City University London haqqında bütün məlumatlar

City University London
Quruluşu: 1966 – Universitet statusu Kral Beratı
1894 – Northampton Institute
Gəlir: £ 6.1 milyon
Rektor: Professor Paul Curran
Tələbələr: 21.410
Yerləşdiyi yer: London, Böyük Britaniyanın Cənubi-Şərq Bölgəsi
Web saytı: www.city.ac.uk

City University London, Birləşmiş Krallıqda yerləşən dövlət araşdırma universitetidir. 1894-ci ildə “Northampton Institute” olaraq elm və sənətlər üzərində araşdırma və tədris aparmaq üzrə qurulmuşdur. II. Dünya müharibəsindən sonra 1957 “Northampton College of Advanced Technology (NORTHAMPTON CAT)” olaraq texnologiya üzərində universitet təhsili vermək və araşdırma aparmaq üçün yenidən qurulmuş və 1966-cı ildə bütün “CAT” statuslu təşkilatlarla birlikdə Kral Berat ilə universitet statusu verilmişdir və adı “City University London “‘a çevirmişdir.
İngiltərədə aparılan araşdırmalara görə, bu universitet mezunlarının məşğulluğu və qazandıqları ilk maaşları, sıralamalarda ən yüksək yeri tutur. City University rəsmi sənədlərinə görə universitetin strateji missiyası “Londonda iş idarəçiləri üçün və professional peşələr üçün təhsil, araşdırma aparmaqdır”. Bura İngiltərənin araşdırmaya böyük vəsaitlər ayıran universitetlər arasındadır.
Universitetin əsas kampusu Londonun Islington səmtində Northampton Square meydanında olmaqla yanaşı universitet kampusları şəhərin içinə yayılıb.
City University, London 7 məktəb şəklində təşkil edilmişdir:
“Şəhər Hüquq Məktəbi”. Bu məktəb tarixən vəkil təhsili üçün qurulmuş olan ” Məhkəmə Hüquq Məktəbini” özündə ehtiva edir.
“Tibb Elmləri Məktəbi”: “St Bartholomew Xəstəxanası Tib bacısı və Mamalıq Məktəbi” daxildir.
“İncəsənət və İctimai elmlər məktəbi”. Bu məktəb daxilində Jurnalistika Bölməsi var.
“Mühəndislik və Riyazi Elmlər Məktəbi”
” Sir John Cass Biznes Məktəbi”
“İnformatika Məktəbi”
Tibb, Diş Həkimliyi, hüquq, siyasət elmi və beynəlxalq əlaqələr, beynəlxalq təhlükəsizlik, musiqi və fəlsəfə sahələrində İngiltərə və dünyada ən əhəmiyyətli yerə malikdir.

Təhsil haqqı

Təhsil haqqı 2013 – 2014

İllik Payız semestri Yaz Semestri
Biznes £14,000 £6,000 £8,000
Komputer elimləri və Riyaziyyat £13,000 £5,570 £7,430
Mühəndislik £14,000 £6,000 £8,000
İqtisadiyyat, Siyasət, Psixologiya və Sosiologiya £12,000 £5,145 £6,855
Journalistika & Musiqi £12,000 £5,145 £6,855

Qəbul qaydaları

City University Londona ərizələrin qəbulu Universitetlərə və Kolleclərə Qəbul Xidməti vasitəsilə İnternet əsasında həyata keçirilir. Abituriyentlər özləri haqqında müxtəlif məlumatların saxlandığı səhifə açırlar. Lazımi sənədlər həmin sistemə yüklənir və müvafiq proqram üçün müraciət edilir. Müxtəlif proqramların fərqli tələb qaydaları olsa da, universitetlərin əksəriyyətinin tələbləri aşağıdakılara uyğun gəlir:
Niyyət məktubu – inşa şəkilində yazılan bu məktubda abituriyent proqrama nə üçün qəbul olunmaq istədiyini və bundan necə faydalanacağını göstərir;
Tövsiyə məktubları – akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktublardır;
Abituriyentin ingilis dilini bilməsini təsdiq edən sənədlərə – onların ingilis dilinə nə dərəcədə yiyələndiklərini təsdiq edən IELST və ya TOEFL imtahanlarının nəticələri aid edilir;
Əlavə sənədlər – buraya akademik və iş fəaliyyətini təsdiq edən, müxtəlif təcrübələr haqqında sənədlər daxildir.

Müraciət tarixləri

Payız Semestri/İllik 2013 – 2014 30 May 2013
Yaz semestri 2014 31 Oktyabr 2013

City University London, Tibb, Diş Həkimliyi, hüquq, siyasət elmi və beynəlxalq əlaqələr, beynəlxalq təhlükəsizlik, musiqi və fəlsəfə sahələrində İngiltərə və dünyada ən əhəmiyyətli yerə malikdir.

City University Londonun məşhur məzunları

Liu Mingkang – Çin siyasətçi və iş adamı, Çin Banking Tənzimləyici Komissiyasının cari sədri, Çin İnkişaf Bankının keçmiş vitse-prezidenti

Cəvahirləl Nehru – Hindistan Respublikasının Birinci baş naziri
Aris Spiliotopoulos – Yunan Turizm naziri
Marqaret Tetçer – 1979-cu ildən 1990-cı ilə Böyük Britaniya Baş naziri, Hüquq Məhkəməsi Məktəbinin bitirmişdir
Houda Nonoo – ABŞ-ın Bəhreyndəki səfiri
Stav Shaffir – İsrail Knessetinin gənc üzvü, sosial ədalət hərəkatının lideri
Clement Attlee – 1945-ci ildən 1951-ci Birləşmiş Krallıq Əmək Baş naziri
Herbert Henri Asquith – 1908-dən 1916-cı Böyük Britaniyanın Liberal Baş naziri
Toni Bleyer – 1997-2007-ci Birləşmiş Krallıq Baş naziri, Hüquq Məhkəməsi Məktəbini bitirmişdir
Roderic Bowen – Uels Liberal Partiyası siyasətçi
Jody Dunn – Liberal Demokrat siyasətçi, ailə hüququ üzrə ixtisaslaşan bir vəkil
Sir James DUTTON – Royal Marine ümumi və Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri keçmiş komandir müavini
Chloe Fox – Avstraliyalı siyasətçi,
James Hart – London Polis Şəhər Müvəkkil
David Heath – Siyasətçi
Məhəmməd Əli Jinnah – Pakistanın banisi, Pakistan ilk general-qubernator
Syed Kamall – London Avropa Parlamenti seçki dairəsi üzrə Mühafizəkar Partiyalı siyasətçi və Avropa Parlamentinin üzvü.

2 thoughts on “City University London haqqında bütün məlumatlar”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.