Çexiyada tələbə olmaq

Çexiyada təhsil alan xarici tələbələrin əksəriyyəti buradaki təhsilin müsbət təsirləri mövzusunda razılığa gəliblər. Buradaki keyfiyyətli ali təhsil verən universitetlərin sırasında beynəlxalq statuslu tələbələrin ən çox məmnun olduğu universitet Brno University of Technology seçilib. Sıralamanı Charles, Masaryk, Palacky və Ostrava universitetləri davam etdirir.

Çexiyadaki tələbələr daha çox buradaki münasib qiymətlərdən məmnundurlar. Qalmaq üçün rahat yer tapmaq buranı sevdirən ikinci ən vacib səbəbdir. Mədəni zənginlik və çex universitetləri tərəfindən tələbələr üçün təşkil edilən rəngarəng tələbə fəaliyyətləri onların marağını yetəri qədər cəlb edir. Adətən yerli sakinlər çexlərin həyat tərzinə öyrəşmək üçün yeni gələn qonaqlara kömək edirlər. Müxtəlif ölkələrdən olan tələbələr Çexiya haqqında yazırlar:

Praqa imkanlarla dolu fantastic şəhərdir. Ətrafada mədəniyyətin bütün nümunələrini görmək mümkündür və ən əsası burada qiymətlər çox münasibdir. –İtalyan tələbə

Brno ucuz içkidən tutmuş əntiqə təbiət mənzərəsinə kimi axtardığınız hər şeyi tapa biləcəyiniz heyrətamiz şəhərdir. Bununla yanaşı Mərkəzi Avropada yerləşdiyinə görə buradan problemsiz səyahət etmək olur. –İspan tələbə

Amma hər yerdə olduğu kimi Çexiyada da oxumağın bir qədər mənfi tərəfləri var. Belə ki ümumilikdə tələbələrin ən çox şikayət etdiyi mövzu burada ingilis dilində təhsil almaq üçün seçimin bir qədər az olmasıdır. Bunun üçün seçim etməzdən əvvəl mütləq universitetlə danışıb seçilən ixtisasın ingilis dilində tədris edilib-edilməməsini dəqiqləşdirmək lazımdır.

Xanım Xəlilova                                                                                                       

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

14 thoughts on “Çexiyada tələbə olmaq”

  1. Salam mən bakalavrı Riyaziyyat müəllimliyi üzrə oxumuşam . Çexiyada magistr təhsili almaq istəyirəm ( İngilis dili üzrə ) İllik nə qədər ödəməliyəm və hansı Universitetə .

      1. Salam.Oglum 9-cu sinifdə oxuyur və stomatoloq olmaq istəyir.Bunun üçün hansi imtahanlari (Sat,ielts,imat və s)verməlidir ki, Avropadan endirimli tibb təhsili qazansin.Qeyd edim ki böyük oğlum sizin kursla hazirlasaraq comp science uzrə qəbul alib.Amma tibbdən xəbərimiz yoxdu

      2. Salam. Qeyd etdiyiniz bütün imtahanlar fərqli ölkələrin tələbləridir) İlk olaraq ölkə seçimini dəqiqləşdirməliyik. Zəhmət olmasa, +994509746564 və ya +994124964576 nömrələri ilə əlaqə saxlayın.