Corvinus University of Budapest

Budapeşt Korvinus Universiteti (Corvinus University of BudapestBudapesti Corvinus Egyetem) və ya qısaca Korvinus Universiteti Macarıstanın ən prestijli universitetlərindən biridir, xüsusən maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verir.

14 mindən çox tələbəsi olan universitet, kənd təsərrüfatı elmləri, biznes idarəetməsi, iqtisadiyyat və sosial elmlər sahələrəində təhsil proqramları təklif eir. Bu sahələrdə universitet, Macarıstanda aparıcı yerləri tutur.

Gömrük Binası

Universitetin əsas kampusu, şəhərin mərkəzinə yaxın yerləşir. Fakültələr, Budapeşt şəhərinin mərkəzində bir neçə fərqli yerdə olan bir çox binalarda fəaliyyət göstəririlər. Universitetin əsas binası Budapeştin Gömrük Binası adlandırılıb və neo-rennesans stilində inşa edilib. Bina, məşhur macar memarlarından olan Mikloş Ybl tərəfindən tikilib və UNESCO-nun Mirasları siyahısına daxil edilib. Binanın orijinal dizaynı 1870-ci ildə edilib, bina 1871-1874-cü illərdə tikilib. Dörd il ərzində 500 yaxın işçi binanın tikilişində iştirak edib. 1948-ci ildə bu bina, İqtisadiyyat Universitetinin əsas binası olur. 1950-ci ildə və 1989-1999-cı illərdə renovasiya olunur. Hal-hazırda biznes fakültələrinin (Biznes İdarəetməsi, İqtisadiyyat və Sosial Elmlər) tədrisi bu binada aparılır. Həmçinin, burada rektorun ofisi və universitetin digər xidmət ofisləri yerləşir.

Czuczor küçəsindəki yeni bina

Bu bina 2007-ci ildə hazır oldu və universitetin ən yeni binasıdır. Burada Sosial Elmlər fakültəsi, Xarici Dil təhsili və araşırması mərkəzi və Fiziki hazırlıq departamenti yerləşirlər. Bina, 40 million avroya tikilib və 50,000 m2 sahəsi var. Buraya, həmçinin, ofis binası və digər təhsil sahələri də aiddir. Binada 450 nəfərlik olan universitetin mərkəzi kitabaxanası yerləşir. Burada 100,000 kitab və jurnal, iki kompyuter otağı və universitetin onlayn axtarış sistemi və məlumat bazası tələbələrin ixtiyarındadır.

Bakalavr proqramları

Bakalavr proqramı əsasən üç illik (altı semestr) olur. Bəzi hallada proqramlar yeddi semestr də ola bilər, bu halda bir semestrlik mütləq praktika təcrübəsi də daxildir. Orta təhsili tam aldıqdan sonra bu pillə üzrə təhsil almaq mümkündür. Bakalavr pilləsini bitirdkdən sonra tələbələr təhsillərini magistraturada davam edə bilərlər.

  • Tətbiqi iqtisadiyyat
  • Biznes və Menecment
  • Kommunikasiya və Mediya elmləri
  • Beynəlxalq biznes
  • Beynəlxalq münasibətlər
  • Sosiologiya

 

Magistratura proqramları

Korvinus Universiteti iki illik magistr proqramlarını təklif edir. Onlar arasında Avropa Birliyinin digər universitetləri ilə əməkdaşlıq çərçivəsində təklif olunan iki pilləli proqramlar da var. Bu pillədə təhsil almaq üçün, bakalavr pilləsini müvafiq sahədə bitirmək lazımdır.

  • Bağçılıq
  • Kənd təsərrüfatı biotexnologiyası
  • Biznes İdarəetməsi
  • Biznes İdarəetməsi – MBA
  • Qida elmləri və texnologiyası
  • Beynəlxalq iqtisadiyyat və biznes
  • Beynəlxalq münasibətlər
  • Landşaft memarlığı
  • Marketinq
  • İctimai siyasət və menecment
  • Turizm menecmenti

 

Doktorantura (PhD) proqramları

Bu proqramlar üç illik olur və tədqiqat işləri və PhD dərəcəsini qazanmaq istəyən və maraqlanan tələbələr üçün nəzərdə tutulub.

  • Qida elmləri
  • Bağçılıq elmləri
  • Beynəlxalq münasibətlər
  • Landşaft memarlığı
  • Menecment və Biznes idarəetməsi
  • Sosiologiya

İldən-ilə Korvinus Universiteti həm ölkədaxili, həm də beynəlxalq reytinqlərdə ən yaxşılar sırasındadır. Financial Times, universiteti menecment reytinqi üzrə magistr pilləsində top 50 universitetə daxil edir.

Universitetin Magistr pilləsindəki Biznes İdarəetməsi (MBA) proqramı və eyni adlı fakültəsi, 2005-ci ildən bəri Financial Times tərəfindən reytinqə salınır. Hər il bu ixtisas və pillə, Avropanın ən yaxşı biznes məktəbləri arasında yer alır. Son üç ildə universitet bu sahə üzrə 79-cu yerdə yer alır.

 

Universitet barədə ətraflı məlumat və müraciət üçün:
Tel: (+994 12) 441 36 65
Mob: (+994 70) 270 75 57
elgunk12.sg-host.com
Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,
Bakı, Azərbaycan AZ1014

2 thoughts on “Corvinus University of Budapest”

Leave a Comment