İngilis dilini öyrənirsiniz, lakin danışı anlamaq və qavramaqla bağlı probleminiz var? Bu şəkildəki sözü müəlliminizdən və yaxud digər ingiliscə danışdığınız şəxslərdən çoxmu eşidirsiniz?Bu problemi aradan qaldırmaq İSTƏYİRSİNİZ? O zaman bloqumuzu oxuyun…

Bu gün sizlərə ingilis dilini daha asan yolla öyrənmə və kursda öyrəndiklərini daha rahat və daha əyləncəli və maraqlı formada qavrama yollarından danışacağam.

Deməli hər bir insan özünə uyğun qavrama qabiliyyəti var. Yəni necə ki, uşaq doğulanda kimi 1 yaşından sonra danışmağa başlayır, kimi 2, yaxud 3 və daha çox yaşdan sonra danışmağa başlayır. Əslində bu normal haldır. Çünki insanların qavrama, danışma görmə və digər qabiliyyətləri onlarda individual olaraq formalaşır. Yəni fərd uşaqlıqdan etibarən öz bacarıq və imkanlarından istifadə edərək nəyisə yaxşı inkişaf etdirməyə yönəldirsə o zaman həmin o sahə daha yaxşı inkişaf edir. Bura qədər bir az ədəbi dildə danışdıq..İndi keçək əsas məsələyə 🙂

Dil öyrəndikdə qavramaq, anlamaq və danışmaq kimi keyfiyyətlər insanda özünü göstərir. Ya yaxşı tərədfən ya pis tərəfdən…

Məsələn: Kimisə hər hansı bir dildə danışmağı gözəl bacarsa da onda qavramaq və anlamaqla bağlı problemi olur ki, bəzən o danışılnları anlamır və yaxud kimi gözəl anlayır və qavrayır lakin yaxşı danışa bilmir ki, bu zaman öyrənmək istədiyimiz dil bizdə natamam olaraq formalaşır. Kimsə bu problemləri aradan qaldırmağa çalışsa da, kimisi hər hansı bu tip problemlə üzləşdikdə, özünü bu problemin köklü və düzələn olmamasına fokuslayaraq ya dil öyrənməkdən qaçır, yaxud da öyrəndiyi dili yarıda qoyaraq özünü belə bir problemli olduğuna fokuslayır. Əslində isə bu problem individual olsa da və hər bir insan da müxtəlif olsa da bu problemin aradan qaldırma yolları vardır…

Məsələn: Siz 6 aya yaxındır ingilis dili kurslarına gedirsiz və mütamadi intensiv olaraq kurslarda olursunuz. Söz bazanız inkişaf edir, qrammatikanı yaxşı öyrənə və qavraya bilirsiniz amma hər hansı bir xarici vətəndaş və yaxud ingilis dilində danışan insanla ünsiyyətdə olduqda bildiyiniz qədərdən daha az anlayırsınız. Yəni bu sizin eşitmə ilə bağlı probleminizin olması yox , məhz qavrama və anlama qabiliyyətinizi inkişaf etdirməmənizdən irəli gələn problemdir. Dil biliklərinizi inkişaf etdirsənizdə sizdə olan bu əsas problemi aradan qaldırmadığınıza görə məhz kənardan dil bilməmiş insan kimi görünürsünüz. Bu hal ilə çox insanlar rastlaşır. Demək olar ki, xarici dil öyrənən hər bir insan bu problemlə rastlaşır. Bu zaman nə etməli?

Əgər siz ingilis dilini mütamadi intensiv olaraq hazırlaşırsınızsa və qısa müddətdə gözəl nəticə əldə etmək istəyirsinizsə o zaman hər gün evdə və yaxud digər yerlərdə musiqi dinlədiyiniz kimi müxtəlif ingilis dilində olan audio yazıları dinləyin. Bu ilk baxışdan sizə yorucu gələcəkdir, o mənadakı siz anlamadığınızdan və yaxud audio yazıda olan mövzunun sizə maraqsız olduğu səbəbindən siz bu audioya qulaq asmayacaqsınız. Lakin siz əgər özünüzü fokuslayaraq hər hansı bir sevdiyiniz musiqini dinlədikdən sonra  5-6 dəqiqəlik audioya qulaq assanız və bunu intensiv etsəniz o zaman siz qısa müddətdə özünüzdən asılı olmayaraq dili qavrama və anlama qabiliyyətinizi inkişiaf etdirəcəksiniz. Bundan başqa müxtəlif xarici kanallarda olan TV proqramlara, kinolara və hətda seriallara baxmaq sizin dil qavrama və anlama qabiliyyətinizi inkişaf etdirəcəkdir. Əlbətdəki bu qeyd etdiklərimə ingilis dilində və yaxud öyrəndiyiniz digər dillərdə baxmalısınız. Xarici filmlərə, seriallara baxmağın üstünlüklərindən biri və ən əsası odur ki, siz dublyaj olunan kinoda müxtəlif ləhçəli insanların danışığını eşidirsiniz və bu sizdə ümumu bütün ləhçələrdə danışan insanlara anlamağa və qavramağa kömək edir. Əgər dili öyrəndikdə yuxarıda qeyd etdiyim problemlərlə bağlı olaraq digər insanların qınağına hədəf olursunuzsa,məhz bu qınaqlara son qoyub mükəmməl nəticə əldə etmək üçün danışmağı öyrənməklə bərabər anlamağı və qavramağı öyrənib və inkişaf etdirməlisiniz. Dili  anlamaqla danışmaq 50/50 nisbətindədir bunu UNUTMAYIN!!

Hələlik bu qədər…. ARDI VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla