285 Sual & Cavab

  1. Salam,men sifirdan ingilis dili kurslarina yazilmaq istiyirem,yaxin olan Xetai filialidi,ayliq ödeniş ne qederdi? Birdeki serbest ders günleri olur sizde?Növbeli işle elaqedar olaraq teyin edilen günlerde qatila bilmirem,teşekkür.

  2. Salam, Mən Qərbi kaspi universitetində 1ci kursda ingilis dili müəllimliyi ixtisasını oxuyuram , 3/4 kursda ielts imtahanı verib təhsilimi xaricdə davam edə bilərəm?
    1. Hansı ölkələrdə ?
    2.və təhsil haqqı təxmini nə qədər ola bilər ?

  3. Salam.Mən halhazırda 8 ci sinifdə oxuyuram.iNGİLİSCƏ səviyəm intermediate və upper intermediate arasındadır.Mən 10 11 ci sinifləri amerikada oxumaq həmçinin universiteti də orada oxumaq istıyirəm birinci olaraq 10 11 i amerikada oxumaq üçün mənə hansı sənədlər lazımdır təqaüdlər olurmu və bu zaman mən host family deyilən bir anlayış eşıtmişəm.Bir ailə yanında qalmaq söhbəti var bildiyimə görə.Mənim ücün halhazırda vacib olan 10 11 i orada nece oxuya bilerem?

  4. Mən təyyarə mühəndisliyin bitirmişəm.
    Türkiyədə magistratura təhsili almaq istəyirəm.ortalama ilə qəbul ola biləcəyim bir universitet varmı? Ortalama 85-dir

  5. Salam..Men Tarix-cografiya muellimliyini oxuyuram bu il qutariram magistr təhsilimi Türkiyədə oxumaq üçün ne etməliyəm?Sakarya universitetində mümkündürmü?

  6. Salam men xaricde macaristanda magistr tehsili ile maraqlaniram.GPA balim 74.56 di bununla mumkun olurmu?xahis edirem cavablandirirasiniz

  7. salam. men beynelxalq munasibetler ve iqtisadiyyat uzre oxuyuram. magistr uzre italiyada oxuya bileremmi ve hansi universitetlerde ve ne uzre? tehsil haqqlari ne qeder olur? olursa neler lazimdir bunun ucun?

  8. Salam.SAT imtahani haqqinda melumat vere bilersizmi? Hansi fenlerdir? Reqionlarda hazirliq varmi? Ayliq odenis necedir?

  9. Salam mən indi Incəsənət kollecində 2-ci kursdaTeatr Dekor Sənəti fakültəsində tehsil alıram . Hansı ölkələrdə ödənişsiz təhsil ala bilərəm bakalavr üzrə ? Əgər mümkün deyilsə Azərbaycanda hər hansı bir universtden məsələn ADRA dan 1- ci kursdan sonra getməy olar?

  10. (DÜZLƏİŞ OLUNMUŞ) salam özüm 9 sinifi bitirmişəm və orta təhsildən məzun olmuşam sonra isə bərbərlik peşəsi ilə marağlanıb 1illik peşə liseyindən məzun olmuşəm və hal hazırda işləyirəm sonra isə eksternat imtahan verərək tam orta təhsili bitirmiş oldum 11 illik atestatı alaraq indi isə incəsənət ünivertetinə qəbul olmaq istəyirəm əgər qəbul olsam 1 ci kursun ilk tətilində work and travel mümkündürmü ? özüm ingiliscəni advanced level olaraq danışabilirəm 6 ildirki və əsgərliyə yararsıq olaraq olaraq yazılsam problem olmaz ? təşəkkürlər yaşım 17

  11. salam. men kollec oxuyuram indi hal hazirda.men ing dilinden 4 cu leveldeyem. ielts a hazirlawmaq ucun nece ay mene bes eder? scholarship den qeydiyyatdan kecdikde attestatin qiymetleri yazilmalidir hokmen?

  12. Salam, oğlum Texniki Universitetdə 3-cü kurs tələbəsidir, ixtisası tibbi avadanlıqlar üzrə mühəndis, bu ixtisas üzrə Türkiyədə maqistraturada oxumaq arzusu var. Belə bir ixtisas üzrə ətraflı məlumat verə bilərsiniz? Hazırlıq kursu barədə də yazın zəhmət olmasa(qiyməti, tarixi).Əvvəlcədən təşəkkür edirəm

  13. Salam, men Macaristanda teqaudlu tehsil almaq isteyirdim, bunun ucun mene ne lazimdir? ne senedler ve hara gondermek?

  14. Salam yos imtahani ilə Türkiyədə tibb təhsil almaq istəyirəm illik təhsil haqqı və aylıq xərcləri deyə bilersizmi birdə viza isdirlermi

  15. Salam sat imtahanini necenci sinifde vermek olur? Turkiyede cerrahliq oxumaqcun?hansi fenler kecerilidir?hacitepe unversitesine nece bal lazimdi?xais bize cavab yazin

  16. Salam.Mən Attestatla Türkiyədə təhsil almaq barədə maraqlanıram Gazi Üniversitesinde Tehsil almaq üçün hansı sənədlər lazımdır?

  17. Mən 7 ci sinifdə oxuyuram.gələcəkdə yüksək IELT və SAT vermək ücün indidən nədən başlamalıyam? İngilis dilindən yaxşıyam..mənə məsləhət verin zəhmət olmasa.

  18. Salam,
    men xaricde Master-a apply elemey istiryirem. Ozum onu eliye bilmeyeme gore size muraciyet etmey isteyirem. Tehminen sizin komeyiniznen necheye basha geler.
    Hormetle, Fikret

  19. Salam, men Londonda dil kursuna getmek isteyirem. Evvela 2 ayliq dil kursunun qiymetini oyrenmek isteridm. Ikinci sualim ise beledir; men hech bir Avropa olkesine seyahet etmemishem, ishlemirem. Ancaq orda qalmaga da yer var. Sizce viza almaq problemi ola bilermi?

  20. Salam mən psixologiya üzrə distant tehsil almaq isteyirem Türkiyədə mümkündürmü? Ödəniş və imtahanlar barede bilgi lütfen

  21. Salam. mən uzun illərdir ki, İB Diplom proqramı üzrə alman dili müəllimi işləyirəm. Sizin kursun Əcəmi və ya Elmlər filialında işləyə bilərəmmi?Ehtiyac varmı?

  22. Cənab Fərid, Ərəbistanla işləmədiyinizi dediniz.
    Bəs mən Ərəbistanda doktorantura təsili almaq barəsində məlumatı hardan ala bilərəm, kimə müraciət edə bilərəm?
    Xaiş edirəm mənə məlumat verəsiniz.

  23. Salam men magistr tehsili alıram Almaniyada dokturantura ve ya yeniden magist oxumaq isteyirem dövlet universitetlerinde ödenişsız. Bunun üçün şertler nedir

  24. Salam.Qəbul balım 400,attestatım isə 4.2 dir.Bu göstəricilərlə,Türkiyədə top 10 da olan universitetlərdən birində kompyuter mühəndisliyi təhsili ala bilərəm?

  25. 1.Almaniyada ve italiyada fizika ixtisasi ve ya ona yaxin ixtisaslar uzre teqaudle master tehsili mumkundur?
    2.Fizika ixtisasi uzre ve ya ona yaxin ixtisaslar uzre teqaudle master tehsili almaq hansi olkeleri meslehet gorerdiz?

  26. salam hərvaxtınız xeyir! mən bakalavr tarix bitirmişəm. ammm magistrı aerospace engineering (uzay mühendisi) oxumaq istəyirəm. bu mümkündür? özəl və ya dövlət fərqi yoxdur. değilse uzayla bağlı olan yəni buna çox yaxın hansı bölümdə oxuya bilərəm? xahiş edirəm cavablandırın. əvvəlcədən Təşəkkürlər!

  27. Salam
    1)Amerikada tibb oxumaq üçün hansı universitetlər məsləhətlidir ?
    2)11i bitirdikdən sonra bir başa orada oxumaq üçün hansı imtahanları verməliyəm?
    3)Keçid balları və illik təhsil haqqı nə qədər olur?

    • Salam,

      1. Universitetlər çoxdur, balınıza görə seçim edilir
      2. Birbaşa oxuya bilmirsiz, mütləq orda öncə tibbə yaxən sahə oxumalısız 4 il, ondan sonra tibb oxuya bilərsiz, SAT imtahanı gərəklidir
      3. SAT imtahanından 1600 üzərindən 1450+, təhsil haqqı 30.000 dollardan başlayır

  28. Salam.Almaniyada foundation’a getmek uchun mene hansi senedler lazimdir? IELTS’den bashqa daha hansi imtahani vermeliyem?

  29. Salam, mən BSU da alman dili müəllimliyinin 2 ci kursunda oxuyuram. Deyə bilərsinizmi, dövlət hesabına imtahanla almanyada tehsilimi davam etdirə bilərəm?

  30. Salam. Sualım biraz uzundur –
    1)Sadəcə 11 İllik orta məktəb sənədi ilə * Atestat * ile Almanyada təhsil ala bilərəmmi?
    2)Mümkündürmü ki Almanyaya gedib 1-il founadtion year edib ondan sora tehsile davam edib üniversitetde pullu ; pulsuz : qiyabi ; eyani şekilde oxumaq?
    3)Əgər olarsa onda nolacaq bəs? Təkrar olaraq Almanyada 12-13 oxunacaq?
    4)Yoxsa necə zəhmət olmasa məlumat verərdiniz. Təşəkkürlər.

  31. Salam,Men BDU Beynelxalq iqtisadiyyat ixtisasini bu il 89% ortalama ile bitirmisem..UKde teqaudle tehsil
    Almaq mumkundurmu?mumkundurse IELTS min nece bal toplamaliyam?Onceden teshekkurler

  32. Salam.Mən bu il 685 balla BANMa qəbul olmuşam.Bir illik təhsil aldıqdan sonra İELTS alıb xaricdə təhsil almaq istəyirəm.Proseslərin avtomatlaşdırılması muhəndisliyi və ya türkcə desək kontrol ve otomasyon mühendisliği hansı universitetlərdə var?

  33. Salam. SAT ile 2ci kursda ADA’ya verdikde foundation oxuyacam? Ve hansi shertler altinda pulsuz oxuya bilerem? SAT’ye hazirlashmaqcun ne qeder vaxt lazimdir? Teshekkurler.

  34. Salam eleykum men Azerbaycanda asef zeynalli musiqi kollecin bitirirem Ve Istanbul da vəya Basqa daha yasam sertlerine gore Izmir ve Ankara ola bilirse orda konservatoryada oxumaq isteyirem…mene komek ede bilersinjz bunun ucun ne etmeliyem?yeni necə hazirlasmaliyam nə hazirlasmaliyam sənət vəya ora qəbul hansı qayda iledi və daxil olarken pul kocurmeliyem? və pulsuz oxumaq olarmı?özüm isə Tar ifa edirəm.

  35. Salam.Mən 1ci kursda oxuyuram.Bu il bittikdən sonra imtahan verip turiye universitetinə qəbul ola bilərəmmi?
    Zəhmət olmasa cavablandırardız

  36. Salam. Men Qazaxstanda Kazaxskiy universitet putey soobsheniya universitetinde qiyabi tehsil alsam Azerbaycanda hemin universitetin diplomun tesdiqi mumkundur?

  37. Salam. Bağışlayın bir neçə sualım olacaqdır. Almaniya da dövlət universitetlərindən hansıları məsləhət görürsünüz? Mexanika mühəndisliyi üzrə və təhsil alman, ingilis dilində olanlar (Yəni hələ dili seçməmişəm ona görə). Cavablasanız sevinərəm. Öncədən təşəkkürlər.

  38. SALAM.Mən türkiyədə polis akademiyasını oxumaq istəyirəm.Zəhmət olmazsa məlumatlandırın.Öncədən təşəkkürlər

  39. Salam
    Mən bakalavr biologiya muəllimliyini bitirmişəm və Turkiyenin Mersin şəhərində ixtisasima yaxin her hansi fakulte uzre təhsil ala bilərmi?
    Pulsuz təhsil almaq üçün nə etməliyəm? Sualima tezliklə cavab versəz sevinərəm .
    Diqqətinizə gorə indiden təşəkkür edirəm..

  40. celt kursunda imtahan ile endirim var olacaq? birde ayliqi neqederdir ? ve SAT imtahanile ile Azerbaycan universitelerine qebul ola bilerem

  41. Salam mən 1ci kursu bitirib gedə bilərəm Almaniyaya?(tibb üzrə)
    Və ortalamam yüksək deyəndə təxmini nə qədər olmalıdı?

  42. Salam
    Kanada Queen’s University Belfast təqaüdlə təhsil barədə maraqlanıram .Zəhmət olmasa hansı şərtlər qarşılığında mümkünlüyü barədə məlumat göndərərdiniz

  43. Salam universitet gpa 67dir.Atestat qiymetleri ortalama 4den yuxaridir.Almaniyada bakalavr tehsili almagim mumkundurmu?Yani bilmek istediyim universitet qiymetleri ne qeder onem dasiyir bakalavr ucun.Onceden tesekkurler

  44. Salam aleykum.Almaniyada Psixologiya ixtisası üzrə magistratura təhsili almagı planlaşdırıram.Bu il 4cu kursdayam bilmək istərdim bunun üçün nə zaman müraciət etmək lazimdır? PS: gpa 83-dur ödənsiz təhsil almaq mümkündürmü?Öncədən teshekkürlər!

  45. Salam. Tibb üzrə rezidentura üçün xarici ölkələrdən hansını daha çox tövsiyyə edərdiz Türkiyə və Almaniyadan başqa,. Ancag maaşli bir yer istiyərəm

  46. Salam/Cavab verseniz sevinerem.Tibb tehsilini xaricde davam etdirmek yalniz uni ni bitirdikden sonra mumkundur?Yoxsa burada min 2il oxumag kifayetdir?Birde rezidentura ucun turkiyeden basq avropa ve ya ABS da illik tehsil haqqi barede melumat vere bilersiniz?

  47. Salam men ukraynada bakalavr tehsili aldiram bitirdikten sonra eyer ielts neticem olsa italiyada veyaxud almaniyada tehsil ala bilerem magistr ve ukraynada her hansi kursa ielts ucun hazirliga getsem bu mumkun olar?

  48. Salam psixoloq ixtisasina telebat ne qederdir? Hansi olkelerde oxumaq elverislidir bu ixtisasi?(mumkunse odenissiz)bir de onumuzdeki iller erzinde hansi peselere telebat artacaq ?

  49. salam. Mən 10-cu sinifdə oxuyuram. Şəki şəhərində təhsil alıram.İstəyirəmki Toefl kursunu keçmək istəyirəm necə kursa yazıla bilərəm,

  50. Sala. Mən sizi bəzi suallarıma görə narahat edirəm. Deyək ki, bir uşaq Azərbaycanda hüquq fakultəsini bitirir və Böyük Britanyanın İngiltərə öljəsində magistr oxumaq istəyir. Və məndə sizdən ingiltərədə magistr üçün ən əlverşili variantı deməyinizi istəyirəm. Yəni həm təhsil haqqı baxımından, həm də universitetinin diplomunun geçərliliyindən və s. Və əgər orada mən magisrtı bitirsəm orada normal hüquqsünas kimi ya dövlət orqanlarında yada hansısa bir şirkətdə işdiyə bilərəm?

    • Salam. UK magistr hüquq üçün İELTS 7 və yuxarı olmalıdır. Hamının təhsil haqqı ən azından 14 min funtdan başlayacaq. Orda işləmək çox çətindir. Xüsusi praktika programları var ama xaricinin orda hüquq lizensiyası alması çox çətindir. Eyni zamanda orda demək olar ki UK İş icazəsi vermir. Xəbəriniz olsun.

    • Salam. Tibb almancadır. İlk öncə Alman dilindən TESTDAF imtahanı verməlisiniz B2 səviyyəsində sonra bir il orda hazırlıq akademik sonra uni.

  51. Salam,men Baki Dovlet Universitetinin Beynelxalq munasibetler ve iqtisadiyyat fakultesinin Dunya iqtisadiyyati ixtisasina qebul olmusam.Bu ixtisas uzre Avropa olkelerinin hansinda magistr uzre teqaudlu tehsil ala bilerem.Bir de teqaudlu tehsil demek universitete pul odememek demekdi?

    • Salam. Xaricdə oxumaq üçün güclü yəni yüksək GPA və İELTS lazımdır. Təqaüd normalda yoxdur ama çox vaxtınız var o vaxta kimi yaxşı təcrübəniz də olsa unilər verə bilər.

  52. Salam. Mən bilmək istəyirəmki Almaniya İsveçrə kimi Avstriyada da təhsil almaq üçün hegigetende
    Bank hesabimda 7000 -8000avro pul olmalıdır? Əgər mən həmin bu və ya basga ölkələrin universitetinde full scholarship qazansam necə? Məsələn Almaniyada tehsil pulsuzdur. Mən orada bu pul olmadan təhsil ala bilərem?

    • Salam.
      1. Almaniyada belə təqaüd qazansanız banka ehtiyac yoxdur.
      2. İsveçrədə elə bir şey yoxdur. Bank hesabını burdan göstərirsiniz. İsveçdə və Norveçdə elə bir şey var. Daha doğrusu Skandinav ölkələrinin hamısında elədir.
      3. Avstriyada burdan göstərirsiniz. Orda hesab açmaq kimi bir şey yoxdur.

    • Salam. Bəzi unilər Bakıda imtahan keçirir. Məsələn istanbul uni və ya Ankara. Onların Bakıdakı tarixlərini izləyin

  53. salam bil.ek isterdim turkiyede magistr tehsili almaq ucunde xarici dil teleb olunurmu yeni xarici dilde imtahan vermelisenmi men magistaturayi turkiyede oxumaq isteyirem

    • Salam. İngilis dilindədirsə ya TOEFL ya da öz imtahanlarını verməlisiniz. keçə bilməzəsniz bir il hazırlıq. Bundan əlavə dövlər uniləri ALES imtahanı da istəyəcək.

  54. Salam . 11ci sinifdən birbaşa Macarıstanın Debrecen universitetinə daxil olmaq üçün nə etməliyəm? qəbul olmaq nə dərəcədə çətindir ?

    • Salam . 11ci sinifdən birbaşa Macarıstanın Debrecen universitetində Tibbə daxil olmaq üçün nə etməliyəm? qəbul olmaq nə dərəcədə çətindir ?

    • Tibb üçün əvvəl dediklərimdən əlavə imtahan verəcəksiniz orda. İmtahandan keçə bilməsəniz bir il tibb hazırlıq sonra tibb

  55. Salam.Mən 11ci sinifdəyəm və xaricdə tibb təhsili almaq istəyirəm.Bir il ərzində sat la tam hazırlaşıb ödənişsiz və ya burslu təhsil ala bilərəmmi?İngilis dili seviyem intermedate dir.Ya da DİM balıyla xaricdə təhsil almağım mümkündürmü?

    • Salam. DİM ilə heç yer mümkün deyil. Özəllər var onlar onsuz attestatlada qəbul edir. SAT də alsanız təqaüd yoxdur. Ən yaxşısı yüksək SAT ilə dövlət unilərinə girərsiniz təhsil haqqı az olar. Pulsuz tibbdə mümkün deyil.

  56. Salam, Men hazırda Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsi üzrə 4-cü kurs tələbəsiyəm. Magistr tehsilimi Türkiyədə oxumaq istəyirəm Akdeniz Universitesti Turizm və otelçilik üzrə. Həm attestat, həm də universitetə qəbul balım yüksək olub. Bilmək istəyirem qeyd etdiyim universitetə təqaüd qazanmaq şansı var mı? əlavə hansı imtahan verməliyəm? Zəhmət olmasa cavablandırardız. Əvvəlcədən təşəkkürlər.

    • Salam. Təqaüd yoxdur ama qəbul üçün ALES imtahan nəticəsi lazımdır. Universitet ola bilər ki özü sizə təqaüd versin. Akdeniz bəzən verir.

  57. Salam,men Turkiyede magistr oxumaq isteyirem,ingilis dilinde.bunun ucun hem ales imtahani hem de toefl vermeliyem?toefl derslerine girmek ucun upper intermediate olmaq lazimdir ancaq men hele zeifem celte gelib seviyyemi uppere catdirib ondan sonra toefl derslerinde otura bilerem?upper’e normal nece ayda catmaq olur?

    • Salam. Bəli magistra qəbul üçün ALES lazımdır. Sonra programınız ingilis dilindədirsə TOEFL lazımdır ya da hazırlıq oxumalısınız. CELT də hazırlaşa bilərsiniz ama dəqiq bitirmə tarixi ancaq test verdikdən sonra demək olar. Belə hər səfiyyə 3 nəfərlik qrupda 3 aydır.

  58. mən beyin cərrahı olmaq istəyirəm.Atu nu qurtardiqdan sonra hansi xarici ölkədə hansı universitetdə necə il oxumalıyam.ən yaxsı universitet hansıdır

    • Normal tibbi bitirdikdən sonra rezidentura etməlisiniz. hər yerdə iki və ya 3 ildir. Buna qəbul çox çətindir. Hər ölkənin öz imtahanları var. Məsələn türkiyə TUS imtahanı ABŞ da USMLE imtahanıdır.

  59. Salam. Mən bu il 11i bitirdim. Azərbaycandakı universitetin neçənci kursunnan sora onu xaricdə davam elətdirməy olur və ixtisas da burdakına uyğun olur?

    • Salam. 11dən bir başa xaricdə bakalavr başlaya bilərsiniz. Burda birinci kursdan sonra da gedənlər çoxdur.Transfer olmayacaq o birilərində sıfırdan başlayacaqsınız. Məsələn UK də burda bir il oxusanız orda üç il oxuyacaqsınız ama Amerika və türkiyəd burda neçə il oxusanız orda yenə 4 il oxuyacaqsınız.

    • Salam. Tibb almancadır. İlk öncə alman dilini bilmək lazımdır. bəli ödənişsizdir. ama təqaüd yxodur yəni yaşamı özününz ödəməlisiniz.

  60. Salam,men 3cu kursda oxuyuram ve bakalavr bitirdikden sonra xaricde master oxumaq isteyirem.Hal hazirda psixologiya tehsili aliam ve masterin de bu istiqametde olmasini isteyirem Qebul formasi ile nece tanis ola bilerem ve teqaud almagim neden aslidir?Zehmet olmasa melumat vererdiz

    • Salam. Qəbul üçün İELTS imtahanı nəticəsi 6.5 və yaxşı bakalavr qiymətləri lazımdır. Eyni ilə təqaüd üçün. Bunları mütləq etməlisiniz. Ofisimizə yaxınlaşıb həm dil sınağı həm də xaricdə təhsil proqramları ilə ətraflı tanış ola bilərsiniz.

  61. Salam. Almaniyada təqaüdlü magistr təhsili üçün nə tələb olunur? Ofislərinizə bununla bağlı məsləhət almaq üçün ən tez bakalavr təhsilinin hansı mərhələsində müraciət etmək lazımdır?

    • Salam. Bizdə baş ofis olmur. Sizə ən yaxın ofisə gedə bilərsiniz ama xaricdə təhsil xidməti İçəri Şəhər, 28 May, Nərimanov və Gənclik ofisindədir sadəcə.

  62. Здравствуйте, я хочу узнать сколько стоит курс английского языка за месяц? С 0 уровня

    • Qiymtələri təssüf ki burda yaza bilmirik. Qiymətlər üçün ofislərimizə zəng və ya facebookdan mesaj yaza bilərsiniz. Anlayışınız üçün təşəkkürlər

    • Yəni ingilis dili kurslarımızı nəzərdə tutursunuz. Tam nə demək istədiyinizi bilmədim. Üzrlü sayın.

    • Salam. TQDK yalnız orta və kiçik şəhərlərdəki Türkiyə uniləri tanıyır. Başqa yerdə keçərli deyil. Onlar az ödənişlidir yəni ödənişsiz deyil. Təssüf ki TQDK ilə bu qədər mümkündür.

    • Salam. Xaricdə hansı pillləni oxumaq istəyirsiniz?   Bakalavr yoxsa Magistr? hazıkı təhsil pilləniz və İngilis dili biliyiniz nə yerdədir? Bir başa məsləhət üçün İçəri Şəhər 012 492 68 53, 28 May 012 441 3665, Nərimanov ofisi və ya Türkiyə üçün Fərid m 050 503 5939 nömrəsi ilə ala bilərsiniz.

    • Salam. Belə bir xidmətimiz yoxdur ama onu bilirəm ki rezidentura üçün Norveç dilini bilmək lazımdır.Əlavə imtahanları mütləq var ama bir məlumatım yoxdur

  63. Slaam.men azerbaycan texnologiya univertetinde senayenin tes ve id,e ixtisasi uzre 2 il evvel mezun olmusam.Amerkada odenisli her hansi bir univertetde oz ixtisasima uygun tehsil ala bileremmi?

    • Salam. Əlbəttə ala bilərsiniz. Qeydiyyat və qəbul üçün ofismizə yaxınlaşın. ya da zəng edin. İçəri Şəhər, 28 May və Nərimanov ofisləri.

    • Sırf ingilis dilində deyirsinizsə bəli ama yenə bir il hazırlıq oxuyacaqsınız. Ama başqa dillər üçün lazım deyil. Məsələn ~türk dilində təhsil üçün TÖMƏR lazımdır və ya hazırlıq və ya burda türk dili testi.

  64. Salam, İelts imtahanına hazır olmaq üçün neçə ay dərslərdə iştirak etməliyəm? Bilirəm fərqli müddətə nəticə alına bilər ortalama neçə aydı? Ən başdan başlıyacağımı nəzərə alın

    • Salam. Sıfır ingilis dilindən başlasanız 10 aya ancaq 4 səfiyyə bitirərsiniz yəni standard gəlsəniz həftədə 3 dəfə və qrupda. Sonra 6 ayda İLETS lazımdır 6.5 üçün. 16 ay 1.5 il nəzərdə tutun ümumi olaraq. Ama çox tələbə İELTS 3 aya bitirir. Hamısı sizin necə öyrənmənizdən nə qədər vaxt sərf etmənizdən nə qədər oxuma anlama gücünüzün olmasından asılıdır. Əgər biri Az və ya Rus dilində yaxşı oxuyub anlaya bilirsə yaza bilirsə demək İngliscədə asanlıqla edəcək. Çox zaman təssüf ki tələbələrin gec öyrənməsi dil ilə deyil öz dilində oxuma və akademik yazma və anlamasının zəif olması ilə əlaqədardır. Və qramamtika çox zəifdir. Bunlar hamı sizin öyrənmə prosesinizə təsir edir. Təssüf ki orta məktəblərimizdə inşalar yazmırıq. Oxuma analizi yoxdur.

    • Salam. Vork and travel deyirsinizsə bunun üçün tələbə olmaq lazımdır. Qeydiyyat üçün Nərimanov ofisinə zəng edin. Başqa staj programımız yoxdur.

  65. Salam.Xaricdə təhsil almag üçün İELTS lazımdı.Bide tehsil haqları ne qederdir bidene zehmet olmasa diyersinizde.Çox sagolun.

    • Bəli İELTS lazımdır. 6.5 və təhsil haqqı hər ölkəyə görə fərqlidir. Türkiyə min manatdan başlayır. Avropada ən ucuz 1000 avro Almaniyada.

  66. Salam. İllik təhsil haqqisi münasib olan ölkələr hansılardır? Əvvəl də qeyd etdiyim kimi ielts 6.5 balim var. Təxminən 1000 1500 avro arası uniler. Və ölkələr adətən bank hesabında nə qədər pul tələb edir?

    • Türkiyə, Polşa, Almaniya. Təbii baxır ixtisasınıza onun həmin ölkədə ingilis dilində olub olmamasına və hansı dərəcə almanıza.

  67. Salam. Mən Almaniyada bakalavr oxumaq istəyirəm. Burda universiteti bitirirəm artıq(gpa 67). İmtahanı vermişəm. Ielts 6.5 im var. Xahiş edirəm kömək edərdiniz. Scholarship tapa bilərəmmi? Yoxsa ancaq pullu? Və yaşayış xərcləri necədi?

    • Salam. Reallıq budur ki Almaniyada bu GPA ilə təqaüdsüz qəbul belə mümkün deyil dövlətlərə. özələ qəbul ola bilərsiniz. Mən sizə Şərqi avropa unilərinə yönəlin deyərdim. Macarıstan Polşa daha yaxşı olar sizin üçün ya da Almaniyada illik 12 min avroya özəllərdə oxuya bilərsiniz. Əlavə məslət üçün Baksovet və ya 28 may ofisinə zəng edin.

    • Salam. Distant yoxdur. Distant üçün ya UK və İELTS lazımdır ya da Türkiyədə türkçə və ya İngiliscə. Əlaqə 050 503 5939

  68. Salam mən xaricdə, yəni bu ölkələrin birində: İtaliyada, ABŞ-da, İngiltərədə, Qətərdə, Ərəbistanda ödənişsiz (təhsil haqqı ödəmədən) doktorantura təhsil ala bilərəm?

    • Salam. PhD dünyanın çox yerində pulsuzdur onsuz. Yəni PHD təqaüdsüz oxumaq da məntiqli deyil. Ama eyni zamanda qəbulu çox çətin və sizin görə biləcəyiniz işdir. Biz Türkiyə üçün ödənişli PhD qəbulu apara bilərik ama qalanları demək olar ki sizin bacarığınızdan asılır. Yəni ABŞ üçün güclü təcrübə GRE və super proposal lazımdır.TOEFL da təbii.

  69. Salam mən sizdə SAT kursları haqqında maraqlanırdım,xahiş edirəm ətraflı qiymət barədə də yazasınız.

  70. salam. men 2ci kursda tehsil aliram. gostericilerim de kifayet qeder yuksekdi. bilmek isterdim ki, neft qaz muhendisliyi uzre hansi olkelerde ve ya hansi universitetlerde teqaudle tehsil ala bilerem? bir de meselen qebul olunduqdan sonra davamedici olaraq tehsil aliriq yoxsa birinci kurs olaraq?

    • Salam. Transfer olaraq çətindir ama sıfırdan 3 illik təhsil ala bilərsiniz. Bakalavr üçün pulsuz ölkə yoxdur təssüf ki. Ama magistr üçün Almaniya və Avstriya var.Baklavr UK USA və Canada onlar da ödənişlidir.

  71. Salam.Men sadece DİMin qebul imtahanında iştirak elemişem.Hemin imtahan neticesi ile xaricdə təhsil almaq mümkündür?Teşekkürler.

    • Salam. Yüksək baldırsa bəli Türkiyəyə gedə bilərsiniz. Fərid m əlaqə saxlayın. 050 503 5939

  72. salam. Mən Türkiyədə magistr təhsili almaq istəyirəm Qiyabi. Diplomlar burda tanınırmı? Və hara məsləhətdir.

  73. Salam Men bu yay üçün 2 yada 3 heftelik Londonda dil kursuna getmek isteyirem. Ne etmeliyem? Etraflı melumat verebilersinizmi?

  74. salam sizə work and travel programı var? Varsa hansı ölkələrəsil bu haqda ətraflı məlumatı vererdiniz zehmet olmasa

    • Salam. Vork and travel bu il üçün bitib. Növbəti yay üçün sentyabrdan başlayacaq. Bu ancaq ABŞ üçün olur. Sentybyabrda Nərimanov ofisi ilə əlaqə saxlayın.

    • Salam. Bəli var. Zəhmət olmasa 012 492 68 53 nömrəsinə zəng edib qoşulma şərtlərini öyrənin. Bir çox tələbə yazılıb.

  75. Salam men Xezer universitetinin 4cu kurs telebesiyem amma mezun olmamisam hele kesrlerim oldugu ucun.Men bilmek isteyiremki oxuya oxuya distant tehsil almaq olur ve olursa ne etmeliyem?Ve distant tehsil odenislidir?(eger odenislidirse ne qeder olduǧunu bilmek olar?)

    • Salam. Bəli. İstədiyiniz zaman distant ala bilərsiniz. İngiltərə üçün IELTS imtahanı verməlisiniz. Təhsil 7 min funtdan başlayır illik. Və ya türkiyədə oxuya bilərsiniz distant. Onun da qiyməti min manatdan başlayır. Türkiyə üçün Fərid m (050 503 5939) və UK üçün 012 492 68 53 Anar müəllim.

  76. Salam mənim sualım ielts və toefl kurslarının qiyməti barədədir. Bu kurslar neçə manatdan neçə manata qədər olur. Kursa gəlməyimin əsas səbəbi isə Azərbaycanda oxumaq istədiyim fakültənin ingilis dilində olmasıdır.

  77. Salam. Mən İstanbulda yerləşən dövlət universitetlərində ödənişsiz bakalavr təhsilini hansı şərtlərlə ala bilərəm?

    • Ümumiyyətlə sıfr ödənişsiz yoxdur. 500 və ya min manatdan başlayn unilər var. Onlar üçün SAT və attestat lazımdır. Təqaüdlü Türkiyə bursları ilə mümkündür ama onlar bu il üçün bitib.

  78. Salam men gelen il work and travel ile Amerikaya getmek isteyirem.Qiymetler barede melumat vere bilersiz zehmet olmasa?

  79. salam bilmek isteyirem burada bakalvr tehsilini bitirdikden sonra italiyada bashqa sahe uzre 2 ci bakalavr tehsili ucun teqaud almaq olarmi

  80. Salam.SAT üzrə tək ingilis dili həftədə neçə dəfə keçilir və aylığı neçəyədi.3 nəfər eyni səviyyədə hazırlaşıb onları bir qrupa götürüb 1 ay və ya 1,5 aya hazırlamaq olarmı (əlbəttə yoxladıqdan sonra)? və elə olarsa ayı neçəyə çıxar?

  81. Salam.Mən Türkiyədə magistr təhsili almaq və buna görə sizə müraciət etmək istəyirəm.Mənə maraqlıdır ki,bunun üçün hansı imtahan tələb olunur.Ən qısa zamanda cavablandırsanız sevinərəm.İndidən təşəkkür edirəm.

    • Salam,

      ALES imtahanı və ya ortalama balınız yaxşı olarsa, qəbul mümkündür. Ətraflı məlumat üçün CELT içərişəhər ofisinə müraciət edə bilərsiz. 050 503 59 39

  82. Salam. Zehmet olmasa Litvada tehsil haqqinda etrafli melumat vererdiz. Neler teleb olunur, illik haqqi ve s. Bir de, rus dilinde tehsil almaq mumkundu orda?

  83. Salam mən yaz ayı üçün ingilisdilli kursuna gəlmək istəyirəm sizlə necə əlaqə saxlaya bilərəm?

    • Salam.Yuxarıda size yaxın olan ofise gedin ve ya zeng edin. Test etdikden sonra kursa yazacağıq. Teşekkürler.

  84. Salam.Oğlum yalnız bir ay IELTS-proqramı üzrə sizə müraciət etmək istəyir…özünə güvənir…deyir mənə 1 ay bəsdir.Xahiş edirəm mənə cavab yazın qəbul edərsiniz?

    • Salam. Beli müraciet ede biler. Sadece bal topladığı zaman bütün riskler özüne aiddir. İngilis dilisi çox yüksekdirse mümkündür ki lazım olan balı toplasın. Önce ofsimize gedib test vermelidir ve yalnız ferdi yazıla biler.

  85. Salam. Mən magistr – Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasını (ADPU) bitirmək üzrəyəm,müdafiəm qalıb.Kanada və ya Avropanın inkişaf etmiş ölkələrindən hər hansı birində təkrar magistr təhsili almaq istəyirəm. Diplom ortalamam təxminən 92+. Önərə biləcəyiniz universitet və təhsil şərtlərinilə tanış olmaq istəyərdim. Doktorantura təhsilinin xaricdə şərtlərinin çox ağır olduğunu düşünrəm, əgər bu səviyyə üzrə də fəaliyyət istiqamətiniz varsa məlumatlara əlavə etsəniz minnətdar olaram 🙂

    • Salam. Beli PhD sizin üçün ağır olar bir başa. Men size avropa ve amerikada Educational Management ve ya Leadership ixtisaslarını önerirem. Çünki sizin ixtisas ne bir başa orda var ne de orda faydalıdır. Tehsilin idare edilmesi bugün en çox teleb olunan ixtisasdır. Ama tebii İngilis dilinden IELTS setifikatiniz olmalıdır. Etraflı ofsilerimizden melumat ala bilersiniz.

    • Salam. Bizde Alman dili dersleri keçirilir. Ama iş ile bağlı bir başa ofslere getmeniz meslehetdir. Teşekkürler.

Yazı üçün bağlıdır.