Heç də fərqli dil kimi düşünməyin!

Uzun zamandır müşahidə edirəm ki ingilis dili öyrənmək istəyən bir qrup insan belə bir sual verir ki, “siz hansı ingilis dilini öyrədirsiniz? Amerikan yoxsa Britaniya?”. Əziz izləyicilər! Əslində belə bir sualın özü çox da düzgün deyil. Hər ikisi eyni dildir sadəcə müəyyən xırdalıqlar var ki, onları ayırd etmək lazımdır. Belə ki, ilk öncə bu məsələnin…

TOEFL və IELTS eynilik və fərqlilikləri

Hər iki imtahan öyrənənlərin İngilis dili biliyini yoxlamaq üçün keçirdilir. Amma demək olmaz ki bunlar sadəcə dil biliyini yoxlayan bir imtahanlardır. Çünki burada imtahan verənlərin səriştəliliyi də mühüm rol oynayır. Məhz elə buna görə də imtahana hazırlaşarkən xüsusi ipuclarını bilmək vacibdir. TOEFL Amerika, IELTS isə İngiltərə bazalı imtahandır. Keçən əsrin 60-cı illərində Amerikalı olmayan tələbələr…

IELTS hazırlığına nə vaxtdan başlamaq lazımdır?

IELTS imtahanı beynəlxalq imtahanlardan biridir. İngiltərə bazalı bu imtahan əsasən universitet qəbulu üçün köməyə gəlsə də şəxsi inkişaf üçün də bu nəticəni əldə etmək olur. IELTS ümumi İngilis dili səviyyəsini ölçmək üçündür. Dörd hissədən ibarət olan imtahanda tələbələrin İngilis dilində yazı, oxu, dinləmə və danışıq qabiliyyətləri yoxlanılır. Hər bölmə üzrə ayrılıqda bal toplanıldıqdan sonra bütün…

İngilis dili bilməyin üstünlükləri

Beynimizi bir əzələ kimi düşünün. Onu nə qədər çox işlətsək, bir o qədər güclənir. Xarici dil öyrənmək isə beyni işlətməyin ən yaxşı yollarından biridir. Beyin yeni informasiyanı qəbul edir, daha sonra onu emal edərək bazasında saxlamağa çalışır. Bu mərhələdə isə yadda saxlanılmış informasiya istifadə olunmadığı müddətdə öz işləkliyini itirir və qəbul olunmuş yeni sözlər aktiv…

Böyük Britaniya tələbə vizası (TIER 4)

Əvvəlki bloqlarımızın birində Birləşmiş Krallıqda təhsil vizası adlanan TIER 4 viza haqqında qısa da olsa məlumat vermişdik. Bu yazımızda TIER 4 yəni uzun müddətli tələbə vizası haqqında bir az daha ətraflı danışmaq istəyirəm.  İlk olaraq qeyd etmək istərdim ki, əgər siz tələbə vizasına müraciət edirsinizsə: 16 yaş və ya 16 yaşdan böyük olmalısınız. Ali təhsil…

Təşəkkürlər, Mənim CELT Nərimanov Ailəm!!!

Cavidan hələ ümumi ingilis dili öyrənmək üçün gəldiyi ilk vaxtlardan CELT ailəsinin bir üzvünə çevrilmişdi. Onun üçün ingilis dilini öyrənmək şəxsi inkişafdan əlavə xaricdə təhsil məqsədi də daşıyırdı. Məqsədinə də çatdı. İndi o artıq Macarıstanın Debrecen şəhərindəki Debrecen universitetində foundation (hazırlıq) təhsili alır. Bir illik kursu bitirdikdən sonra Biznesin İdarə Edilməsi ixtisası üzrə bakalavr pilləsinə…

CELT Colleges artıq Nizamidə!

Celt Colleges Nizami ofisi artıq fəaliyyətə başlamışdır. Ofisimiz Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi 10 adresində yerləşir. Artıq Bakı şəhərində 13-cü CELT mərkəzi olan ofisimiz geniş dərs otaqları, kafesi və Cinema klubu ilə tam fəaliyyət göstərməkdədir. 2001 ci ildə yaradılmış CELT Colleges, ötən 18 ildə mükəmməl ingilis dili öyrənmə mühiti qurmağı bacarmış və bir çox Azərbaycanlı…

Bir gün kursa gələndə baxdım ki, qəbul mərkəzində bizim Aliko oturub.

Bir gün kursa gələndə baxdım ki, qəbul mərkəzində bizim Aliko (Əliağa Yüzbaşov) oturub. Mənə dedilər ki nə edirsiz edin amma, Əliağanı Sabancı Universitetinə göndərin. Elə onda öyrəndim ki Sabancıya getmək həm Əliağanın, həm də ailəsinin arzusudur. İmtahana yollanarkən biz də ən az Əliağa qədər həyəcanlı idik. Çünki aylardır çəkdiyimiz əziyyətin bəhrəsini görəcəkdik. Daha sonra qəbul…

Məsuliyyətliliyi ilə bütün CELT kollektivinin rəğbətini qazanmış Nərgiz Məmmədli yazır:

Məsuliyyətliliyi ilə bütün CELT kollektivinin rəğbətini qazanmış Nərgiz Məmmədli yazır: “CELT kurslarını seçməyimin əsas səbəbi prestijli xarici universitetlərdə təhsil alan tanışlarımın ingilis dilini məhz burada öyrənib TOEFL və IELTS kimi imtahanlardan yüksək nəticə göstərmələri idi. 10-cu sinifdə oxuyarkən kursda ingilis dilini öyrənməyə başladım və qısa bir müddət ərzində dil bacarıqlarım nəzərə çarpacaq dərəcədə inkişaf etdi.…

Memarlıq və memari mühəndislik

Memarlıq və memari mühəndislik ixtisaslarının hər ikisi tikinti sahəsinin əvəzolunmaz parçaları olsalar da, keçirilən dərslər və kariyera aspektləri baxımından bir qədər fərqlidirlər. Memari mühəndislər tikinti mühəndislərinin əsas keyfiyyətlərinə sahibdirlər. Bu baxımdan, bu peşəyə yiyələnən insanlar funksional dizaynla yanaşı aydınlatma və elektrik sistemlərinin mexanikası və quruluşu haqqındaki baza məlumatlarına da malik olurlar. Memari mühəndislər memarlarla sıx…

A level və hazırlıq dərəcəsi (foundation degree)

A level A level, digər adı ilə GCE (General Certificate of Education), sizi gələcək təhsilinizə aparan müxtəlif ixtisas fənləri əsaslı tədris sistemidir. A level İngiltərə, Uels, Şimali İrlandiya, Manş adalarında məktəbdən məzun olmaq üçün lazım olan əsas sertifikatdır. Bu sistem 1951-ci ildə İngiltərə təhsil nazirliyi tərəfindən təqdim edilib. Kembric və Edexcel tərəfindən keçirilən imtahandan alınan…

Britaniya universitetlərinə gedən yol

Dünyanın ən qabaqcıl ölkələrindən olan İngiltərə, heç şübhəsiz, təhsil sahəsində də dünya liderlərindəndir. Burada dünyanın reytinq siyahısında adları çəkilən Oxford, Cambridge, Manchester, Southampton, İmperial College London kimi universitetlər yerləşir. Krallığın təhsil müəssisələri ümumilikdə 100-dən artıq Nobel mükafatına layiq görülüblər. Mükəmməl ingilis təhsilindən əlavə İngiltərə hökuməti tələbələrinə həftəlik 10 saatdan bir qədər artıq işləmək üçün icazə…

Təhsil alacağınız xarici ölkəyə adaptasiya üçün bir neçə kiçik qayda

Xaricdə təhsil almaq həyatınız boyu qəbul edəcəyiniz qərarlar arasında ən ciddilərindən biridir. Təhsil almaq üçün xaricə gedərkən, ilk növbədə, bir qədər təmkinli olmaq lazımdır. Doğrudur, siz dilini, mədəniyyətini bilmədiyiniz yad bir ölkəyə düşmüsünüz lakin unutmayın ki, bu kifayət qədər normaldır və bir müddət sonra keçib gedəcək. Burada hər hansı bir problemlə üzləşdiyiniz anda yaxud da…

Bu yayınız fərqli olsun.

Gənclər vaxtlarını səmərəli keçirtmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Şagirdlər və tələbələr xüsusilə yay vaxtını gözləyirlər ki, istirahət etsinlər. Onlar üçün yalnız yay ayları münasibdir. Elə digər şəxslər də  istirahət etmək üçün yay fəslini seçirlər. Yay fəslini seçmək təsadüfi deyildir.Xaricə gedənlər təkcə istirahətə görə getmirlər. Məsələn, xaricdə üç ay  istirahət edənlər həm də müxtəlif mədəniyyətlərlə…

Top Universitetlərdə Təhsil

Günümüzdə şirkətlər üçün işçilərinin qlobal təcrübəyə, xarici dil biliklərinə və sosial bacarıqlara sahib olması çox önəmlidir. Top universitetlərin olduğu bu siyahıda hər il olduğu kimi yenə Amerika və Birləşmiş Krallıq ən yaxşı təhsil qurumlarına sahibdir. Ümumi olaraq ilk 200-də aralarında Hollandiya və Almaniyanın da olduğu ölkələr, İlgiltərədən sonra Avropanın ən yaxşı təhsil qurumları yer almışdır.…

Birləşmiş Krallıqda Hazırlıq ( Foundation) Proqramı Nədir?

İngiltərə və Azərbaycanda olan təhsil sistemi fərqli olduğundan Azərbaycanda orta məktəbi bitirmiş olan tələbələrin İngiltərədə universitetə qəbul şərtləri fərqlidir. Azərbaycanda məktəbdən məzun olan tələbələr İngilis təhsil sisteminə görə A level olaraq qəbul edilmədiklərinə görə birbaşa İngiltərədə təhsil almağa başlaya bilməzlər. Azərbaycanda məktəb məzunu olub, İngiltərədə təhsil almaq istəyən namizədlər həm ingilis dilini tüksək dərəcədə bilməli,…