Heç də fərqli dil kimi düşünməyin!

Uzun zamandır müşahidə edirəm ki ingilis dili öyrənmək istəyən bir qrup insan belə bir sual verir ki, “siz hansı ingilis dilini öyrədirsiniz? Amerikan yoxsa Britaniya?”. Əziz izləyicilər! Əslində belə bir sualın özü çox da düzgün deyil. Hər ikisi eyni dildir sadəcə müəyyən xırdalıqlar var ki, onları ayırd etmək lazımdır. Belə ki, ilk öncə bu məsələnin…

Siz qerar verin,Biz dəstək olaq!

İngilis dilin öyrənib xaricdə təhsil almaq hər bir gəncin arzusudır.Kimi Avropa ölkələrini kimi isə qonşu ölkə olan Türkiyəni secir.Əksər hallarda secim cox oldğu üçün tələbərə coxlu sual yaranır.Hansı proqrama hazırlaşım,bir və ya iki sertifikatım olmalıdı mı və s.Bu məqalədə sizə məlumat verməyə calışacağıq. İlk əvvəl ingilis dili biliklərinizi artırmalısınız.Bizdən sizə məslət olaraq dil səviyyənizi B2…

İngilis dili bilməyin üstünlükləri

Beynimizi bir əzələ kimi düşünün. Onu nə qədər çox işlətsək, bir o qədər güclənir. Xarici dil öyrənmək isə beyni işlətməyin ən yaxşı yollarından biridir. Beyin yeni informasiyanı qəbul edir, daha sonra onu emal edərək bazasında saxlamağa çalışır. Bu mərhələdə isə yadda saxlanılmış informasiya istifadə olunmadığı müddətdə öz işləkliyini itirir və qəbul olunmuş yeni sözlər aktiv…

Böyük Britaniya tələbə vizası (TIER 4)

Əvvəlki bloqlarımızın birində Birləşmiş Krallıqda təhsil vizası adlanan TIER 4 viza haqqında qısa da olsa məlumat vermişdik. Bu yazımızda TIER 4 yəni uzun müddətli tələbə vizası haqqında bir az daha ətraflı danışmaq istəyirəm.  İlk olaraq qeyd etmək istərdim ki, əgər siz tələbə vizasına müraciət edirsinizsə: 16 yaş və ya 16 yaşdan böyük olmalısınız. Ali təhsil…

Təşəkkürlər, Mənim CELT Nərimanov Ailəm!!!

Cavidan hələ ümumi ingilis dili öyrənmək üçün gəldiyi ilk vaxtlardan CELT ailəsinin bir üzvünə çevrilmişdi. Onun üçün ingilis dilini öyrənmək şəxsi inkişafdan əlavə xaricdə təhsil məqsədi də daşıyırdı. Məqsədinə də çatdı. İndi o artıq Macarıstanın Debrecen şəhərindəki Debrecen universitetində foundation (hazırlıq) təhsili alır. Bir illik kursu bitirdikdən sonra Biznesin İdarə Edilməsi ixtisası üzrə bakalavr pilləsinə…

Viza ilə bağlı suallar.

Viza ilə bağlı suallar və cavablar – Salam, mənim adım Muraddır. Mən soruşmaq istəyirdim ki, universitetə başlamamışdan öncə vizaya istənilən vaxtı müraciət edə bilərəmmi və İngiltərə üçün viza turist vizası ilə eynidirmi?         (cavab) Salam Murad bəy ilk öncə qeyd etmək istərdim ki, Böyük Britaniya universitetlərində tələbə vizası turist vizasından fərqlidir. Tələbə vizası TİER 4…

Bir gün kursa gələndə baxdım ki, qəbul mərkəzində bizim Aliko oturub.

Bir gün kursa gələndə baxdım ki, qəbul mərkəzində bizim Aliko (Əliağa Yüzbaşov) oturub. Mənə dedilər ki nə edirsiz edin amma, Əliağanı Sabancı Universitetinə göndərin. Elə onda öyrəndim ki Sabancıya getmək həm Əliağanın, həm də ailəsinin arzusudur. İmtahana yollanarkən biz də ən az Əliağa qədər həyəcanlı idik. Çünki aylardır çəkdiyimiz əziyyətin bəhrəsini görəcəkdik. Daha sonra qəbul…

Məsuliyyətliliyi ilə bütün CELT kollektivinin rəğbətini qazanmış Nərgiz Məmmədli yazır:

Məsuliyyətliliyi ilə bütün CELT kollektivinin rəğbətini qazanmış Nərgiz Məmmədli yazır: “CELT kurslarını seçməyimin əsas səbəbi prestijli xarici universitetlərdə təhsil alan tanışlarımın ingilis dilini məhz burada öyrənib TOEFL və IELTS kimi imtahanlardan yüksək nəticə göstərmələri idi. 10-cu sinifdə oxuyarkən kursda ingilis dilini öyrənməyə başladım və qısa bir müddət ərzində dil bacarıqlarım nəzərə çarpacaq dərəcədə inkişaf etdi.…

Britaniya universitetlərinə gedən yol

Dünyanın ən qabaqcıl ölkələrindən olan İngiltərə, heç şübhəsiz, təhsil sahəsində də dünya liderlərindəndir. Burada dünyanın reytinq siyahısında adları çəkilən Oxford, Cambridge, Manchester, Southampton, İmperial College London kimi universitetlər yerləşir. Krallığın təhsil müəssisələri ümumilikdə 100-dən artıq Nobel mükafatına layiq görülüblər. Mükəmməl ingilis təhsilindən əlavə İngiltərə hökuməti tələbələrinə həftəlik 10 saatdan bir qədər artıq işləmək üçün icazə…

Top Universitetlərdə Təhsil

Günümüzdə şirkətlər üçün işçilərinin qlobal təcrübəyə, xarici dil biliklərinə və sosial bacarıqlara sahib olması çox önəmlidir. Top universitetlərin olduğu bu siyahıda hər il olduğu kimi yenə Amerika və Birləşmiş Krallıq ən yaxşı təhsil qurumlarına sahibdir. Ümumi olaraq ilk 200-də aralarında Hollandiya və Almaniyanın da olduğu ölkələr, İlgiltərədən sonra Avropanın ən yaxşı təhsil qurumları yer almışdır.…

Bakalavr və Magistr fərqli ixtisaslar

Bakalavr və Magistr dərəcələrində uyğunluq vacibdirmi? Əgər bakalavr dərəcəsini bitirdikdən sonra karyera dəyişikliyi etmək istəsəniz, narahatçılığa heç bir səbəb yoxdur. Bir çox universitet yüksək standartlarda olan qəbul şərtlərini saxlayaraq, bunu asan bir proses halına gətirib. Universitetlərin qəbul şərtlərini öyrənin İlk mərhələ müraciət edəcəyiniz universitetləri dəqiqləşdirmək, daha sonra isə ya həmin universitetlərin internet saytından ya da…

Niyə bəzi ölkələrin və universitetlərin təhsil haqqı digərlərindən daha bahalıdır?

Niyə bəzi ölkələrin və universitetlərin təhsil haqqı digərlərindən bahadır? Buna nə kimi amillər təsir edir?     Təhsilə verilən pul bəzən yararsız hesab oluna bilər, ancaq diqqətlə düşündüyünüz zaman həmin pulların gələcəyiniz üçün yararlı yatırım ola biləcəyini dərk edəcəksiniz. Xaricdə oxumaq istədiyiniz universitetin təhsil haqqının yüksək olması bu universitetin təchizat sisteminin, müəllimlərin savadının yüksək səviyyədə…

Xaricdə harda təhsil almalıyam: İngiltərə yoxsa İtaliya?

Xaricdə harda təhsil almalıyam: İngiltərə yoxsa İtaliya? Dünyada inkişaf etməkdə olan onlarla şəhər, ölkə, qitə olduğundan hazırda hansı ölkədə oxumaq seçimi həqiqətən də çətin və kifayət qədər çox vaxt sərf edilən bir prosesdir. Xaricdə təhsil almaq üçün ən çox üz tutulan məntəqələrə İngiltərə və İtaliyanın adını daxil etmək olar. Bu 2 ölkə arasında düzgün seçim…

TƏQAÜDLÜ TƏHSİL İMKANLARI

Bildiyimiz kimi son dövrlərdə Azərbaycanda xaricdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı kifayət qədər artmaqdadır. Bunun isə bir sıra səbəbləri var. Elə ən bəsit misal kimi, daha yüksək reytinqli universitetləri göstərmək mümkündür ki, tələbələrin gələcək kariyerasını müvəffəqiyyətlə qurmalarında bilavasitə rol oynayır. Lakin tələbələrin bu istəklərini yerinə yetirməsi bir sıra problemlərə görə gözlənilən qədər asan…