizin səsi ilə ağlınızın səsini birləşdirib orta dalğanı tapın. Axı kamil bir palançı hər zaman yarımçıq papaqçıdan yaxşıdır.

P.s.:Yolunuz düşsə Celt Coffeedə bir çayımızı içməyə də gözləyirik.

Xanım Xəlilova

CELT Xətai

(012) 496 45 76

(050) 588 15 18

xanim@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next