Dil Kursları ilə bağlı ən çox verilən suallar

Xaricdə Təhsillə bağlı tez-tez müxtəlif suallarla qarşılaşırıq. Tələbələri hansı ölkədə dil öyrənməyin, hansı ölkənin maddi cəhətdən daha ucuz başa gəlməsi və digər bu kimi suallar maraqlandırır. Sizi ən çox maraqlandıran sualların cavablarını aşağıda oxuya bilərsiniz.

Niyə məsləhətlər lazımdır?

Bir dil məktəbinə birbaşa müraciət ilə CELT ilə vasitəçilik etmək arasında maddi mənada heç bir fərq yoxdur. CELT məsləhət vermək üçün sizdən pul tələb etmir. Buna əlavə olaraq bütün əməliyyatlarınız əskiksiz və səhvsiz olaraq gedər və istədiyiniz məlumata ən qısa yoldan çatmış olarsınız.

İngiliscəni ən yaxşı hansı ölkədə öyrənə bilərəm?

Bunun qərarını vermək qeyri-mümkündür. Məqsəd İngiliscədən ana dil olaraq danışıldığı ölkələrdən birində təhsil almaq olduğuna görə, qərarın qalanı sizin zövqünüzə və istəklərinizə bağlı olacaq. Dil öyrənmək üçün keçirəcəyiniz müddəti harada və necə daha məhsuldar keçirəcəyinizi düşünürsünüzsə ona görə bir seçim etməlisiniz. Ölkələr arasında, nəqliyyat xaricində ciddi bir xərc fərqi yoxdur.

Xaricdə dil təhsili almanın xərci nədir?

Xaricdə dil təhsili almanın xərcini təyin edən bir çox ünsür var. Məsələn bir ayda xərcləyəcək olduğunuz əsasməbləğ

  • Məktəb ödənişi
  • Yerləşdirmə haqqı
  • Fərdi və ictimai xərclər

Bu üç qrupdakı xərcin məbləği təxmini 1000-1500 dollar civarında olacaq.

Xarici dili yeni başlayan şəxs dili nə qədər vaxtda öyrənir?

Bu sualın cavabı təhsili alacaq olan adamın yaşına, təhsil vəziyyətinə və seçdiyi məktəb və proqramın növünə görə dəyişir. Ancaq ümumi olaraq bir şərh etmək lazım olsa, 12-24 həftə arası təhsil alanlar o dili 35-40 faiz tutumu ilə danışa bilər. Təhsil müddətinin uzunluğu və sıxlığı nəticəsində çox təsir edor. Məsələn 24 – 36 həftə arası təhsil alanlar xarici dili yüksək səviyyədə danışa bilər.

İntensiv program seçimi etsəm daha yaxşı öyrənər bilərəmmi?

İntensiv proqramlar, eyni müddətdə daha çox təhsil almaq imkanı verir. Təhsilinizin sıxlığı, nəticəsi mütləq müsbət təsir edəcək. Zaman çətinliyi olan ya da imtahana hazırlaşan tələbələr üçün intensiv proqramlar standart proqramlara görə daha məhsuldar olmaqdadır.

Akademik il proqramlarının məzmunu fərqlidir?

Xeyr. Bu proqramların ümumiyyətlə məzmun olaraq standart proqramlardan fərqi olmur. Ali il və akademik semestr proqramları ilin müəyyən dövrlərində açılır. Ümumiyyətlə standart proqramdan daha çox dərs saatı daxildir, lakin 25-30 faiz nisbətində daha iqtisadi olurlar.

Viza ala bilərəm?

Viza almaq üçün lazımlı şərtlərə sahibsinizsə bəli. Bu şərtlərə sahib olub olmadığınızı öyrənmək üçün professional birindən məsləhət almanızı təklif edirik. Məsləhətçisinin səhv müraciət etməməniz üçün lazım olanları sizə söyləyəcək. Viza almanızı təsir edən əhəmiyyətli faktorlar belədir.

  • Yaş və təhsil
  • Maddi kafilik
  • İmmiqrasiya risk nisbəti

Dil Məktəbində İlk Gün Nələr Olur?

Hər şagird məktəbin ilk günü səviyyə təsbit imtahanına alınaraq özünə uyğun bir qrupa yerləşdirilir. Dil məktəbləri yeni şagirdlərə “Wellcome Pack” deyə adlandırdıqları, içərisində o şəhərə aid xəritələrin, bir şəxsiyyət kartının, müxtəlif faydalı məlumatın və kurs ilə əlaqədar vəsaitin olduğu bir fayl verilir. First Day Orientation deyə adlandırılan bir təqdimat proqramı ilə ətrafın və imkanların tanıdılması təmin edilir.

Boş zamanlarımda nə edə bilərəm?

Dil məktəblərinin haradasa hamısı tələbələri həftə sonu turları, idman fəaliyyətlər, sinema – teatr kimi sosial fəaliyyətlər təqdim edir. Bəzi dil məktəbləri bu xidmətlər üçün əlavə ödəniş tələb edərkən digərləri bu xidmətləri proqram daxilində təqdim edərlər.

Sertifikat ala bilərəm?

Dil məktəblərinin kurslarına qatılan şagirdlər müddət nə olursa olsun, kurs sonunda sertifikat ala bilirlər. Əlbəttə bu sertifikatlar təşkilatların özləri tərəfindən təşkil edilən sertifikatlardır. Bundan ötəri TOEFL, CAMBRIDGE və IELTS kimi dünya səviyyəsində tanınan sertifikatlar alınması Azərbaycanda dil səviyyələrini iş müraciətlərində göstərmək istəyənlər üçün daha uyğundur.

12 thoughts on “Dil Kursları ilə bağlı ən çox verilən suallar”

  1. Salam,men sizinle ielts programi ile hazirlasmaq isteyirem,ancaq bir cox sualim var,yaxin zamanda daha etrafli melumat almaq ucun hansi ofisinize yaxinlasmaliyam? zehmet olmasa mene bu haqda deyerdiz,londondaki universitetlerden hansina qebul ola bilerem?imtahan ucun ne qeder vaxta 6-6.5 netice ala bilerem?ve s kimi suallar,cavablandirmaginiz umidi ile tesekkurler

  2. Salam. Bilmək istəyirdim ki, dil kursları tərəfindən verilən sertifikat vasitəsi ilə ( Common European Framework Reference) erasmus proqramında iştirak etmək mümkündür? Zəhmət olmasa cavablandırarsınız. Təşəkkürlər)

  3. Salam tukiyede atestatnan diplomatliqi oxumaq mumkundurmu ?iliyi neqederdi?diplomu burda taninir?taninirsa eger iwe dovlet yoneldir? Xaiw edirem sualarimi cavabsiz qoymayasiniz.

    1. Salam. Attestatla universitetlərə qəbul ola bilərsiniz. İllik 500 manatdan başlayır. İndiki dünyada heç bir universitet işlə təmin etmir. Dövlət universitetləri Azərbaycanda tanınır. İş tapmaq hər şəxsin öz məsuliyyətidir. Ümid edirəm suallarınızı cavablandırmış oldum.

  4. Salam London şeherinde ingilis dilinden kurs almaq isteyirem. sizin mobil nomrenizi bilmediyime gore isterseniz bir zehmet siz menimle elaqe saxlayin MOBİL 0709001491

    1. Salam Lətif,

      Siz mənə bir neçə dəfə yazmısınız və mən sizin mesajları eyni ilə cavablandırmışam amma görünür ki, siz bu qədər eyni sualları vermək əvəzinə bir dəfə də olsun emailinizi yoxlamırsınız.

      Dil kurslarına buradan baxa bilərsiniz:http://xaricde.com/proqramlar/dilkurslari/

      Orda hər şey yazılıb və sizə uyğun olduğu halda bizim ofisə gələ bilərisizni və ya zəng edə bilərsiniz (012 492 6853). Biz təssüflər olsun ki, kiminsə mobil telefonuna zəng etmirik. Anlayışınız üçün təşəkkürlər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *