Almaniya Avropanin  təhsil üçün ən ideal ölkələrdən biridir. Daha doğrusu ilk ideal ölkələrdən desəm yanılmaram. Alman dəqiqliyi və tələbkarlığı deyilən bir deyim var. Bu dəqiqlik və tələbkarlıq almanların təhsilindəndə yan keçməyib. Almaniyanın özünə məxsus təhsil prinsipləri və qaydaları vardır. Burada təhsil baloniya sistemi ilə olsada dövlət tərəfindən təhsilə çox böyük diqqət və qayğı vardır. Bu ölkədə bakalavr və magistr təhsili almaq mümkündür.

Qeyd edim ki, Almaniyada təhsil 2007-ci ilədək tam pulsuz olub. Bu həm Almaniya vətəndaşlarına, həmdə xarici vətəndaşlara şamil olunurmuş. Lakin 2007-ci ildən etibarən bir sıra universitetlərdə və bir sıra sahələrdə təhsil haqqı tətbiq olunmağa başladı. Təhsil haqqı bir semestr üçün maksimum 500 avro təşkil edir. Bu qiymət universitetlərə və fakultələrə görə dəyişir. Təhsil haqqı tətbiq olunsada pulsuz təhsil almaq üçün tələbələrə şərait yadaran Almaniyada təhsilə dəstək fondları çoxdur.

Bundan başqa xüsusilə vurğulamaq istərdim ki, Almaniyada təhsil ilə bağlı xüsusi bir qurum vardır ki, bu qurum ilin müxtəlif vaxtlarında universitetlərdə təhsilin səviyyəsi, problemlərin araşdırılması, tələbələrin təhsil səviyyəsini araşdırmaq üçün monitorinqlər keçirirlər ki, bu monitorinqlər sırf şəffav şəkildə aparılır və ortaya çıxan hər hansı problem olduqda bu problemin həll üçün işlər aparılır.

Almaniyada 250-dən artıq fəaliyyət göstərən Ali Təhsil müəssisələri vardır. Təhsilin keyfiyyətini, pulsuz təhsil alma imkanının olmasını nəzərə alsaq bu ölkədə təhsil almaq mükəmməl gələcəyə və ideal biliyə sahib olmağa zəmanətdır. Sizlərə Almaniya universitetlərinin reytinq cədvəlinidə təqdim edirəm. Bu göstərici Almaniya universitetlərinin 2013-cü ilə Akademik sıralamasıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla