Debrecen Şəhəri və Universiteti

Macarıstanın ikinci böyük şəhəri olan Debrecen, ölkənin ən əhəmiyyətli və köklü universitetlərindən biri olan Debrecen Universitetinə ev sahibliyi etməkdədir. Quruluşu 1538-ci ilə qədər uzanan Debrecen Universiteti indiki vaxtda 1700 müəllim, 15 fakültəsi və 20 həkim proqramı ilə geniş müxtəliflikdə təhsil imkanı təqdim etməkdə olub, beynəlxalq prestijə sahib bir universitetdir. Debrecen Universiteti Tibb Fakültəsi Amerikada New York və Kaliforniya əyalətlərində akreditedir və bu akkreditasiya universitetin prestij və keyfiyyətinin ən əhəmiyyətli göstəricilərindən biridir. Debrecen Universiteti Tibb Fakültəsi, eyni zamanda bölgənin ən böyük xəstəxanası və səhiyyə kompleksidir. Debrecen Universitetində tibb fakültəsi xaricində mühəndislik, müəssisə, ictimai elmlər, fən elmləri kimi bir çox fərqli fakültə daha var. Təxminən 30.000 şagirdin təhsil aldığı Debrecen universitetində təxminən 5000 ətrafında xarici tələbə var.

Debrecendə qalmaq və yurd

Debrecen Universiteti diləyən şagirdlərə kampus içindəki xüsusi yurd binalarında, olduqca komfortlu və lüks yaşayış imkanı təklif edir. Bu yurdların aylıq ödənişləri 350 avro ətrafındadır. kampus içində olması səbəbiylə bir çox şagird bu yurdları seçməkdədirlər. Buna əlavə olaraq şəhər içində ev kiralanaraq yerləşmə xərci çox daha iqtisadi ola bilər. 2-3 şagirdin paylaşdığı evlərdə adam başı aylıq kirayə xərcləri orta hesabla 150 – 200 avro ətrafındadır.

Debrecen- Budapeştdən sonra Macarıstanda ikinci şəhər hesab olunur. Debrecen Böyük Şimali Düzənlik regionunun mərkəzi şəhəridir. Haydu Bihar bölgəsinin oturacağı burda yerləşir.

Şəhərin ilk dəfə adı 1235-ci ildə “Debrezun” deyə çəkilib. Fərziyyələrə əsasən, bu adın kökü Kumanlara və ya Slavyanlara dayanır.. Debrecenin iqlimi əsasən dəniz iqlimindən rütubətli kontinental iqlimindən ibarətdir.

Yerləşdiyi ərazi- Paytaxt Budapeştdən 220 km aralıda olan Debrecen Böyük Macar Düzənliyində yerləşir. Şəhərin yaxınlığında Macarıstanın yerli parklarından olan Hortobagi var.

Nəqliyyat

Öncəki illərdə Debrecen, ölkənin əsas nəqliyyat nöqtəsi olan Budapeştdən təcrid olunmuşdu. Lakin, M35 avtomagistralın çəkilişindən sonra Budapeştdən Debrecenə sadəcə 2 saata çatmağa imkan yaratdı.

Debrecen Beynəlxalq Hava limanı Macarıstanda ikinci Hava Limanı hesab olunur. Aparılan son yeninlənmədən sonra, hava limanı daha çox beynəlxalq uçuşlar qəbul edə bilər. Debrecendən Milana, Eyndhovenə, Londona və s. digər şəhərlərə birbaşa uçuşlar var.

Debrecendə bir çox dəmir yolu stansiyaları var. Əsas Debrecenə əlavə olaraq kiçik stansiyalarda mövcuddur. Dəmiryolu xəttindədə bir çox yeniləndirmə aparılmışdır.

Debrecenin Ukraynda və Ruminiya ilə qonşu olması şəhərin əhəmiyyətli bir ticarət mərkəzi və nəqliyyat qovşağı kimi inkişaf etməsində böyük rol oynayır.

Şəhərin yerli nəqliyyatını DKV (mac.Debreceni Közlekedési Vállalat, azə. Debrecen Nəqliyyat Şirkəti) tərəfindən idarə olunur. Yaxın kəndlərə və kiçik şəhərlərə Haydu Volan (Hajdú Volán) avtobusları ilə səyahət etmək olar.

Tarixi

Macarıstan dövləti qurulmamışdan öncə bu ərazidə xeyli tayfalar yaşamışdır. Şəhər üç kiçik şəhərlərin (Boldoqaşsonifalva, Sentlaslofalva və Debreçun) birləşməsindən əmələ gəlmişdir. 13-cü əsrin ortalarından sonra şəhər sürətli inkişaf etmişdir.

1361-ci ildə I Luis Debrecen sakinlərinə özünü idarəetmə hüququnu verərək, hakimi və şuranı seçməyi tapşırır. 16-cı əsrin əvvələrində Debrecen bazar şəhərinə çevrilir.

Osmanlı dövründə, qalaların və şəhər divarlarının olmaması təhlükələrə yol açırdı. Bu təhlükələr əsasən liderlərin diplomatik məharəti nəticəsində sovuşurdu. Şəhər hərdən Osmanlı, hərdən isə Avropa Katolikərin yada Transilyaniya şahzadəsi tərəfindən müdafiə olunurdu. Bu hadisə şəhər sakinlərinin daha açıq düşüncəli olmasına gətirib çıxardı. Bununlada şəhərdə Protestant islahatı baş verdi. Beləliklə şəhər “Kalvinist Roma” ləqəbini qazandı. Bu müddətdə Debrecen əhalisi əsasən Macar Kalvinistlərdən təşkil olunmuşdur.

1693-cü ildə I Leopold tərəfindən şəhər kral şəhəri (mac. Szabad királyi város) elan olundu. 1715-ci ildə Roma Katolik Kilsəsi şəhərə qayıtdı. Bu müddətdə şəhər əhəmiyyətli mədəniyyət, ticarət, kənd təsərrüfatı mərkəzi sayılırdı.

1849-cu ildə Macar inqilabçı hökümətinin Peşt-Budadan (indiki Budapeşt) Debrecenə gəlməsindən sonra ölkənin müvəqqəti paytaxtı seçildi. Həmin ilin Aprel ayında Habsburqların taxtdan salınmasından sonra Macarıstanın müstəqilliyi Koşut Layoş tərəfindən Böyük Kilsədə elan olundu. Sonuncu müstəqillik döyüşü Debrecenə yaxınlığında olub

Müharibədən sonra Debecen yavaş templə inkişaf etməyə başlayır. 1857-ci ildə Budapeştlə Debrecen arasında dəmityolu xətti salınır. Yeni məktəblər, xəstəxanalar, kilsələr, fabriklər, dəyirmanlar tikilir, eləcədə banklar və sığorta şirkətləri şəhərdə fəaliyyət göstərməyə başlayırlar. Hündür binalarla, parklarla və gözəl villalar ilə şəhərin görünüşü inkişaf etməyə başlayır. 1884-cü ildə Debrecen ilk buxarla işləyən tramvay işlədən şəhər olur.

Birinci dünya müharibəsi sonra Macarıstan şərq torpaqlarını itirərək Debrecen yenə sərhədə yaxın şəhər olur. Turizm təkmilləşmədə xeyli rolu oldu.Nagyerdő (“Böyük Meşə”) adlı mərkəzi parkda binalar tikilərək turizm böyüməyə başladı. Bu zaman universitet binası tikilərək istifadəyə verilir. Hortobagi ən çox səfər olunan məkanlardan biri olur.

İkinci dünya müharibəsi sonra şəhər tamamilə dağılır. Binaların 70%-i ciddi xəsarətlər alaraq yararsız hala düşür, 50%-i isə ümumiyyətlə dağıdılır. 1944-cü ilin Oktyabr ayında irimiqyaslı döyüşlərdən biri Debrecen döyüşü şəhər yaxınlarında baş verir. 1944-cü ildən sonra yenidənqurma işləri aparılaraq Debrecen yenədə Macarıstanın müvəqqəti paytaxtı seçilir. Sakinlər şəhərin köhnə halına qaytarılmasına çalışırdılar. Lakin Komunist hökümətinin planları Debrecenə bəzi itkilər gətirdi. Hortobagi üzərində hakimiyyəti itirən Debrecen, ərazisinin yarısı yanındakı kiçik şəhərciklərə birləşdirilir. Buna baxmayaraq 1981-ci ildə yaxınlıqda olan Yoja kəndi şəhər ərazisinə birləşdirilir. Bundan sonra Debrecen ölkənin ikinci şəhərinə çevrilir.

Təshil və mədəniyyət

Debrecen Universiteti, ölkənin öndəgedən universitetlərindən biri sayılır. Universitetin bir çox bölmələri mövcuddur və Avropada ən iri araşdırma ləvazimatları olan təhsil ocağı hesab olunur.

19-cu əsrin ikinci yarısında, Debrecen mətbuatı mühüm insanların marağına səbəb oldu. Endre Adi, Gyula Krudi Arpad Tot  jurnalistika karyeralarını burda başlamışlar. Məşhur yazıçı Maqda Sabo burda yaşayıb yaratmışdır. 1865-ci ildə tikilən şəhər teatrı, Macarıstanın görkəmli şairi Mihali Çoknai Vitez adına verilir.

Debrecendə rok musiqisinə maraq böyükdür. Şəhərdə gənclər üçün rok məktəbi fəaliyyət göstərir.

Debrecendə hər il Gül Festivalı keçirilir.

4 thoughts on “Debrecen Şəhəri və Universiteti”

  1. Salam.Men Turkiyede magistr tehsili aliram.Eczaciliq fakültesi üzre.Doktorantura tehsilimi Macaristanda davam etmek isteyirem.2018-2020 ci iller uzre Macaristan ile Azerbaycan arasında bağlanan teqaud proqrami haqqinda melumatiniz varmı?varsa melumatlandirsaniz sad olardim.Onceden teşekkürler.

  2. Salam men turkiyede magistr tehsili aliram 1 ci ilimdi ama ixtisasim bakalvr ixtisasim ile eyni olmadiqindan cox cetinlik cekirem ve sizin kursla maraqlandim,bir yaziya rast geldimki ingilis dilini macaristanda kursa baslayirsan ve sonra magistr oxumaqa baslayirsan ,sizin kurs vasitesile bunu ede bilerem ?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir